TERRORÇU, MÜSƏLMANLARDAN SAYILMIR
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim bizə qarşı silah qaldırarsa bizdən deyildir” Buxari və Müslim rəvayət etmişlər.
İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür” Buxari və Müslim rəvayət etmişlər.
Haris əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim camaatdan bir qarışlıq üz döndərərsə, geri qayıdana qədər boynundan İslam bağını açmış sayılır”. Tirmizi rəvayət etmişdir.
Xəttabi (Allah ona rəhmət etsin) demişdir: Hədisdə deyilən bağ, heyvan qaçmasın deyə onun boynuna bağlanan çatı və ya kəndirdir. Yəni, kim camaat üzərində başçılıq edən rəhbərin itaətindən çıxar, yaxud hamının məqbul saydığı bir işdə onlardan üz çevirərsə artıq zəlalətə düşmüş və həlaka düçar olmuşdur. Belə halda onun timsalı, boynunda çatısı olmayan heyvan kimidir. Çünki belə heyvan itmə, yaxud həlak olma təhlükəsindədir.
TERRORÇU, BÖYÜK GÜNAHLARDAN BİRİNƏ SAHİBDİR
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Yeddi həlakedici böyük günahlardan qorunun!”
Orada olanlar dedilər: Ey Allahın elçisi həmin günahlar hansılardır?
O dedi: “Allaha şərik qoşmaq, sehr etmək, Allahın qətlini haram etdiyi kimsəni haqsız yerə öldürmək, yetimin malını və sələmdən qazanıb yemək, döyüş günü meydandan qaçmaq, zinadan bixəbər, namuslu və mömin qadınları zinada ittiham etmək” Buxari və Müslim rəvayət etmişdir.
TERRORÇU, ÇIXIŞI OLMAYAN BİR TƏLƏYƏ DÜŞMÜŞDÜR
Ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mömin kimsə haram qan axıdana qədər öz dinini rahat yaşa bilər”. Daha sonra İbn Ömər deyir: “İnsanın özünü dolaşdırdığı çıxışsız tələ, icazə olmadan haram qan axıtmaqdır” Buxari rəvayət etmişdir.
Hədisin ərəbcəsində deyilən “Fi Fushətin” sözləri, rahatlıqda və köksü açıq halda olmaq mənasındadır. Əgər o haqsız yerə kimisə qətlə yetirərsə, bundan sonra qəlbi sıxılar, yeri daralar. Çünki uca Allah belə əməl sahibinə başqasına vəd etmədiyini vəd etmişdir. Yəni, haqsız yerə günahsız adamı qəsdən öldürməyə görə vəd olunan əzab səbəbi ilə dinində sıxıntı yaşayacaqdır. İbn Ömərin sözündə işlədilən “tələ” sözü, həlak olmaq, qurtulması çətin olan iş mənasındadır.
ALLAH QATINDA, TERRORÇUNUN ETDİYİNDƏNSƏ, DÜNYANIN MƏHV OLMASI DAHA YÜNGÜLDÜR
Nəsai adlı alim, Bureydədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yetirilməsindən daha yüngüldür”.
TERRORÇUNUN ETDİYİ, KƏBƏNİN HAQQININ TAPDALANMASINDAN PİSDİR
İbn Macə, Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən gördüm ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəni təvaf edir və deyir: Sən və sənin ətirin necə də gözəldir. Sən və sənin toxunulmamazlığın necə də əzəmətlidir. Muhəmmədin nəfsi əlində olana and olsun ki, Allah qatında möminin toxunulmamazlığı, səninkindən çoxdur. Möminin malı, qanı toxunulmazdır və onun barəsində yalnız yaxşı zəndə olmaq lazımdır”.