Sual:
Hilalı (yeni doğmuş ayı) görən bir şəxs gedib bunu məsul şəxslərə bildirdi və onlar bunu (onun şahidliyini) qəbul etmədilər. Bu halda ona təkbaşına oruc tutmaq vacibdirmi?
Şeyx AbdulMuhsin əl-Abbad:
Bu məsələ haqqında hədis varid olub:
“Oruc sizin oruc tutduğunuz, iftar sizin iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”
Yəni, belə əməllər camaatla birgə edilir. O, camaatdan ayrılmasın.