Hər həftənin cümə günü məsciddən çıxarkən bir çox müsəlmanın “Cümən mübarək olsun” deyərək, kimisə təbrik etdiyinin şahidi oluruq. Müsəlmanlar arasında yayılmaqda olan bu halın şəriətə nə qədər müvafiq olub-olmadığını bilmək üçün kiçik bir araşdırma aparmaq qərarına gəldik. Cümə günü hər bir müsəlman üçün bayram günü hesab edilir. Bu haqda səhih hədisdə İbn Abbas (Allah ondan […]
Yüklə Sual: Möhtərəm şeyx sualda deyilir ki, cümə günü görürük ki, bəziləri insanları başı üzərindən keçərək qarşıdakı cərgəyə keçməyə cəhd edirlər. Dolmuş cərgədəki insanları sıxlaşdırıb özülərinə yer etmək istəyirlər. Cavab: Belə etmək olmaz. Əvvəla ona görə ki, camaatın başı üzərindən keçir. Hədisdə deyilir ki, insanların başı üzərindən keçən insan, sanki cəhənnəmə körpü götürmüş kimidir. Namaz […]
Yüklə Sual: Cümə gününün ilk saatı nə zaman başlayır? Cavab: Cümə günü məscidə ilk saatda gələn adamın sanki dəvə qurban kəsmiş kimi savab qazanması haqqında deyilən ilk saat, çox güman ki, sübh namazından sonra başlayır, bəzi elm adamlarının fikrinə görə, günəş çıxdıqdan sonra başlayır. Daha doğrusunu isə Allah bilir.