Fətvalar Namaz

Məğrib namazını İşa namazı qılan imamın arxasında qılmağın qaydası – Şeyx Fovzan (VİDEO)

Yüklə

Sual:
Mən səfərdə olarkən camaat namazına qoşuldum. Onlar İşa namazını qılırdılar. Mən isə hələ məğrib namazını qılmamışdım. Mən Məğrib namazını onlarla birlikdə necə qıla bilərəm?

Cavab:
Sən Məğrib namazı niyyəti ilə onlara qoşulursan. İmam dördüncü rükətə qalxdıqda, oturursan. İstəsən sonuncu təşəhhüdü oxuyub salam verir, istəyirsənsə imamı gözləyir və onunla birlikdə salam verib namazı bitirirsən.