Faydalar Mumeyyilər Sual-cavab Şübhələrə rəddiyələr

Adil Rəcəbovun Şamaxıda Şeyx Abdullah Buxariyə (hafizahullah) etdiyi tənələrə RƏDDİYƏ



1. Adil deyir: “Abdullah Buxarini özlərinə uyğun gəldiyi üçün qaldırıblar.”

(Halbuki onu böyük alimlər qaldırıblar. Buna misal olaraq bu linklərə baxa bilərsiniz 

)


2. Adil Şeyx Abdullah Buxari haqqında danışmağa başlayanda dərhal keçdi Fəlihə ki, Fəlih belə etdi və s. Şeyx Rabi onu (Fəlihi) cərh etdi və sonra deyir ki, Abdullah Buxari də Fəlih ilə bir yerdə idi, yəni təlbis edib dedi ki, Abdullah Buxari də həddadidir. Sonra deyir: “Abdullah Buxari həddadilikdən harada tövbə edib?
(Daha demir ki, Fəlihi cərh etməmişdən qabaq bütün sələfi şeyxlər Fəlih ilə bir yerdə idilər. Adil Şeyx Abdullah Buxarini həddadilikdə ittiham edir, halbuki heç bir sələfi alim onu həddadilikdə ittiham etməyib.Bununla Adilin hizbi sifətlərinə həddadi sifəti də əlavə olunur.)



3. Adil deyir: “Mən ondan soruşdum məni tanıyırsan Dedi yox
Adilin yanındakı qardaş sual verir: “Abdullah Buxari?
Cavab : “Yox Fəlih“.
(Qardaş sualı boş yerə vermir, çünki bir neçə ay bundan əvvəl şeyx Abdullah Buxarinin Adili cərh etməsi yayılanda Adil və onun yanında olan bir neçə tələbə avamlara demişdi ki, Adil Abdullah Buxarinin yanına gedib və ondan bu barədə soruşub. O da guya deyib ki, mən səni tanımıram. Adil də deyib ki, məni tanımadığın halda necə cərh etmisən?
Belə təlbis edilirdi ki, guya Abdullah Buxari Adili tanımadan, elmsiz cərh edib və ondan sən məni tanımadığın halda necə cərh etmisən deyə soruşduqda guya Şeyx susub.
Hətta bu barədə şeyx Abdullah Buxaridən soruşublar –
Amma Allahın qədəri ilə Adil bu dəfə həqiqəti ağzından qaçırtdı.Sən demə, bu şəxs Abdullah Buxari yox Fəlih imiş.(4-cü bənddə bunların yalanını bir daha ifşa edəcəyik.). Nə qədər avam müsəlman aylardır ki, bununla aldadılıbmış.)



4. Ondan soruşanda ki, bəs nəyə görə Abdullah Buxari Adildən danışdı?
Adil açıq deyir: “ÇÜNKİ MƏN ONUN DƏRSLƏRİNDƏN ÇƏKİNDİRİRDİM.”
Sonra da bildirir: “Mən Samini və başqa tələbələri onun dərslərinə getməyə qoymurdum və deyirdim ki, onlar yalnız insanlardan danışırlar. Nə vaxt ki, bizimlə oxuyan qardaş ikinci dəfə Samini Abdullah Buxarinin yanına aparmaq istədi, onda artıq onu HƏDƏLƏDİM ki, birdə Saminlə işin olmasın. Bu, Abdullah Buxariyə çatdı və onda o məndən bu cur danışdı.
(Özü təsdiq etdi ki, şeyx Abdullah Buxari boş boşuna, onun dalınca danışmayıb.)



5. Adil deyir: “Muxtar Abdullah Buxariyə dedi ki, Fəlih necə gəldi danışır, niyə heç nə demirsən? Buxari isə cavab verir ki, mən danışsam, məni cərh edəcək. Qorxurdu. Hansı mənhəcdən danışılır?! Allah üçün demək hara getdi?!” 
(Halbuki, məsələlərdən xəbəri olan elm əhli təsdiqləyir ki, şeyx Abdullah Buxari Fəlihə ən birinci etiraz edənlərdən olub).



