Fətvalar Namaz

İqamə oxunduqda məscidə salam namazını yarımçıq dayandırmaq olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx (VİDEO)

Yüklə

Sual: İqamə oxunduqda məscidə salam namazını ilk rükətində yarımçıq dayandırmaq olarmı?

Cavab: Hədisdə gəlib ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Namaz üçün iqamə oxunduqda, fərz namazdan başqa namaz qılınmamalıdır.”

Alimlər deyirlər ki, bu hədis namazı yeni başlayana aiddir. Əgər o nafilə namazın ikinci rükusundan qalxdıqdan sonra iqamə oxunarsa, namazını tamamlasın. Çünki qalan hissə tam namaz sayılmır, ona görə də onu tamamlamaq olar.

Əgər sən nafilə namaz qılmaq üçün təkbir etdikdən sonra iqamə də oxunarsa, sünnəyə uyğun olan budur ki, sən nafilə namazı yarımçıq saxlamalısan.

Sual: Sualın davamında deyilir ki, bəs namazdan yarımçıq çıxanda salam verməlidirmi?

Cavab: Fərq etməz, namazı salam verərək, yaxud salamsız dayandıra bilər.