Sual: Namaz qılan adamın namaz əsnasında gözlərini səmaya qaldırması doğrudurmu? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Namaz vaxtı səmaya baxmaq olmaz.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmiş və belə etməkdən çəkindirmişdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Namaz vaxtı gözlərini göyə dikənlər bu əməllərini tərk etsinlər, əks halda Allah onların gözlərini alacaqdır.”
Digər rəvayətdə “gözləri kor ediləcəkdir” – deyilir.
Məna budur ki, namaz vaxtı gözləri səmaya dikmək olmaz. Sünnəyə görə səcdə etdiyin yerə baxmaq lazımdır. Sünnə budur! Namazda göyə baxmaq olmaz.