Bölmə - Tarix

Elm əhlinə münasibət Elm tələb etməyin qaydası Fiqh Görkəmli şəxslərin həyatı Məqalələr Ramin Mütəllim

Fiqhi məzhəblər mövzusunda qızıl orta

Məzhəb sözünün ərəb dilində lüğəti mənası “gedilən yol” deməkdir. Bu sözün şəriətdə daşıdığı mənaya gəldikdə isə şəriət alimləri (fəqihlər) “məzhəb” dedikdə bu və ya digər islam aliminin fiqhi rəylərinin və ictihad­larının məc­musunu başa düşürlər. Bu alimlərin hər biri öz məzhəbinin qurucusu sayılır...
Dində yeniliklər Fətvalar Peyğəmbərlər tarixi

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludu – Şeyx İbn Useymin (VİDEO)

Yüklə Saleh sələflərimiz: Raşidi xəlifələr, səhabələr, onların əməlisaleh ardıcılları tabiinlər, nə də onlardan sonra yaşayan islam alimləri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludunu qeyd etməyiblər. Bu məqamda bir sual çıxır: Məgər biz Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bu insanlardan daha çox təzim edirik?! Təbii ki, xeyr. Məgər biz Peyğəmbəri (ona Allahın […]
Fətvalar Namaz Peyğəmbərlər tarixi

Peyğəmbərin ﷺ son vəsiyyəti – Şeyx Xalid bin Dahavi əz-Zafiri (VİDEO)

Yüklə Şeyx Xalid bin Dahavi əz-Zafiri: Biz həm vacib, həm də nafilə namazları qorumalıyıq. Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölüm yatağında olarkən etdiyi son vəsiyyətidir. Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) son sözü belə olmuşdur: “Namazınızı qoruyun, namazınızı qoruyun. Tabeliyinizdə olan kölələrə xoş davranın.” […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Kərbəla hadisəsi: Quran və sünnə işığında

Bu məqalədə, bütün müsəlmanların ürək acısı ilə xatırladığı bir faciə – əsrlər öncə Məhərrəm ayında İmam Hüseynin (Allah ondan razı olsun) xaincəsinə qətlə yetirilməsinə dair həqiqətlər yer alıb. İraq əhli İmam Hüseyni (Allah ondan razı olsun) çağırır İraq əhlinə İmam Hüseynin (Allah ondan razı olsun) Yəzidə beyət etməməsi xəbəri çatır və Hüseynə (Allah ondan razı […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Məhərrəm ayı və Aşura

  Allahın Muhərrəm ayının fəziləti Həmd Allaha, aləmlərin Rəbbinə məxsusdur. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, peyğəmbərlərin sonuncusuna (xatəminə), rəsulların seyyidinə (başçısına), onun ailəsinə və səhabələrinin üzərinə olsun. Allah təalanın Muhərrəm (haram) ayı mubarək və əzəmətli aydır. Bu ay Hicri təqviminin ilk ayıdır və Allah təalaının aşağıdakı ayədə bildirdiyi kimi dörd haram aylardan biridir. Allah […]
Fətvalar Həcc, ümrə və ziyarət Tarixi hadisələr

İlk dəfə Həcc etmək necə başlamışdır? – Şeyx Fovzan (VİDEO)

Yüklə “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” (Ali İmran: 96). Şərəfli Kəbə evi Allahın bütün insanlar üçün bina etdiyi ilk evdir. Uca Allah bu evi inşa etməyi Xəlili İbrahimə (Aleyhissələm) əmr etmişdir. “Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini […]
Əxlaq və ədəb Kamal Hüseyn Peyğəmbərlər tarixi

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı – Kamal Hüseyn (17 dərs)

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 1 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 1   Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 2 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 2   Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 3 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 3   Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı 4 Peyğəmbərin (sallallahu aleyhi […]
Məqalələr Peyğəmbərlər tarixi

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı – İKİNCİ HİSSƏ

İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından bəhs edən tərcüməni ‏təqdim edirik: Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyin verilməsi Uca Allah Muhəmmədi bütün bəşəriyyətə elçi göndərməklə bəndələrinə mərhəmət və lütf göstərmək istədikdə, tənhalıqda qalmağı ona sevdirdi. O, Hira mağarasında təkbaşına ibadət edirdi. O vaxtın ibadət […]
Məqalələr Tarixi hadisələr Xəvariclər

