Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Allah mənə lütf edib və mən artıq namazlarımı ayın əvvəlindən vaxtlı-vaxtında qılır, namaz kimi əzəmətli ibadəti müntəzəm edirəm. Lakin əvvəllər bəzən namaz qılır, bəzən tərk edirdim. İndi mən o vaxt qılmadığım namazları qılmalıyammı?
Cavab:
Sənə vacib olan Allaha tövbə etməyindir.
Çoxsaylı qılınmamış namazları qılmağa gərək yoxdur. Sən Allaha tövbə et və bundan sonra namazları müntəzəm qıl.
Sən Allaha tövbə etsən və gələcəkdə də namazları müntəzəm qılsan, Allah da sənin tövbəni qəbul edəcək. Ona görə sən qılmadığın (çoxsaylı) namazları qəza etmə.