Sual: Qeyri-müsəlmanlara sədəqə vermək olarmı?
Cavab:
Müsəlmanlarla müharibə şəraitində olmayan qeyri-müsəlmana sədəqə vermək icazəlidir. Şərt odur ki, müsəlmanlarla müharibə şəraitində olmasınlar. Əminamanlıq, sakitçilik və əhd-peyman dönəmində kafirlərə sədəqə vermək icazəlidir. Uca Allah buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (əl-Mumtəhinə: 8).
Buxari və Muslimin “əs-Səhih” əsərində Əsma bin Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Məkkə əhalisi ilə Hudeybiyyə sülh müqaviləsi bağlayan ildə, Əsmanın anası Mədinə şəhərinə gəlib ondan maddi kömək istəyirdi. Əsma (Allah ondan razı olsun) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Allahın elçisi, ona yardım edimmi?!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bəli, ona yardım et!”
Əsmanın anası kafir olduğu halda, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona əl tutmağı əmr etdi.
Müsəlman, kafir olan qohum-əqrəbasına və tanımadığı kafirlərə sədəqə verə və onlara yaxşılıq edə bilər. Bir şərtlə ki, onlar müsəlmanlarla müharibə şəraitində olmamalıdırlar. Müharibə şəraitində onlarla heç bir əlaqə qurmaq, onlara yardım etmək olmaz. Nə az, nə də çox – heç nə ilə kömək etmək olmaz!