Əl-Bəranı müsəlman ordularından heç birinə komandan təyin etməyin, çünki onun öz cəsarəti ilə qoşunları həlak etmək təhlükəsi var.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun)
Saçları dağınıq və toz içində olan bu adam sısqa vücudlu, arıq və o dərəcədə görkəmsiz idi ki, təsadüfən onu görənlər o saat üzünü yana çevirərdi.
Amma buna baxmayaraq, o, kütləvi döyüşlərdə və toqquşmalarda məhv etdiyi düşmənləri hesaba almadan, şəxsən təkbətək döyüşlərdə yüz bütpərəst öldürmüşdü.
O cəsur döyüşçü-qəhrəman idi. Əl-Fariq (Ömər, Allah ondan razı olsun) vilayətlərdəki canişinlərinə yazmışdı: “Əl-Bəranı müsəlman ordularından heç birinə komandan təyin etməyin, çünki onun öz cəsarəti ilə qoşunları həlak etmək təhlükəsi var”.
Əl-Bəra ibn Malik əl-Ənsari Ənəs ibn Malikin, Allahın Elçisinin (ona Allahın salavatı vı salamı olsun) xidmətçisinin qardaşı idi.
Əgər mən sizə əl-Bəra ibn Malikin bütün igidliklərini saymağa başlasaydım, bu, çox vaxt aparardı və hekayətimiz uzanardı. Ona görə də, mən onun igidliklərindən bir epizod haqqında sizə danışmağı mümkün saydım ki, bu, bütün digərləti barəsində də təsəvvür yaradacaqdır.
* * *
Bu hekayət şərəfli Peyğəmbərimizin (ona Allahın salavatı vı salamı olsun) vəfatının lap ilk saatlarından sonra başladı. O vaxt ərəb qəbilələrindən bütöv ailələr, nəsillər Allahın dinindən, öz vaxtında onlar onu necə qəbul etmişdilərsə, eynilə də uzaqlaşırdılar. Ancaq Məkkənin, Mədinənin, Taifin və habelə ölkə üzrə səpələnmiş halda yaşayan icmaların, Allahın qəlblərində imanlarını möhkəmlətmiş sakinləri Islama sədaqətli qalmışdılar.
* * *
Ən doğrucul xılifə olan Əbu Bəkr (Allah ondan razı olsun) bu dağıdıcı və kor-koranə başlamış hərc-mərcliyin yolu üstündə sarsılmaz qala kimi dayandı.
Mühacir və ənsarlardan ibarət onbir ordu yaradıldı. Xəlifə onların hər birinə (döyüş) bayrağı təqdim etdi və sonra isə onları Ərəbistanın hər tərəfinə yola saldı ki, dindən üz döndərənləri haqq yoluna qaytarsınlar, inad edənləri isə qılıncla doğru yola yönəltsinlər.
Ən inadcıl və dindən üz döndərmiş çoxsaylı adamlar yalançı peyğəmbər Müsəylimənin nəslindən olan Bəni Hənifə qəbiləsindən idilər. Müsəylimə özünün bayraqları altıa öz qəbiləsindən və digər müttəfiqlərdən qırx min nəfər təcrübəli döyüşçü toplamışdı.
Bu adamların əksəriyyəti Müsəylimənin ardıyca ona inandıqlarına görə deyil, ancaq özlərinin milli fanatizminə uyaraq gedirdilər. Onlardan bəziləri deyirdilər: “Şahidlik edirik ki, Müsaylimə – yalançı, Muhəmməd isə doğrudur… Lakin cənubi ərəblərdən olan yalançı qohum bizə daha əziz və yaxındır, nəinki şimali ərəblərin arasından çıxmış doğrucul və səmimi şəxs”.
* * *
Müsəylimənin qoşunları müsəlman ordularından Ikrimə ibn Əbu Cəhlin koman¬dan¬lığı altında olan və Müsəyliməyə qarşı yönəldilmiş birinci qoşunu məğlub edərək onu geri çəkilməyə məcbur etdilər.
Doğrucul xəlifə (Allah ondan razı olsun) Xalid ibn əl-Validin konandanlığı altında ənsar və mühacirlərin ən yaxşıları yığılmış ikinci ordunu göndərdi.
Əl-Bəra ibn Malik əl-Ənsari ən yaxşı müsəlman igirlərinin dəstəsi ilə həm birinci və həm də ikinci ordunun önündə hərəkət edirdilər.