Xəvariclər – bu günün təcavüzkar ekstremistlərinin əcdadları

İslam tarixi boyunca zaman-zaman din barəsində əsaslı şəkildə yeni və ifrat nəzəriyyələr təbliğ edən qruplar meydana gəlmişdir. Bu qruplardan ən radikalı və ən zorakısı isə Əlinin (Allah ondan razı olsun) xəlifəliyi dövründə (656-661-ci illər) baş vermiş siyasi hərc-mərclik zamanı meydana gəlib. Xəvariclər kimi tanınan bu qruplaşma, radikal siyasi mövqeyə malik idi və onlar digər müsəlmanlarla […]
Məqalələr Tarixi hadisələr

“Qılıncla deyil, sülhlə”. Müsəlman tacirlərinin İslama dəvətdə rolu

Allaha və İslama dəvət – hər bir məsuliyyətli və şüurlu müsəlmanın vəzifəsidir. İslamda xüsusi dini statusa malik ruhanilər və din xadimləri olmadığına görə insanları Allaha dəvət etmək vəzifəsi başqa dinlərdə olduğu kimi “peşəkar ruhanilərdən” ibarət hansısa uydurulmuş qrupla məhdudlaşdırıla bilməz. İslamda hər bir kişi (və ya qadın) özünə görə həm də dininin xidmətçisidir, və hər […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Hüseynin fəziləti

Peyğəmbərimizin (ona Allahın salavat və salamı olsun) sevimli nəvəsi, Əli (Allah ondan razı olsun) və Fatimə (Allah ondan razı olsun) kimi şəxsiyyətlərin ovladı olan İmam Hüseyn (Allah ondan razı olsun) hicrətin 4-cü ilində anadan olmuş və 61-ci ilində Məhərrəm ayının onunda İraqın Kərbəla şəhərində zalımlar tərəfindən qətlə yetirilib şəhidliyin ən yüksək mərtəbəsinə nail olaraq Rəbbinə […]
Mənhəcin ümumi əsasları Rafizilər Şeyx Qamət Süleyman Tarixi hadisələr

Qamət Süleymanov – Yezid ibn Müaviyənin vaxtında olan hadisələrə münasibət (17 dərs)

 Hicrətin 60-64-cü illəri 1. Müqəddimə, İslam tarixinə təsir edən amillər 2. Yezid ibn Müaviyə’nin həyatı 3. Yezid ibn Müaviyə’ni lənətləmək 4. Yezid ibn Müaviyə’ni lənət edənlərin 5 şübhəsi 5. Yezid ibn Müaviyə’nin xəlifə olması 6. Müaviyə nə səbəbə görə Yezidi seçdi 7. Hüseynin Yezidlə razı olmamağı 8. Kufədə vəziyyət 9. Kərbəla hadisəsi 10. Hüseynin Kərbəlada […]
Məqalələr Peyğəmbərlər tarixi

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı – BİRİNCİ HİSSƏ

İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından bəhs edən tərcüməni ‏təqdim edirik: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəsəbi O, Adəm övladının ağası, Əbul Qasimdir. O, “Muhəmməd”, “Əhməd”, “əl-Məhi” – küfrün yox olmasına səbəb olan, “əl-Həşir” – insanlar yenidən dirildikdə onun ardınca həşr olunacaq, “əl-Aqib” – […]
Hədis və şərh Kamal Hüseyn Tarixi hadisələr

Kamal Hüseyn – Qissələr (10 dərs)

Abu Sufyanın Herakl ilə Olan Qissəsi Aişə (Allah ondan razı olsun) İFK HADİSƏSİ Qissəsi Bəni Israildən 3 Kimsənin Qissəsi Cəssəsənin Qissəsi Hökmdar – Sehrbaz – Balaca Uşağın Qissəsi İbrahim Və İsmailin (aleyhimussalam) Qissəsi Kəb İbn Məlikin Qissəsi Mağara Sahiblərinin Qissəsi Məsih Dəccəlin Qissəsi Rahib Cureycin Qissəsi
Görkəmli şəxslərin həyatı Məqalələr

