Hicrətin əlli altıncı ilində Müaviyə camaata özündən sonra oğlu Yezidə beyət etməyi əmr etdi. Bu yerdə Müaviyə özündən əvvəlkilərin yolundan çıxdı. Çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özündən sonra rəhbər təyin etməyi camaatın öhdəsinə buraxmış və ya Əbu Bəkrin xəlifə olmasını buyurmuşdu. Əbu Bəkr özündən sonra Öməri təyin etmişdi. Ömər isə bu işi altı nəfərlik şuranın öhdəsinə buraxmış və bu şuradan əmisi oğlu Səid ibn Zeyd və Abdullahı xaric etmişdi. Osman isə özündən sonra kimin xəlifə olmasını təyin etməmişdi. Əli də həmçinin özündən sonra xəlifəni təyin etməmişdi. Həsən isə xilafəti Müaviyəyə təhvil vermişdi.
Bu təklifdən sonra Müaviyəyə dedilər: Sən bu işi ya Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında yaxud da Əbu Bəkrin vaxtında olduğu kimi saxla və xilafəti özündən olmayan bir nəfərə həvalə et. Yaxud Ömərin etdiyi kimi öz ailəndən olmayan altı nəfərə bu işi həvalə et. Yaxud sənin işin olmasın qoy müsəlmanlar özləri bir rəhbər seçsinlər. Müaviyə isə deyilənlərlə razılaşmadı və özündən sonra oğlu Yezidin mütləq xəlifə olmasını istədi.
Müaviyə özündən sonra rəhbər seçimində ixtilaf və şər olacağından ehtiyat edib daha xeyirli təkliflərdən, işi şuranın öhdəsinə buraxmaqdan vaz keçdi. O, itaəti, güvvəni, əminamanlığı və sabitliyi oğlu Yezidin tərəfində olduğunu gördüyü üçün belə qərar vermişdi[1].