Namazın fəziləti (2019) İmanı artıran: ibadət və əməllər (2019) Xusuf (ay tutulması) namazı haqqında (27.07.2018) Namaza dair nəsihət (2018) Ən böyük günahı edir, lakin qəlbim təmizdir deyir (Şamaxı-Nəbur kəndi, 22.06.2018) Namazı hər kəs öz dilində qıla bilər (2017) Bacım namaz qılmır, əgər vəfat etsə … (2017) Səhabələr camaat namazına gəlməyənləridə münafiq görürdülər (2016) Səhabələr camaat […]
Yüklə Sual verən: Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? Şeyx Əbdüləziz Ali Şeyx: Bunun sünnə olması haqqında heç bir dəlil yoxdur. Namazdan sonra deyilən sözlər şəriət dəlilləri ilə təsdiq edilməlidir. Dəlillərdə deyilir ki, namazdan sonra üç dəfə “əstəğfirullah”, “Allahummə əntə-s-sələm va minkə-s-sələm, təbarəktə ya zəlcələli valikram”, “Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu, ləhul […]
Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Biz həm vacib, həm də nafilə namazları qorumalıyıq. Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölüm yatağında olarkən etdiyi son vəsiyyətidir. Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) son sözü belə olmuşdur: “Namazınızı qoruyun, namazınızı qoruyun. Tabeliyinizdə olan kölələrə xoş davranın.” […]
Yüklə Sual: Vitrdən sonra namaz qılmaq olmaz deyirlər, bu doğrudurmu? Cavab: Vitrdən sonra namaz qılmaq olar. Deyilənlər doğru deyil. Vitrdən sonra namaz qılmaq olar. Bu vaxt, namaz qılmaq üçün qadağan edilən vaxt deyil. Lakin daha yaxşı olar ki, gecəni vitr namazı ilə yekunlaşdırsın. Gecə namazını vitr ilə tamamlasın. Elə olub ki, Peyğəmbər (ona Allahın salavatı […]
Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Gecə namazı gündəlik yerinə yetirilməsi təşviq olunan ibadətlərdəndir. Siz heç bilirsinizmi GECƏ NAMAZI nədir?! Bu namaz əməlisalehlərin təsəllisi, ibadətkarların könül sevinci və Allaha yaxın olanların adətidir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ramazandan sonra ən üstün oruc tutulan […]
Müdrik alim, şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə sual verilir: “Təravih namazının hökmü və rükətlərinin sayı necə olmalıdır?” Şeyxin cavabı belə olur: Təravih namazı sünnədir (yəni, vacib deyil). Buxari və Muslimin “əs-Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı bir gecə məsciddə qıldı, […]
1. Əgər namazda artırılma (ziyədə) olarsa – Kamal Hüseyn 1. Əgər namazda artırılma (ziyədə) olarsa – Kamal Hüseyn 2. Əgər namazda şübhə gələrsə – Kamal Hüseyn 2. Əgər namazda şübhə gələrsə – Kamal Hüseyn 3. Əgər namazda əskiklik olarsa 3. Əgər namazda əskiklik olarsa 4. (Sual-Cavab, Kamal Hüseyn) 4. (Sual-Cavab, Kamal Hüseyn) […]
Yüklə Kamil bir rükətə çatmış insan, namazın rükətinə çatmış sayılır. Əgər imam namazın sonuncu rükətində sonuncü rükudan başını qaldırıbsa, demək camaat namazını itirmişdir. Lakin imama tabe olmaq baxımından namaza qoşulur. Yalnız kiminsə namaza gələcəyini və onlarla birlikdə camaat namazını qıla biləcəyini ehtimal edərsə, daha yaxşı olar ki, imama qoşulmayıb gözləsin. Kimsə gəlsə onlarla birlikdə camaat […]
Yüklə Sual: Hörmətli şeyx, sualda deyilir ki, bu duanı “Allahım Səni zikr etməyə, Sənə şükr etməyə və Sənə gözəl tərzdə ibadət etməyə məni qüvvətləndir!” (Allahummə əinni alə zikrikə va şukrikə va husni ibadətikə.) – namaz salamından öncə, yoxsa sonra deyək? Cavab: Bismilləhir Rahmənir Rahim Həmd olsun Allaha, aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və cəmi […]
Yüklə Sual: Şeyx Allah bizə və sənə rəhm etsin, imam fatihə surəsini oxuyarkən camaat namazına qoşulan adam istiftah duasını oxumalıdırmı? Cavab: Namaza qoşulanda imam fatihə surəsini oxuyursa, qoşulan adam təkbir edərək sakit dayanıb fatihə surəsinin qiraətini dinləyir, imam fatihəni oxuduqdan sonra istiftah duasını, daha sonra fatihəni oxuyur. İmam fatihəni oxuduqdan sonra namaza qoşulub və imam […]
