Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Ölülərin və dirilərin ruhları görüşürmü? – Şeyx Fovzan (VİDEO)

Yüklə

Sualda deyilir ki, eşitdiyimə görə ölənlərin ruhu bərzəx həyatında görüşürlər. Bu doğrudurmu?

Cavab:
Bəli, bu haqda uca Allahın ayəsi vardır: “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar…” (əz-Zumər: 42).

Bu o deməkdir ki, ruhlar görüşürlər. Ölülərin və dirilərin ruhu yuxuda görüşürlər. Dirilərin yuxusunda ruhlar ölülərin rtuhu ilə görüşürlər. Yatan adam yuxudan oyandıqda ruhu bədəninə qayıdır, ölülərin ruhunu isə uca və nöqsansız Allah öz dərgahında saxlayır.