Məqalələr Tarixi hadisələr

Əhli Sünnə və Camaatın Yezid ibn Müaviyəyə münasibət

Yəqin ki, Yezidin vaxtında baş verən ən mühüm hadisə Hurra döyüşü, Abdullah ibn Zubeyrin və Hüseyn ibn Əlinin qətli olmuşdur.
Bu səbəblə bəzi insanlar Yezid ibn Müaviyənin lənətlənməsini doğru sayır, bəziləri isə bunu əsla məqbul saymır. Yezidin lənətlənməsini deyən insan üç şeyi isbat etməlidir:
Birinci: Yezidin fasiq olmasını….

İkinci: Onun deyilən fasiqlikdən tövbə etməməsini. Əgər tövbə edən kafirin öz küfründən tövbə etməsi məqbuldursa fasiqin tövbəsi də məqbuldur.

Üçüncü: Müəyyən şəxsə lənət oxumağın icazəli olmasını isbat etmək.

Allahın və rəsulunun lənət etmədiyi müəyyən ölmüş insanı lənətləmək olmaz. Mötəbər hədislərin birində buyurulur: Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında Əbu Cəhlə lənət oxunduqda belə dedi: “Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar”[1].
Allahın dini söyməklə binövrələnməmişdir. Onun binövrəsi gözəl əxlaqdır. Allahın dinində söyməyin heç bir qədr-qiyməti yoxdur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mötəbər hədislərin birində buyurmuşdur ki, “Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür”[2]. Müsəlmanı söymək fasiqlikdir. Yezidin isə İslam dinindən çıxmasını heç kəs deməmişdir. Ən pis halda onun fasiq olması deyilmişdir. Bu iddianın doğru olması üçün onun fasiqliyini isbat etmək gərəkdir. Onun həqiqətini Allah bilir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mötəbər rəvayətdə buyurmuşdur: “Qeysər şəhərinə ilk dəfə hücum edən qoşun bağışlanmışdır”[3]. Bu qoşun Yezid ibn Müaviyənin sərkərdəliyi ilə döyüşə getmişdi. Rəvayətlərdə deyilənlərə görə bu döyüşdə onunla: İbn Ömər, İbn əz-Zubeyr, İbn Abbas, Əbu Əyyub kimi – şərəfli səhabələr də iştirak edirdilər. Döyüş hicrətin qırx doqquzuncu ilində baş vermişdir.
İbn Kəsir deyir: Yezid, Hərra döyüşündə Müslim ibn Uqbəyə Mədinə şəhərinə üç günlük möhlət verməsini əmr etməklə çox kobud səhv etmişdir. Bu səbəblə bir çox səhabələr və onların övladları həlak olmuşdular.

Yekun söz olaraq onu deyirəm ki, onun işi Allaha qalmışdır. İmam Zəhəbi demişdir: Biz onu nə söyür nə də sevirik!

[1] Səhih əl-Buxari: Kitab əl-Cənaiz, Bab mə yunhə an səbbil əmvat. № 1393.
[2] Səhih əl-Buxari: Kitab əl-İman, Bab Xovful mumin ən yuhbitə amələhu. № 48. Səhih Müslim: Kitab əl-İman, № 116.
[3] Səhih əl-Buxari: Kitabul Cihad, Bab mə qilə fi qital ər-Rum, № 2924.