Yüklə Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Allah mənə lütf edib və mən artıq namazlarımı ayın əvvəlindən vaxtlı-vaxtında qılır, namaz kimi əzəmətli ibadəti müntəzəm edirəm. Lakin əvvəllər bəzən namaz qılır, bəzən tərk edirdim. İndi mən o vaxt qılmadığım namazları qılmalıyammı? Cavab: Sənə vacib olan Allaha tövbə etməyindir. Çoxsaylı qılınmamış namazları qılmağa gərək yoxdur. Sən Allaha […]
Yüklə Sual: Qadın digər qadınlara namaz qıldıra bilərmi? Əgər cavab “bəli”dirsə, onlar da camaat namazının savabını qazanırlarmı? Cavab: Rəhmli və mərhəmətli Allahın adı ilə. Həmd olsun Allaha. Allahın Elçisinə, onun ailəsinə, əshabələrinə və onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun. Qadının qadın toplumuna camaat namazı qıldırması icazəlidir. Aişə və Ummu Sələmənin (Allah onlardan […]
Yüklə Təqdimatçı: Alimlərin sözlərini oxuyarkən görürük ki, alimlər deyirlər ki, namaz vaxtı səcdə yerinə baxmaq daha yaxşıdır. Şeyx: Bəli, namaz qılan üçün doğru və düzgün olan budur ki, səcdə yerinə baxsın, gözünü qarşıya, aşağı və ya yuxarı dikməsin. Yalnız səcdə yerinə baxsın. Çünki bu, xüşulu (müti) olmaq baxımından daha əlverişlidir. Təqdimatçı: Şeyx, əl-Həram məscidində namaz […]
Yüklə Sual: Qış günlərində soyuq olanda əllərim üşüdüyü üçün yun əlcək geyinərək namaz qıla bilərəmmi? Əlcək geyinmək namazda səcdə vaxtı yeddi əza üzərində səcdə etməyə maneə sayılmırmı? Cavab: Əlcək taxıb namaz qılmaq olar. Necə ki, ayaqda corab olursa, əlcəyin də əldə olması namazda problem deyil. Həmd olsun Allaha. Əlinə əlcək geyinərək, yaxud (əlcək olmasa) istilənmək […]
Yüklə Sual: Namaz qılan vaxt vəsvəsə gələrsə, namazda olmağıma baxmayaraq lənətlənmiş şeytandan Allaha sığınımmı? Cavab: Bəli, sünnə budur ki, hətta namazda olsan da, şeytandan Allaha sığınasan. Əgər vəsvəsə çoxalarsa fikrini yayındır və “Əuzu billəhi minəş şeytanir rəcim” (Lənətlənmiş şeytanın şərrindən Allaha sığınıram) – de. Yaxşı olar ki, sol tərəfinə üç dəfə quru şəkildə (sakit səslə) […]
Yüklə Sual: Namaza gələrkən qaçmaq icazəlidirmi? Cavab: Belə etmək lazım deyil, bu məkruhdur (bəyənilmir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, namaza gəldikdə, gəzə-gəzə gəlin, sükunətli olun. Hansı rükətlərə (imamla) çatsanız qılın, çatmadığınız rükətləri isə tamamlayın. Namaza gələrkən qaçmaq, tələsmək olmaz. İnsan gəzə-gəzə, sükunətli və rahat halda gəlməlidir.
Yüklə Sual: Namaz qılan adamın namaz əsnasında gözlərini səmaya qaldırması doğrudurmu? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Namaz vaxtı səmaya baxmaq olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmiş və belə etməkdən çəkindirmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Namaz vaxtı gözlərini göyə dikənlər bu əməllərini tərk etsinlər, əks halda Allah […]
Yüklə Sual: Xahiş edirəm sualımı cavablandırın. Mən oxumuşam ki, namaz qılan vaxt asqırarkən “Əlhəmdulilləh” demək olar və bu halda namazı yenidən qılmaq lazım deyil. Bu doğrudurmu? Cavab: Bəli, bu doğrudur. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunub ki, o, kiminsə namazda asqırdığını və “əlhəmdulilləh” dediyini eşitmişdi. Namazdan sonra ona demişdi ki, mən filan […]
Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın, haram pulla inşa edilmiş məsciddə namaz qılmaq keçərlidirmi? Allah sizi xeyirlə mükafatlandırsın. Cavab: Qəsb edilmiş, yaxud haram pulla inşa edilmiş yerdə namaz qılmaq keçərlidir. Çünki namazın şərtləri, rükunları və vacibləri tamamlanmış sayılır. Lakin bu cür pulla məscid tikən əməlinə görə savab, əcr qazanmır.
