Sualda deyilir ki, nə üçün əl-Bəqərə surəsinin “Səbir və namaz ilə (Allahdan) kömək diləyin…” (əl-Bəqərə: 45) ayəsində, səbr etmək namaz qılmaqdan öndə qeyd edilib.
Cavab:
Çünki səbri olmayan insan, nə namaz qıla bilər, nə də başqa ibadəti edə bilər, namazı tərk edər. Çünki namaz qılmaq üçün müəyyən işlər görmək, davamiyyətli olmaq lazımdır. Bunun üçün də səbr lazımdır. Səbri olmayan insan dininin əhkamlarına əməl etməyi bacarmaz.