Məqalələr Rafizilər Tarixi hadisələr

Yezidin Hüseynin qətlinə münasibəti

Hüseynin öldürülməsində Yezidin əli yox idi. Bu sözləri onu müdafiə etmək üçün deyil, sadəcə olaraq haqqı üzə çıxarmaq üçün deyirəm.
Yezid, Ubeydullah ibn Ziyadı göndərmişdi ki, Hüseynin Kufəyə gəlməsinə maneə olsun. Amma Yezid onu öldürməyi əmr etməmişdi. Hətta Hüseynin özü də Yezidə qarşı yaxşı fikirdə idi. Çünki o özü deyirdi ki, mənə icazə verin Yezidin yanına gedim əlimi onun əlinə sıxım (yəni, beyət edim).
Şeyxülislam ibn Teymiyyə deyir: Bütün rəvayətçi alimlər deyirlər ki, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid, İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan vermə. Yezid, Hüseynin qətlini eşitdikdə kədərləndi və onun evində ağlaşma səsləri yüksəldi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə Hüseynin ailəsinə yaxşı baxıb onları yaşadıqları yerə göndərdi.

Bidətçilərin kitablarında: Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsinin qadınlarının təhqir edilməsi, onların Şama əsir kimi gətirilməsi, onların Şamda təhqir edilməsi haqda – yer alan bəzi rəvayətlərə gəldikdə onların hamısının yalan olması aşkar olur. Çünki Bənu Umeyyə (Umeyyə oğulları) Bənu Haşimə (Haşim oğullarına) çox hörmət edirdilər. Ona görə Həccac ibn Yusif, Abdullah ibn Cəfərin qızı Fatimə ilə evləndikdə Əbdülməlik ibn Mərvan bununla razılaşmayıb Həccaca onu boşamağı əmr etdi. Çünki onlar Haşimilərə çox böyük ehtiram bəsləyir və heç vaxt Haşimi qadınları əsir götürmürdülər[1]. O vaxtlar Haşimi qadınlar sevilən, hörmət edilən insanlar idilər. Ona görə Yezidin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsinin qadınlarını köləliyə almasını demək batil bir sözdür.
Həmçinin Hüseynin başının Yezidə göndərilməsi xəbəri də doğru deyildir. Əksinə Hüseynin kəsilmiş başı Kufədə Ubeydullah ibn Ziyadın yanında qalmışdı. Hüseynin dəfn edilmişdir və onun dəfn olunduğu yer, qəbri dəqiq bilinmir. Lakin daha çox yayılan məlumatlara görə o Kərbəlada, qətlə yetirildiyi yerdə dəfn edilmişdir. Allah ondan razı olsun.

[1] Minhac əs-Sünnə: 4, 557, 558, 559.