Yüklə Sual: İqamə oxunduqda məscidə salam namazını ilk rükətində yarımçıq dayandırmaq olarmı? Cavab: Hədisdə gəlib ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Namaz üçün iqamə oxunduqda, fərz namazdan başqa namaz qılınmamalıdır.” Alimlər deyirlər ki, bu hədis namazı yeni başlayana aiddir. Əgər o nafilə namazın ikinci rükusundan qalxdıqdan sonra iqamə oxunarsa, namazını tamamlasın. Çünki […]
Yüklə Bəzi insanlar namazda gözlərini yumur və deyirlər ki, “bu hal namazda xüşulu olmaq üçün daha əlverişlidir.” Əslində bu iddia şeytanın bir hiyləsidir. Səbəb olmadan namazda gözləri yummaq məkruhdur (bəyənilmir) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə müxalifdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazda gözlərini yummazdı. Ya səcdə yerinə, ya da […]
Yüklə Sual: Bəzi atalar ailəsini sübh namazına oyatmaqda səhlənkarlıq edir. Sizin onlara tövsiyəniz nədir? Onu da qeyd edim ki, həmin ata deyir ki, uşaqlar böyüyər Allah onlara hidayət verər. Cavab: Xeyr bu doğru deyil. Əlbəttə onlar böyüyər və Allah onlara hidayət verər. Amma hidayət üçün səbəb də olmalıdır axı. Səbəb isə ata və ananın yeddi […]
Yüklə Sual: Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Bu qardaş sualında deyir ki, mən neçə illərdir ki, çobanlıqla məşğulam. Fərz ibadətlərimi də yerli-yerində edirəm. Namaz vaxtı daxil olanda azan verib təkbaşına namazımı qılıram. Lakin mənim ürəyim camaatla namaz qılmaq üçün döyünür. Mənim neçə illərdir belə namaz qılmağım mənim üçün camaat namazının savabı kimi savab sayılırmı?! […]
Yüklə Sual: Möhtərəm şeyx xüşu namaz üçün gərəklidir. Bəs namazın kamil olması üçün xüşunun miqdarı nə qədər olmalıdır? Cavab: Xüşu namazın rüknu deyil (olmaması namazı batil etmir). Xüşu Allahdandır. İnsanlardan elələri vardır ki, tam xüşulu olur və namazın savabını tam əldə edirlər. Bəzi insanlar isə qismən xüşulu olur və o qədər də savab əldə edirlər. […]
Yüklə Sualda deyilir ki, nə üçün əl-Bəqərə surəsinin “Səbir və namaz ilə (Allahdan) kömək diləyin…” (əl-Bəqərə: 45) ayəsində, səbr etmək namaz qılmaqdan öndə qeyd edilib. Cavab: Çünki səbri olmayan insan, nə namaz qıla bilər, nə də başqa ibadəti edə bilər, namazı tərk edər. Çünki namaz qılmaq üçün müəyyən işlər görmək, davamiyyətli olmaq lazımdır. Bunun üçün […]
Yüklə Sual: Allah sizi xeyirlə mükafatlandırsın bu sual soruşan deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Həsən bin Əliyə (Allah ondan razı olsun) öyrətdiyi qunut duasından əlavə dua etmək olarmı? Cavab: Qunut duasında Həsən bin Əlidən (Allah ondan razı olsun) rəvayət olunan duadan əlavə dua oxuya bilər. Lakin bəzi imamların (Allah onlara hidayət […]
Yüklə Sual: Mən səfərdə olarkən camaat namazına qoşuldum. Onlar İşa namazını qılırdılar. Mən isə hələ məğrib namazını qılmamışdım. Mən Məğrib namazını onlarla birlikdə necə qıla bilərəm? Cavab: Sən Məğrib namazı niyyəti ilə onlara qoşulursan. İmam dördüncü rükətə qalxdıqda, oturursan. İstəsən sonuncu təşəhhüdü oxuyub salam verir, istəyirsənsə imamı gözləyir və onunla birlikdə salam verib namazı bitirirsən.
