Sual: Qadın digər qadınlara namaz qıldıra bilərmi? Əgər cavab “bəli”dirsə, onlar da camaat namazının savabını qazanırlarmı?
Cavab:
Rəhmli və mərhəmətli Allahın adı ilə. Həmd olsun Allaha. Allahın Elçisinə, onun ailəsinə, əshabələrinə və onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.
Qadının qadın toplumuna camaat namazı qıldırması icazəlidir. Aişə və Ummu Sələmənin (Allah onlardan razı olsun) belə etdiyi deyilir.
Onların bu halda qıldıqları namazın camaat namazı savabı almasını da ümid edirik.
Bu işdə həmçinin məsləhət də vardır. Çünki qadının qadınlara imamlıq etməsi ilə, onlara dinlərini öyrətməkdə və istiqamət verməkdə faydası vardır. Bir qadın digər din bacısından namazına aid olan məsələləri öyrənə bilər. Ələlxüsus imamlıq edən qadın elmlidirsə, yaxud qadınların arasında başqa elmliləri vardırsa, hamılıqla faydalanmış olarlar.
Onların camaat şəklində namaz qılmasının çox faydaları vardır.