Sual:
Bəziləri deyirlər ki, əqidədə ictihad etmək icazəlidir. Buna da sələflərin namazı tərk edənin təkfirində etdikləri ixtilafı dəlil gəyitirirlər.
Cavab:
Namazı tərk edənin təkfiri şəri bir hökm olub, bunda ictihada yer vardır. Amma əqidə isə ictihad yeri deyildir. Əksinə olaraq dəlilə qulaq asıb, təslim olub, iman gətirirsən.
Sənə əqidə məsələlərindən hər hansı birində dəlil gələrsə, ictihadmı edəcəksən? Əqidə məsələlərindən biri Allah səmadadır. Deyəcəsən ki, ictihad edirəm ki, Allah yerdədir?
Allah Bağışlayan və Rəhimlidir. İctihad edəcəksən ki, Allah nə bağışlamır, nə də rəhm etmir?!
Buna görə də imam ibn əbi Zeyd əl-Qayravani deyir:
“*Əhli Sünnənin məzhəbi budur ki, kim ictihad edərək bidətə düşərsə, üzrlü sayılmaz!*”. Sonra da xəvariclər barədə varid olmuş hədisləri dəlil gətirmişdir ki, “onlar məxluqatın ən şərlisidirlər, harada görsəniz öldürün”, “onlar Cəhənnəmin itləridir”, bu və digər hədislər. Cahilliklərinə görə və həmçinin də batil ictihadlarına görə onları üzrlü bilmədi. Əksinə onlara qarşı qılıncları qınından çıxarmağı və öldürməyi əmr etdi, ən pis formada onları məzəmmət etdi.
Amma əməllərdə, ictihad yerlərində Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözü dəlildir ki, “Kim ictihad edər və doğruya isabət edərsə ona iki, ictihad edərək xəta edərsə, ona bir əcir vardır”.
İctihad yerləri isə bunlardır:
– furu məsələləri (törəmə əməli məsələlər),
– bəzi dəlillərdəki mütəşabihlik və ziddiyyat baş verən yerlər,
– və dəlil olmayan məsələlər.
Usuli qayda var ki, ((dəlillə yanaşı ictihad yoxdur)). Allahın hökmü gəldikdə başqasının sözü batil olur.
Allah sizə bərəkət versin.
Bəli, bəzi alimləri gördüm ki, Allah təalənin bu sözünü dəlil gətirərək haqqı öyrənməkdə ictihad edib, xəta edəni üzrlü bilmişlər: “Ey Rəbbimiz, əgər unutsaq və ya xəta etsək, bizi cəzalandırma”.
“Fətəva fil-əqidə vəl-mənhəc” birinci halqa.