Əhli Sünnə və Camaat bu beyəti məqbul sayırlar. Lakin iki şeyə bu beyətə irad tutublar.
Birinci: Bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi yeni bidətidir. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin varisliyə çevrilməsini qəbul etmirlər.
İkinci: O vaxt Yeziddən başqa, İbn Ömər, İbn əz-Zubeyr və Həsən kimi rəhbərliyə layiq olan digər insanlar var idi.
İbn əl-Ərəbi deyir: Rəhbər seçimini şuranın öhdəliyinə buraxmayan, qohumlarını bu işə qatan Müaviyə artıq xeyirli üslubu tərk etmişdi. Qaldı ki, oğlunu rəhbər təyin eyməsi bəyənilən əməl olsun. Lakin o oğlu üçün hamıdan beyət aldı və insanlar ona beyət etdilər və şəriətə görə onun xilafəti məqbul sayıldı[1].
Bidətçilər öz baxışlarına görə xilafəti yalnız Əli və onun övladlarında görürlər. Həqiqətdə onlar yalnız Yezidin beyətinə irad tutmurlar, Əli və onun övladlarından başqasına edilən hər bir beyəti pisləyirlər. Bu əsasla onlar, beyət olunan şəxsin kimliyindən asılı olmayaraq Əbu Bəkrin, Ömərin, Osmanın və Müaviyənin beyətini də pisləyirlər. Onların etiqadına əsasən rəhbərlik qiyamətə qədər Allah tərəfdən Əli və övladlarına tapşırılmışdır.