Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həyatının axırında, ölümlə üz-üzə qalarkən özünə gəlir və son nəfəsində bu sözləri deyir:
“Ey Allahın qulları, namazınızı qoruyun, namazınızı qoruyun! Tabeçiliyinizdə olan kölələrə yaxşı davranın. O bu sözləri dili tutulana qədər təkrar etdi.”
Siz də ey Allahın qulları, Allahdan qorxun və namazlarınızı qoruyun ki, uca Allahın dediyi bu növ bəndələrindən olasınız: “Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar; Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!” (əl-Muminun surəsi: 9-11).