ŞEYX MƏHƏMMƏD İBN ABDULVAHHABIN DƏVƏTİNİN GERÇƏKLİYİ

Birinci məsələ: ŞEYXİN PEYĞƏMBƏR (Ona Allahın salavatı və salamı olsun!) HAQDA ETİQADI İkinci məsələ: ƏHLİ BEYT Üçüncü məsələ: ÖVLİYALARIN KƏRAMƏTİ Dördüncü məsələ: TƏKFİR Beşinci məsələ: XƏVARİCLƏRİN YOLU Altıncı məsələ: SURƏT VERMƏ Yeddinci məsələ: ALİMLƏRƏ MÜXALİF OLMAQ SON SÖZ   Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həmd tək Allaha məxsusdur. Özündən sonra heç bir peyğəmbər olmayana, […]
Cihad Məqalələr Tarixi hadisələr

Bədr döyüşü – “Səhabələrin Ramazan ayında qəhrəmanlıqları”

Islam tarixində Ramazan ayı böyük hadisələrlə yadda qalmışdır. Belə hadisələrdən biri hicrətin ikinci ili, Ramazan ayının on yeddisi baş verən “Böyük Bədr” döyüşüdür. Bu döyüş haqq ilə batili ayırd edən, müsəlmanlara böyük üstünlük gətirən, onları güclü və qüvvətli göstərən döyüş olmuşdur. İman gücü və düzgün hərbi taktiki quruluş sayəsində İslam dövləti bu döyüşlə böyük üstünlük […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Əbu Bəkr Əs-Siddiqin (Allah ondan razı olsun!) xilafəti!

Əbu Bəkr Əs-Siddiqin (Allah ondan razı olsun!) xilafəti! (Hicri: 11-13) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatı elan edildikdə Əbu Bəkr (Allah ondan razı olsun!) onun cənazəsinin yanına gəlib onun üzünü açdı və alnından öpdü və buyurdu: Atam anam sənə fəda olsun sən sağ olarkən və öldükdən sonra da necə gözəl insansan!. […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Əmr ibn əl-Camuh

O: “Həqiqətən mən cənnətə can atıram!” sözləri ilə tək ayağı ilə düşmənin üstünə atıldı. Əmr ibn əl-Camuh cahiliyyə dövründə Yəsribin başçılarından biri və bəni Sələmə əl-Müsəvvər qəbiləsinin ağsaqqalı idi. O həm də Mədinənin adlı-sanlı və ləyaqətli şəxsiyyətlərindəndi… Cahiliyyə dövrünün adlı-sanlı varlı adamlarının evində öz bütlərinin olması bir qayda idi. Onlar hər səhər və axşam ondan […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Əyyub əl-Ənsari

Istambula qədər gəlib çıxmış və onun divarları yanında dəfn edilmişdir. O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) böyük səhabəsidir, tam adı Xalid ibn Zeyd ibn Kuleybdir, bəni ən-Nəccar qəbiləsindəndir. Ləqəbi Əbu Əyyub, ənsarlardandır. Müsəlmanlardan əbu Əyyub əl-Ənsarini tanımayan varmı?! Allah onun tərifini Şərqdən Qərbə yaymış və alicənab Peyğəmbərin (ona Allahın salavatı və salamı […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Sumama ibn ASAL əl-Hənəfi

Qureyşlılərə qarşı iqtisadi mühasirə qoymuş səhabədir. Hicrənin altıncı ilində Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Allaha dəvət məkanını genişləndirmək qərarına gəldi. O ərəb və əcnəbi ölkələrin hökmdarlarını Islama dəvət etmək üçün səkkiz məktub yazıb onlara göndərdi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) öz məktublarını göndərdikləri arasında Sumama ibn ASAL əl-Hənəfi də vardı. […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Umm Sələmə

Umm Sələmə… Əgər bilsəydiniz Umm Sələmə kimdir! Onun atası Məhzum qəbiləsinin adlı-sanlı və yüksəkmövqeli başçılarından biri idi. Bundan əlavə, ərəblər arasında o öz səxavətliliyinə görə nadir olan bir insan idi. Buna görə onu hətta “müsafirlərin hamisi” adlandırmışdılar. Çünki səfərə çıxanlar onun yanına gəldikdə və ya onunla birlikdə səfərə çıxdıqda özləri ilə böyük ərzaq ehtiyatı götürməyə […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Əl-Bəra ibn Malik əl-Ənsari