* * *
Hər iki ordu Yamama torpağı olan Nəcdə qarşılaşdılar. Bir müddətdən sonra döyüşdə qüvvələr nisbəti Müsəylimənin və onun tərəfdarlarının xeyrinə meyl etməyə və zəmin müsəlman döyüşçülərinin ayağı altından qaçmağa başladı. Düşmənin təzyiqi altında müsəlmanlar geri çəkilməyə başladılar, Müsəylimənin tərəfdarları isə Xalid ibn əl-Validin çadırına hücum etdilər. Onlar çadırı yerə yıxdılar və Xalidin arvadını, bir müsəlman onu müdafiə etməsə idi, az qala öldürəcəkdilər.
Bu anda müsəlmanlar çox ciddi bir təhlükə hiss etdilər və başa düşdülər ki, əgər onlar bu dəfə də Müsəyliməyə məğlub olsalar, Islam Ərəbistanda öz varlığını itirə bilər, çünki insanlar şəriki Olmayan Tək Allaha ibadət etməkdən əl çəkərlər.
Bu ağır məqamda Xalid sürətlə öz ordusunun əsgərlərinə yaxınlaşıb onları yenidən elə bir qaydada düzdü ki, mühacirləri ənsarlardan və bədəvi ərəbləri də onların hər ikisindən ayırdı.
Bir atanın övladları onlardan birinin rəhbərliyi altında hərəkət edirdilər və beləliklə vuruşma zamanı hər döyüş qrupunun cəsurluq səviyyəsi göz qabağında idi. Belə təşkil olunduqda müsəlmanlara qarşı əsas zərbənin istiqaməti də asanlıqla müəyyən edilirdi.
* * *
Qarşı-qarşıya dayanmış iki tərəf arasında amansız qanlı döyüş başladı ki, o vaxtadək müsəlmanların apardığı müharibələr tarixində onun misli görünməmişdi. Müsəylimənin xalqından olan əsgərlər döyüş meydanında cəsurluq möcüzəsi göstərirdilər və itgilərə baxmayaraq sarsılmaz qayalar kimi möhkəm dayanmışdılar. Müsəlmanlar isə öz tərəflərindən, o qədər parlaq qəhrəmanlıq nümunələri göstərirdilər ki, onların hamısını bir yerə yağmaq olsaydı ən dəyərli tarixi dastan yazılardı.
Ənsarların bayraqdarı olan Sabit ibn Qeys özünə çala (səngər) qazıb mumiya kimi kəfənə bürünərək, dizinə qədər o çalaya girdi və döyüşdə mərdliklə həlak olana qədər onun içində sarsılmadan öz xalqının bayrağını qorudu.
Ömər ibn əl-Xəttabın qardaşı Zeyd ibn əl-Xəttab müsəlmanlara müraciət etdi:
– Ey insanlar! Dişlərinizi bir-birinə sıxın, düşməninizi məhv edin və qabağa gedin… Ey insanlar! Allaha and olsun, Mən, Müsəylimə məhv edilənə qədər bir daha heç bir söz deməyəcəyəm, mən ya Allahla görüşəcək, ya da dəlillərimi Ona təqdim edəcəyəm…
Sonra o, düşmənin üstünə atıldı və şəhid edilənə qədər döyüşdü.
Mühacirlərin bayrağı Səlim Mövla Əbu Xuzeyfənin əlində idi, döyüşçülər onun əldən düşəcəyindən ehtiyat edirdilər. Onlar ona dedilər: “Biz qorxuruq ki, döyüşdə səndən qabağa keçərik”. O isə belə cavab verdi: “Siz döyüşdə məni ötüb qabağa kecsəniz, onda mən Quranın pis daşıyıcısı olaram…”
Sonra o qəzəblə düşmənə həmlə etdi, döyüş meydanında şəhid olanadək qəhrəmancasına vuruşdu.
Ancaq bütün bu igidliklər əl-Bəra ibn Malikin qəhrəmanlığı qarşısında sönük görünür.
Xalid gördükdə ki, döyüşün qızğın vaxtının ən şiddətli və yüksək nöqtəsinə çatıb, əl-Bəra ibn Malikə tərəf çevrilərək dedi:
– Ənsarların ümidi… onların yanına get!
Əl-Bəra onların yanına gələrək, onlara belə müraciət etdi:
– Ey ənsarlar! Qoy sizdən heç biriniz Mədinəyə geri çəkilmək haqqında düşünməsin. Bu gündən sizin üçün Mədinə yox, təkcə Bir Allah… bir də Cənnət…vardır!
Sonra o, ənsarları dalıyca apararaq, bütpərəstlərə doğru həmlə etdi. Əl-Bəra öz qılıncı ilə düşmənin sıralarını yarır, Müsəylimənin və tərəfdarlarının ayaqları titrəməyə başlayana qədər Allahın düşmənlərinin başını aman vermədən kəsirdi. Onlar bağda (ərəbcə “hadika”) gizlənməyə cəhd göstərdilər. Həmin vaxtdan o bağ – həmin gün orada öldürülmüş adamların həddən artıq çoxluğundan – “ölüm bağı” adını qazanmışdır.