6. Adil yenə də iki başlı danışır və Şeyx Abdullah Buxarini fitnəkar kimi göstərərək deyir: “Abdullah Buxari gəldi fitnə çıxartdı, məsələləri qarışdırdı və Liviyadan ya da Tunisdən olan tələbələr də onun üzünə tüpürdülər. “
  1. Şeyx Abdullah Buxari nə etdi, hansı məsələləri qarışdırdı və nə fitnə çıxartdı ki, Liviyadan tələbələr onun üzünə tüpürdülər?
  2. Bu sübut olunmalıdır.
  3. O qədər ədəbsiz var ki dünyada. Unutmayaq ki, Allah rəsulu sallallahu aleyhi və səlləm özü də dəfələrlə təhqir edilib, daşa tutulub. Lakin bu haqlı olaraq edilmişdi yoxsa batil olaraq?!).
7. Adil deyir: “Muhamməd Məni adında birisi Abdullah Buxarini təfsilatlı cərh edib
(Adil şeyx Abdullah Buxarini vurmaq üçün yəni sələfilikdən çıxartmaq üçün həddadinin – Muhamməd Məninin cərhini gətirir, halbuki məcruhun (cərh olunanın) cərhi qəbul olunmur.)
[embedyt] https://www.youtube.com/watch?v=T-mQDNwCHfo[/embedyt]
8. Adil alimi İTTİHAM edir – “Yanına gedib danışanda sözündən qaçdı.
 
9. Adil deyir: “Şeyx Abdullah Buxari şeyx Muqbili xəvariclikdə ittiham edib, lakin alimlərdən Muqbil haqqında heç kəs danışmayıb. ’’
(Adilin gətirdiyi ittihamlar yalandır:
  1.  Şeyx Abdullah Buxari Şeyx Muqbili xəvariclikdə ittiham etməyib və bu şübhəyə artıq cavab verilib –
  2.  Həmin məsələyə görə şeyx Əhməd ən-Nəcmi şeyx Muqbilə güclü rəddiyə verib.)



10. Adil alimi İTTİHAM edir – “Arxadan danışır, amma üzə çıxa bilmir.
(Halbuki, elə bu səsyazısında özü deyir ki, Məribiyə ilk etiraz edənlərdən biri Abdullah Buxari olmuşdur, həmçinin İbrahim Ruheyli haqqında kitab yazmışdır. Adil haqqında səsyazısı youtubda var, Fəlihə ən birinci rəddiyə verənlərdən olub. Bütün bunlar onu göstərir ki, şeyx heç də arxadan danışıb, üzə çıxmaqdan qorxanlardan deyil).



11) Abdullah Buxari Əbul-Həsən Məribi haqqında danışanda Adil deyib ki, gözləyin qoy böyük alimlər (cibəllər) – şeyx Fovzan, Abbad, Suleyman Ruheyli və İbrahim Ruheyli danışsınlar.
(Maraqlıdır ki, şeyx Rabi, şeyx Ubeyd əl-Cəbiri və s. böyük alimlər qeyd olunmadı. Həmçinin onun sözündən belə çıxdı ki, Məribi haqqında yalnız şeyx Abdullah Buxari danışıb, halbuki şeyx Rabi, şeyx Ubeyd əl-Cəbiri də onun haqqında danışıblar.)



Həmçinin bu yazıda Adil dolayı yolla göstərdi ki, Məribini müdafiə edib.
(Ortaya bir neçə məsələ çıxır:
  1. Əgər o dediyi kimi hələ də adlarını çəkdiyi alimlərin (cibəllərin) Məribini təbdi etmələrini gözləyirsə, deməli onun Məribi haqqında mövqeyi aydın deyil.
  2. Şeyx Rabi, Ubeyd əl-Cəbiri, Suleyman Ruheyli, Abdullah Buxari və s. Məribi haqqında danışıblar və təbdi ediblər, yəni bidətçi deyiblər.
  3. Adilin Məribi haqqında mövqeyi aydın deyil. Şeyx Abdullah Buxari Adili cərh edəndə dedi ki, o Məribini dəstəkləyir və onun fikirlərini yayır. Ortalığa sual çıxır – sən (Adil) Məribi haqqında alimlərin cərhini qəbul edirsən ya yox?)