Əl-Bəranı müsəlman ordularından heç birinə komandan təyin etməyin, çünki onun öz cəsarəti ilə qoşunları həlak etmək təhlükəsi var. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Saçları dağınıq və toz içində olan bu adam sısqa vücudlu, arıq və o dərəcədə görkəmsiz idi ki, təsadüfən onu görənlər o saat üzünü yana çevirərdi. Amma buna baxmayaraq, o, kütləvi […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Umeyr ibn Vəhb

Həqiqətən, Umeyr ibn Vəhb mənim üçün mənim bəzi uşaqlarımdan doğma oldu. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Umeyr ibn Vəhb Bədr döyüşündən sonra sağ-salamat qayıtdı, lakin orada onun müsəlmanlara əsir düşmüş oğlu qaldı. Umeyr qorxurdu ki, müsəlmanlar gənc oğlunu, Umeyrin etdiyi günahlarına görə girov götürüb, Allahın Elçisinə (ona allahın salavatı və salamı olsun) və […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Abdulla ibn Xuzafə

Hər bir müsəlman Abdulla ibn Xuzafənin başını öpməlidir və mən bunu birinci edəcəyəm. Ömər ibn əl-Xəttab, (Allah ondan razı olsun) Bu hekayətin qəhrəmanı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Xuzafə əs-Səhmi adında olan səhabələrindən biridir. Ola da bilsin ki, ona qədər milyon ərəbin yanından ötüb keçərək onlara heç bir diqqət yetirməyən […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Tufeyl ibn Əmr əd-Dəusi

Ey Allah, ona elə bir əlamət göndər ki, onu xeyirxah niyyətlərini həyata keçirməyə yönəltsin! Allahın Elçisinin, ona Allahın salavatı və salamı olsun, Tufeyl üçün etdiyi duadan Tufeyl ibn Əmr əd-Dəusi Islama qədərki zamanlarda Dəus qəbiləsinin başçısı, adlı-sanlı kübar ərəb nəslindən çıxmış nümayəndəsi öz səxavəti və alicənablığı ilə məşhur olan insanlardan biri idi… Onun evində üstündə […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Səid ibn Əmir əl-Cumahi

Səid ibn Əmir – Allahı və Onun Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) hər şeydən üstün tutaraq Axirət həyatını özünün bu dünyadakı həyatı ilə qazanmış insandır. Tarixşünasların rəylərindən Səid ibn Əmir əl-Cumahi Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!), namərdcəsinə əsir götürülmüş səhabələrindən biri olan Xubeyb ibn Adiyə divan tutmaqda iştirak etmək üçün Qureyşin […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Buxari və “Səhih” əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə Hafiz ləqəbli alim Zəhəbi demişdir: “Buxarinin “Cəmius-Səhih” adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. Insan onu dinləmək üçün min fərsəx yol qət etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz.” Imam Buxari kimdir? Onun adı Əbu Abdulla Məhəmməd ibn İsmayıl […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Müslim və onun “Səhih” əsəri ilə tanışlıq

Imam Müslim kimdir? Tam adı Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində Neysəbur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir. Hədis öyrənmək üçün Hicaza, Misirə, Şama və Iraqa səfər etmişdir. Hədis elminin hafizlərindən və imamlarından sayılır. Imam Müslimin zamanında və ondan sonra yaşayan alimlər onun elmdə qüvvətli və hərtərəfli olmasını təsdiq etmişlər. […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Əbu Davud və onun “Sünən” əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə Imam Əbu Davud kimdir? Imam əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn Ishaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci ilində anadan olmuş və 275-ci ilində vəfat etmişdir. Əbu Davud tanınmış hədis alimi Buxarinin tələbələrindən biri […]
Məqalələr Tarixi hadisələr

Əhli Sünnə və Camaatın Yezid ibn Müaviyəyə münasibət

Yəqin ki, Yezidin vaxtında baş verən ən mühüm hadisə Hurra döyüşü, Abdullah ibn Zubeyrin və Hüseyn ibn Əlinin qətli olmuşdur. Bu səbəblə bəzi insanlar Yezid ibn Müaviyənin lənətlənməsini doğru sayır, bəziləri isə bunu əsla məqbul saymır. Yezidin lənətlənməsini deyən insan üç şeyi isbat etməlidir: Birinci: Yezidin fasiq olmasını…. İkinci: Onun deyilən fasiqlikdən tövbə etməməsini. Əgər […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Yezidin Hüseynin qətlinə münasibəti

Hüseynin öldürülməsində Yezidin əli yox idi. Bu sözləri onu müdafiə etmək üçün deyil, sadəcə olaraq haqqı üzə çıxarmaq üçün deyirəm. Yezid, Ubeydullah ibn Ziyadı göndərmişdi ki, Hüseynin Kufəyə gəlməsinə maneə olsun. Amma Yezid onu öldürməyi əmr etməmişdi. Hətta Hüseynin özü də Yezidə qarşı yaxşı fikirdə idi. Çünki o özü deyirdi ki, mənə icazə verin Yezidin […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Hüseynin (Allah ondan razı olsun) etdiyi üsyanın hökmü və insanların Hüseynin qətlinə münasibəti?