* * *
Bu “ölüm bağı” yaşıllıqıa örtülmüş və yüksək divarlarla əhatə edilmiş geniş bir ərazidən ibarət idi. Müsəylimə özünün minlərlə tərəfdarları ilə dərvazələrini bağlayaraq bu divarların arxasında gizlənməyə cəhd göstərdi. Müseylimənin əsgərləri yüksək divarların arxasından müsəlmanların üstünə yağışa bənzər ox buludu yağdırırdılar
Belə olduqda, müsəlmanların əfsanəvi qəhrəmanı olan əl-Bəra ibn Malik qabağa çıxaraq öz döyüşçülərinə müraciət etdi:
– Ey insanlar! Məni qalxanın üstünə qoyub nizələrinizlə yuxarı qaldırın və divarın üstündən darvazaların yaxınlığında bağa atın. Mən ya həlak olaram, ya da darvazaları sizin üçün açaram.
Əl-Bəra ibn Malik arıq və incə bədənli adam olduğu üçün bir anda qalxanın üstünə çıxdı. Onlarla nizə qalxanı yuxarı qaldırıb onu “ölüm bağına”, Müseylimənin əsgərlərinin ən sıx olduğu yerə atdılar. Öldürücü ildırım kimi əl-Bəra onların üstünə düşərək, bağın dərvazası yanında onlarla amansız döyüş apardı. Əl-Bəra onlarla düşməni məhv etdikdən sonra, vuruşda səksəndən çox nizə və qılınc yarası almasına baxmayaraq, dərvazanı açmağa nail oldu… Müsəlmanlar divarların üstündən və dərvazadan “ölüm bağına” girdilər və sığınacaq axtaran kafirlərin başlarını vurmağa başladılar. Bu döyüşdə, təxminən iyirmi min bütpərəst öldürüldü. Onların arasında Müseylimə də var idi.
* * *
Yaralı əl-Bəra ibn Maliki müalicə edilməsi üçün onun düşərgəsinə apardılar. Xalid ibn əl-Valid bir ay müddətində əl-Bəranın yaraları sağalana qədər onun düşərgəsində qaldı. Axırda Allah ona sağalmağı və müsəlman düyüşçülərinə də əl-Bəranın vasitəsi ilə qələbəni qismət etdi.
* * *
Əl-Bəra ibn Malik əl-Ənsari həmişəki kimi həyatını Allah naminə verməyə və “ölüm bağındakı” döyüşdə ondan yan keçmiş şəhidlik məqamına can atırdı.
Müqəddəs arzusunu həyata keçirməyə və şərəfli Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) ilə qobuşmağa can ataraq, Fars vilayətinin Tustar məntəqəsində döyüşə girən günə qədər əl-Bəra bir-birinin ardıyca bütün döyüşlərdə iştirak edirdi. Müsəlmanlar, iri qalalarından birində möhkəmlənmiş farsları mühasirəyə almışdılar. Qala üzük kimi möhkəm mühasirəyə alınmışdı. Bu, bir müddət keçdikdən sonra farslar üçün böyük fəlakətlər mənbəyinə çevrildi. Qala divarlarından onlar uclarında möhkəm poladdan hazırlanmış odda pul kimi qızardılmış qarmaq olan zənzirlər sallamağa başlamışdılar. Bu yandırıcı qarmaqlar müsəlmanların bədəninə bataraq onları ölü və ya yarımcan halda yuxarə qaldırırdılar.
Bu qarmaqlardan biri əl-Bəra ibn Malikin qardaşı Ənəs ibn Malikə ilişdi. Bunu görən kimi, əl-Bəra divarın üstünə qalxdı və qardaşı sallanan zənciri tutdu. Qarmağı tutandan sonra, onu qardaşının bədənindən çıxartmağa çalışdı. Əl-Bəranın əli qarsalan¬mağa başladı, amma o, qardaşını xilas edənə qədər öz cəhdindən əl çəkmədi. Sonra o, əzələlərinin yanması nəticəsində əli sümüyə çevrilmiş halda qardaşı ilə birgə yerə düşdü.
Bu döyüşdə əl-Bəra ibn Malik əl-Ənsari Allaha yalvardı ki, O ona qəhrəmancasına şəhid olmaq qismət etsin. Allah onun müraciətinə cavab verdi – əl-Bəra bu döyüşdə Allaha qovuşmağa can ataraq şəhid oldu.
* * *
Allah əl-Bəra ibn Maliki Öz peyğəmbəri Muhammadla (ona Allahın salavatı və salamı olsun) yanaşı cənnət guşəsində yerləşdirdi.