Allahın və Onun rəsulunun hökmü arasında heç bir fərq yoxdur. Mömin insan bu əmrin heç birinə qarşı çıxmamalıdır. Çünki Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) buyurduqlarına itaətsizlik etmək, Allaha itaətsizlik etməkdir. Bu isə açıq aydın zəlalətdir. Allah təalədən önə keçmək qadağan olduğu kimi, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) də önə keçmək olmaz. […]
Əziz Qardaşlarım! Əvvəldə, Quran və sünnədən gətirdiyimiz sübutlar bütün dini işlərdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə itaət etməyin vacibliyini vurğulayır. Kim onun sünnəsini hakim seçməyə və ona itaət etməyə razı olmursa o, mömin deyildir. Mən, iki əhəmiyyətli nöqtəni sizin nəzərinizə çatdırmaq istəyirəm, onlar: Birinci: Bu dəlillər qiyamətə qədər Islam dəvəti çatmış hər […]
Əziz Qardaşlarım! Əvvəlki müsəlmanlar yekdilliklə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini islam şəriətinin bütün sahələrində Qurandan sonra ikinci və sonuncu elm mənbəyi olaraq tanımış və qəbul etmişlər. Onlar onu etiqadi, qeybi, əməli, siyasi və tərbiyəvi işlərdə örnək tutmuşlar. Rəy, ictihad və ya müqayisə ilə sünnəyə qarşı çıxmağı və ona müxalif olmağı isə haram […]