Hüseynin etdiyi üsyanın hökmü nədir? Hüseynin üsyan etməsində nə din nə də dünya xeiri yox idi. Ona görə o zamanlar böyük səhabələr onun bu işdən əl çəkməsini tələb edirdilər. Bundan əlavə o zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirib Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyanı etməsinin […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Hüseynin (Allah ondan razı olsun) qətlə yetirildiyi Taff döyüşü (Hicri 61)

Hüseyn, Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflər güc baxımından qeyri bərabər idilər. Hüseynin adamları özlərinin bu qoşuna qarşı kifayət qədər güclərinin olmamasını bilirdilər. Onların yeganə məqsədləri Hüseyn ibn Əlini müdafiə edərək onunla bərabər şəhid olmaq idi. Onlar Hüseyni müdafiə edərək bir-birinin ardınca şəhid olurdular. […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Hüseynin (Allah ondan razı olsun) Kərbəlaya çatması

Bu yerə çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Hüseyn artıq Kərbəla adlı yerə çatmışdı. Həmin yerə çatanda Hüseyn dedi: Bura haradır? Dedilər: Kərbəla. Hüseyn dedi: (kərbun) Kədər və (bələun) bəla. Ömər ibn Sədin qoşunu gəlib çatanda o […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Hüseynin (Allah ondan razı olsun) Məkkədən Kufəyə getməsi. Səhabələrin Hüseynin Kufəyə gəlişinə etirazları.

Ara sakitləşdikdən və camaatın çox hissəsi Müslim ibn Əqilə beyət etdikdən sonra Müslim Hüseynə məktub yazıb bildirdi: Artıq Kufəyə gəlmək vaxtıdır və hər şey hazırdır. Hüseyn (Allah ondan razı olsun) Tərviyə (həccin ilk) günü yola düşdü. Müslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad, Hani ibn Urvənin gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu: […]
Məqalələr Rafizilər Tarixi hadisələr

İraq camaatının Hüseyinlə məktublaşması

Yezidi və atası Müaviyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız Əlini və övladlarını görmək istəyən İraq camaatı Hüseynin, Yezid ibn Müaviyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazır və deyirdilər: “Biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik”. Hüseyn ibn Əliyə belə məktublar […]
Məqalələr Rafizilər Tarixi hadisələr

Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

İbn Kəsir[1], Abdullah ibn Muti və onun tərəfdarlarının hadisəsini rəvayət edir. Rəvayətdə deyilir: Onlar Əli ibn Əbu Talibin oğlu, Həsən və Hüseynin ata bir qardaşı Məhəmməd ibn əl-Hənəfiyyənin yanına gəlib Yezidin xəlifəliyini tanımaqdan boyun qaçırmasını tələb etdilər. Məhəmməd ibn əl-Hənəfiyyə isə bundan imtina etdi. İbn Muti dedi: Yezid ibn Müaviyə içki içir, namazları tərk edir. […]
Məqalələr Müsəlman hakimlərə münasibət Tarixi hadisələr

Əhli sünnə və camaatın Yezid ibn Müaviyəyə edilən beyətə münasibəti

Əhli Sünnə və Camaat bu beyəti məqbul sayırlar. Lakin iki şeyə bu beyətə irad tutublar. Birinci: Bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi yeni bidətidir. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim […]
Məqalələr Tarixi hadisələr

Yezid ibn Müaviyəyə beyət

Hicrətin əlli altıncı ilində Müaviyə camaata özündən sonra oğlu Yezidə beyət etməyi əmr etdi. Bu yerdə Müaviyə özündən əvvəlkilərin yolundan çıxdı. Çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özündən sonra rəhbər təyin etməyi camaatın öhdəsinə buraxmış və ya Əbu Bəkrin xəlifə olmasını buyurmuşdu. Əbu Bəkr özündən sonra Öməri təyin etmişdi. Ömər isə […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Möminlərin əmiri Müaviyə ibn Əbu Süfyanın (Allah ondan razı olsun) xilafəti (Hicri 40-60)

Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşnalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında toplaşmaları, cihad ovqatını yüksəldərək fəthlərə başlamaları və bütün qüvvəni xarici qüvvələrə qarşı yönəltmələri idi. Müaviyə öz qoşunu ilə uzaq […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Möminlərin əmiri Həsən ibn Əlinin (Allah ondan razı olsun) Xilafəti (Hicri 40)

Əlinin (Allah ondan razı olsun) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə beyət etdilər. Kufədə beyət edildikdən sonra Şam vilayətinə tərəf getdi. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn Əbu Talibə itaət etməmişdilər. Qan tökülməsini xoşlamayan Həsən ibn Əli sülh niyyəti ilə Şama gedir. Hətta Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Nəsai (Allah ona rəhmət etsin) və onun “Sünən” əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə İmam Nəsai kimdir? Onun tam adı, Əbu Abdurahman Əhməd ibn Şueyb ibn Əli ibn Bəhr ibn Sinən ən-Nəsaidir. Hicrətin 215, miladın 830-cu ilində Xorasanın məhşur vilayəti olan Nəsədə anadan olmuş və hicrətin 303, miladın 915-ci ilində Fələstində Ramlə şəhərində vəfat etmişdir. Dəraqutni demişdir: “Əbu Abdurrahman yaşadığı əsrdə bu elmlə […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri ilə tanışlıq – Allah ona rəhmət etsin –   İmam Tirmizi kimdir? Tam adı Əbu İsa Məhəmməd ibn İsa ibn Səvra ət-Tirmizidir. O, hicrətin 209-cu ilində anadan olmuş və 279-cu ilində vəfat etmişdir. Tirmizi Buxarinin yanında uzun müddətli dərs alan tələbələrdən biri […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Əbu Davud (Allah ona rəhmət etsin) və onun “Sünən” əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə İmam Əbu Davud kimdir? İmam Əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn İshaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci, miladın 817-ci ilində anadan olmuş, hicrətin 275-ci, miladın 888-ci ilində vəfat etmişdir. Əbu Davud tanınmış hədis […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: Muhamməd bin Nasiruddin əl-Albani

Görkəmli alim, hədisşünas Muhamməd bin Nasiruddin əl-Albani (1914-1999) Anadan olması: O 1914-cü ildə Albaniyanın qədim paytaxtı Aşqurada anadan olmuşdur. Onun atası İstanbul şəhərində şəriət təhsili almış və hənəfi məzhəbi üzrə ölkəsinin alimlərindən olmuşdur. Lakin atası ölkə rəhbərliyinin qadınların geyimi ilə bağlı qərbyönümlü fikirlərilə razılaşmadığı üçün oradan köçmək qərarına gəlmiş, ailəsi və uşaqları ilə birlikdə Dəməşq […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: Muhamməd bin Nasiruddin əl-Albani

Görkəmli alim, hədisşünas Muhamməd bin Nasiruddin əl-Albani (1914-1999) Anadan olması: O 1914-cü ildə Albaniyanın qədim paytaxtı Aşqurada anadan olmuşdur. Onun atası İstanbul şəhərində şəriət təhsili almış və hənəfi məzhəbi üzrə ölkəsinin alimlərindən olmuşdur. Lakin atası ölkə rəhbərliyinin qadınların geyimi ilə bağlı qərbyönümlü fikirlərilə razılaşmadığı üçün oradan köçmək qərarına gəlmiş, ailəsi və uşaqları ilə birlikdə Dəməşq […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Müslim və onun “Səhih” əsəri ilə tanışlıq

Rəhimli və Mərhəmətli Allahın adı ilə İmam Müslim kimdir? O, Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı, miladın 821-ci ilində Neysəbur şəhərində anadan olmuş və hicrətin 261-ci, miladın 874-cü ilində vəfat etmişdir. Hədis öyrənmək üçün Hicaza, Misirə, Şama və Iraqa səfər etmişdir. Hədis elminin hafizlərindən və imamlarından sayılır. Imam Müslimin zamanında və ondan sonra […]
Görkəmli şəxslərin həyatı Məqalələr

