Sual: Namaza gələrkən qaçmaq icazəlidirmi?
Cavab:
Belə etmək lazım deyil, bu məkruhdur (bəyənilmir).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, namaza gəldikdə, gəzə-gəzə gəlin, sükunətli olun. Hansı rükətlərə (imamla) çatsanız qılın, çatmadığınız rükətləri isə tamamlayın.
Namaza gələrkən qaçmaq, tələsmək olmaz. İnsan gəzə-gəzə, sükunətli və rahat halda gəlməlidir.