Günahlar Məqalələr

Qiyamət günü səni ən çox kədərləndirən o olacaq ki…

Qiyamət günü sən, nə atana nə anana hətta övladına belə onları şiddətli dərəcədə sevməyinə rəğmən nə bir həsənət, nədə bir yaxşı əməlindən bir şey verə biləcəksən

Lakin sən, sevməyib qeybətin etdiyin adama bunun müqabilində həsənətlərindən və yaxşı əməllərindən istəməsən belə məcburən verəcəksən!

Onun üçün o gün Tağabun (Qarşılıqlı aldanma) günü adlandırılmışdır.

▪Dediklərimi yaxşı-yaxşı düşün, çünki sən mənim qeybətimi etməklə mənə zərər vura bilən deyilsən. Yalnız özünə zərər edər və kitabını pis bir əməllə doldurmuş olarsan.

▪Sənə nəsihətim

Yaxşı və ya pis əməllə dolduracağın kitab sənindir. Onun üçün başqasının qeybətini edib ardınca danışmaqla öz kitabını korlama.

Yenədə özün bilərsən bu kitab və əməl dəftəri sənindir istədiyinlə doldur

Onsuz sonda peşman olan və kitabında olanların hesabını verən sən olacaqsan!

Hazırladı: Osman Sələfi