İmam Buxari və onun “Səhih” əsəri ilə tanışlıq

Rəhimli və Mərhəmətli Allahın adı ilə Hafiz ləqəbli alim Zəhəbi demişdir: “Buxarinin “Cəmius-Səhih” adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. İnsan onu dinləmək üçün min fərsəx yol qət etsə belə, bu səfərlə vaxtını zay etmiş sayılmaz”. İmam Buxari kimdir? Onun adı Əbu Abdulla Məhəmməd ibn İsmayıl […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: İmam Muzəninin həyatı

Rəhman və Rəhim olan Allahın adı ilə İmam Muzəninin doğumu Ümmətin böyük fəqihi, zahidlərin nümunəsi olan İmam Əbu İbrahim İsmayıl ibn Yəhya ibn İsmayıl ibn Amr ibn Müslim əl-Muzəni əl-Misri hicrətin 175 (miladi 791) – ci ilində Misirin əl-Fustat şəhərində anadan olub. əl-Muzəni təxəllüsü cahiliyyət və İslamda dərin tarixə malik Muzeynə əl-Adnəniyyə qəbiləsindən götürülmüşdür. Bu […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Şeyx Məhəmməd Əmən əl-Cəminin həyatı

Rəhman və Rəhim olan Allahın adı ilə Böyük alim, imam, Əbu Əhməd Məhəmməd Əmən ibn Əli əl-Cəmi Efiopiyanın Hərar regionu yaxınlığında, Somali ilə sərhəddən 100 mil qərbdə yerləşən Tağa-Təab kəndində dünyaya gəlib. “Əl-Cəmi” soyadı Cəməa adlı Efiopiya kəndinin adındandır. O, 1930-cu ildə (hicri təqvimi ilə 1349-cu il), regionda siyasi çaxnaşma və tayfa ədavətlərinin hökm sürdüyü […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: İmam Dəraqutninin həyatı

İmam Dəraqutninin həyatı İmam və hafiz Əbul Həsən Əli bin Ömər bin Əhməd bin Mehdi bin Məsud bin ən-Numan bin Dinar bin Abdullah əl-Bağdadi əd-Dəraqutni hicri təqvimlə 306 (miladi 918)- cı ildə, Bağdadın “Dar əl-Qutn” (pambıq evi) adlı böyük qəsəbəsində doğulub. Onun Dəraqutni təxəllüsü doğulduğu şəhərin adı ilə əlaqəlidir. İmam Dəraqutninin elm tələb etməsi Dəraqutni […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: İmam Əbu Cəfər Əhməd ət-Tahavi

İmam Əbu Cəfər Əhməd ət-Tahavi haqqında alimlərin rəyi İbn Yunus: “ət-Tahavi etibarlı, dürüst, fəqih, aqil bir insan idi. Ondan sonra onun kimisi gəlməyib”. Nüfuzlu İslam alimi Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Sələmə ibn Sələmə Abdil-Malik ibn Sələmə əl-Əzdi ət-Tahavi imam, mühəddis, fəqih, hafiz idi. Onun atası və dayısı İmam İsmayıl ibn Yəhya əl-Muzəni də […]
Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: Abdullah ibn əl-Mübarək

Böyük İslam alimi Abdullah ibn əl-Mübarəkin ibrətamiz məqamlarla dolu həyatından bəhs edən məqaləni ixtisarla təqdim edirik. Süfyan ibn Uyeynə (Allah ona rəhmət etsin) : “Mən səhabələrə baxdım və Abdullah ibn əl-Mübarəkə baxdım, amma onların Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və onunla döyüşlərdə olmalarından başqa onun üzərində bir üstünlüyünü görmədim”. Abdullah bin əl-Mübarək […]
Məqalələr Tarixi hadisələr

Məhəmməd Peyğəmbərin haqq olduğunu deyən ilk xaçpərəst və yəhudilər

Günümüzdə müxtəlif insanların İslamı qəbul etməsinin bir çox nümunəsi var. Bəs Məhəmmədə Allahın peyğəmbəri kimi iman gətirmiş ilk xaçpərəst kim olub? Rahib Bahira Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı haqqında kitablarda rəvayət olunur ki, on iki yaşında gənc Məhəmməd (o zamanlar o hələ peyğəmbər deyildi) öz ilk səyahətinə Suriyaya yola düşür [1]. […]