Yüklə Sual: Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Qiblə olmayan istiqamətdə yatmış xəstənin çarpayısını qibləyə tərəf yönəltmək lazımdırmı? Qeyd edim ki, çarpayının qibləyə çevrilməsi üçün bəzi tibbi avadanlıqları enerji qaynağından ayırmaq lazımdır. Allah sizi xeyirlə mükafatlandırsın. Cavab (Şeyx Saleh əl-Liheydan): Namazda, ələlxüsus Fərz namazda qibləyə yönəlmək vacibdir. Lakin bu vaciblik bacarıqdan asılıdır. Allah buyurur: “Allahdan […]
Yüklə Cənazə namazı alimlərin yekdil fikirlə qəbul etdikləri məlum qaydada qılınır. Bu namaz dörd təkbirdən (Allahu əkbər) ibarətdir. Birinci “Allahu Əkbər” sözündən sonra əl-Fatihə surəsi oxunur. İstiftah duası (subhanəkə Allahummə və bihəmdikə…) isə oxunmur. Sonra ikinci təkbiri edir və İbrahim salavatını (Allahummə salli alə Muhəmməd va alə ali Muhəmməd…) sona qədər oxuyur. Sonra üçüncü təkbiri […]
Yüklə Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (namazın sonunda) sağ tərəfə salam verərkən yanağının ağ hissəsi görsənirdi. Sol tərəfə salam verərkən yenə yanağının ağ hissəsi görsənirdi.” (Nəsai rəvayət etmişdir. Albani səhih olduğunu demişdir.) Fəqihlər deyirlər ki, salam verməyə başlayarkən üz qibləyə olmalı, yan tərəfə […]
Yüklə Sual: Səfərdə olarkən iki namazı birləşdirərkən namazın ilk vaxtında birləşdirmək lazımdır, yoxsa son vaxtında? Cavab: Səfərdə namazları cəm etmək mövzusunda sənə rahat olanı etməlisən. əgər ilk vaxtda birləşdirmək rahatdırsa ilk vaxtda, son vaxtda birləşdirmək rahatdırsa son vaxtda birləşdir. Səfərdə namazı cəm etmək mövzusunda daha rahat olanı edirsən. Namazları səfərdə qısaltmaq (dörd rükətli namazı iki […]
Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Duha namazı gündəlik nafilə ibadətlərdəndir. Bu namaz günəş üfüqdən bir nizə boyu çıxandan, yəni günəşin doğmasından on dəqiqə sonra, zöhr namazına az qalmış vaxta qədər qılınan namazdır. Bu namaz iki, dörd, altı, yaxud səkkiz rükət qılınır. Bu namazın qılınmasına görə böyük savab vəd olunub. Əbu Zərr (Allah ondan razı […]
Cümə namazı iki xütbə və iki rükət səslə qılınan namazdan ibarətdir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rükət sünnə namazı qılmaq olar. Cümə namazının fəziləti barəsində Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər […]
Şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə bir sual verirlər: Bir dəstə insan məğrib namazına gecikib. Onlar məscidə gəldikdə imam İşa namazını qılırsa, onlar özləri ayrıca camaat halında məğribi qılsınlar, yoxsa işa namazı qılan imama qoşulsunlar? Belə halda onlar namazı necə qılırlar? Cavab: Doğru olan budur ki, insan istər tək olsun, istərsə toplum halında məscidə gəldikdə […]
1. Namaz dinin dirəyidir 2. Namazda nəyi düşünürsən 3. Namazın rüknları, vacibləri və sünnətləri 4. Təkbiratul-ehram və onun hökmü 5. Niyyəti dil ilə tələffüz etmək Namazda səhlənkarlıq
01. Övrət yerinin örtünməsi 02. Heyzdə qadınların fərqi 03. Heyzli qadın necə qüsl almalıdır 04. Addım izlərinin savabını qazanmaq 05. Məscidləri adlandırmaq 06. Məsciddə əsir saxlamaq 07. Bazarda məscid 08. Məsciddə çadır qurmaq 09. Məsciddə dəstəmazı pozan hərəkət etmək 10. Məsciddə ədəb qaydaları 11. Məscidlər fərqlənir 12. Məscidə getməyin savabı 13. Məscidin əhkamları, ixtilaf zamanı […]
Namaz islamın şəhadətdən sonra ən mühüm dayağıdır. İbn Ömər Peyğəmbərin -səllallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: “İslam beş dayaq üzərində bina edilmişdir: Allahdan başqa ibadət haqqı olan ilahın olmamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq!” (hədisi Buxari və Müslim rəvayət etmişdir). Namaz […]
Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır: 1. Sübh (2 rükət): “… Sübh namazını da qıl”. (“əl-İsra”, 78, və ya bax: “Hud”, 114; “ər-Rum”, 17). 2. Zöhr, yəni günorta (4 rükət): “…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …” (“əl-İsra”, 78 və ya […]
Uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdi ki, Allaha- dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək- ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru- düzgün din budur!” (əl- Bəyyinə”, 5). Malik ibn əl-Huveyris rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm- dedi: “…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…” Namazın şərtləri […]