Fətvalar Namaz

Kəbəyə baxıb namaz qılmaq olarmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Təqdimatçı: Alimlərin sözlərini oxuyarkən görürük ki, alimlər deyirlər ki, namaz vaxtı səcdə yerinə baxmaq daha yaxşıdır.

Şeyx: Bəli, namaz qılan üçün doğru və düzgün olan budur ki, səcdə yerinə baxsın, gözünü qarşıya, aşağı və ya yuxarı dikməsin. Yalnız səcdə yerinə baxsın. Çünki bu, xüşulu (müti) olmaq baxımından daha əlverişlidir.

Təqdimatçı: Şeyx, əl-Həram məscidində namaz qılan adam, Kəbə evinə baxıb qıla bilərmi?

Şeyx: Xeyr, istər kəbədə, istərsə də başqa yerdə olanda, ancaq səcdə etdiyi yerə baxsın.