Sual: Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Bu qardaş sualında deyir ki, mən neçə illərdir ki, çobanlıqla məşğulam. Fərz ibadətlərimi də yerli-yerində edirəm. Namaz vaxtı daxil olanda azan verib təkbaşına namazımı qılıram. Lakin mənim ürəyim camaatla namaz qılmaq üçün döyünür. Mənim neçə illərdir belə namaz qılmağım mənim üçün camaat namazının savabı kimi savab sayılırmı?!
Cavab: Bəli. Əgər sən çobanlıq edir və çöllükdə olanda təkbaşına azan verib namazı qılırsansa, sən böyük savaba nail olursan. Tək olsan da azan ver və sənə böyük savab vardır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Dağın döşündə təkbaşına namaz üçün azan verən çobanın halına Rəbbimiz təəccüb edər.”