O alim, zahid, təqva əhli, bir çox hədisi əzbərdən bilən və çox asanlıqla kövrələn bir insan idi.
O ilk dövrlərdə yaşamış və ibadətlərinin çoxluğu ilə tanınmış Sufyan əs-Səuri və başqaları kimi sələf alimlərinin həmyaşıdı idi. Hədis ravilərindən biri sayılırdı. “Cərh və tədil” elmində öz ciddiliyi ilə seçilən Əbu Hatim ər-Razi onun haqqında demişdi: “Etibarlı, əzbərdən çoxlu hədis bilən”.
Onun əsas xüsusiyyətlərindən biri kövrək olması və çox ağlaması idi. Yəhyə ibn Əbu Bəkr deyir: “Mən ondan meyitə qüsl verməyin necə olması haqda soruşduqda, o özünü saxlaya bilməyib ağlamışdı”.
Həmçinin, üzündə xuşunun hiss olunması idi. Əbu Süleyman əd-Dərani deyir: “Allah qorxusu və təqva əl-Həsən ibn Salihin üzündə daha çox biruzə verən başqa birisini görməmişəm”.
Onun digər xüsusiyyətlərindən biri də zahidliyi və aza qane olması idi. əl-Həsən ibn Salih özü haqda belə buyurur: “Bəzən mən bircə dirhəmim olmadan yuxudan oyanıram. Lakin, məndə elə hiss olur ki, sanki bütün dünya mənimdir”.
Onun qeyri-adi xüsusiyyətlərindən biri də onun dindarlığı idi. Bir dəfə bir cariyəni satarkən həmin cariyəni almaq istəyən adama on belə demişdi: “Bir dəfə o qan hayxırmışdı”. Bunu deməklə onun xəstə olmasından və nəticədə cariyəni almaq istəyəni aldatmasından qorxurdu.
Həmçinin, onun qeyri-adi xüsusiyyətləridən biri də, Allahın əzbından şiddətli şəkildə qorxması idi. Bir dəfə ona bu sözlər çox güclü təsir etmiş “Ən böyük dəhşət onları kədərləndirməyəcək…”. (əl-Ənbiya, 103) və onun haqda demişdilər: “Onun üzü gah yaşıl, gah da sarı oldu”.
Həmçinin, onun qeyri-adi xüsusiyyətlərindən biri də Quran barəsində çoxlu fikirləşməsi (tədəbbür etməsi) olmuşdu. Bir dəfə gecə namazına qalxıb ən-Nəbə surəsini oxumağa başladı və “Onlar nə barədə bir-birindən soruşurlar?” (ən-Nəbə, 1) bundan sonra ürəyi gedib yerə yıxılmışdı. Sübh namazını vaxtı girdikdə o, hələ də bu surəni oxumağı qurtarmamışdı.
Onun xüsusiyyətlərindən biri də gecə namazlarında çox dayanması idi. O, gecə namazın anası ilə qardaşı arasında bölərdi. (Belə ki, bir-birini növbə ilə gecə namazına oyadardılar). Anası dünyasını dəyişəndən sonra qardaşı ilə növbələşər, qardaşı dünyasını dəyişəndən sonra isə bütün gecəni namazda keçirərdi.
Onun haqqında ən gözəl söz – İmam Əbu Zura ər-Razinin sözləri olmuşdur: “Onda dəqiqlik, dini başa düşmək, ibadət və zahidlik kimi xüsusiyyətlər cəm olmuşdu”.
Lakin, bütün yuxarıda sadalananlara rəğmən sələf imamları – alimlər və zahidlər – ona qarşı çıxmış, onu bidətdə günahlandırmış və ondan çəkindirməyə başlamışlar. Bunlardan elə kəslər var idi ki, ondan hədis rəvayət etməyi dayandırmışlar. Hətta məsələ o səviyyəyə çatmışdı ki, sələf imamları onu çox sərt şəkildə tənqid etməyə və pisləməyə başlamışdılar. Əhməd ibn Yunus onun haqqında deyir: “Həsən ibn Salih doğulmasaydı, bu onun üçün daha yaxşı olardı”.
Bəs görəsən Həsən ibn Salihin düşdüyü, sələf imamlarının onunla bu cür davranmalarının, onun bütün yaxşı əməllərini, gözəl xüsusiyyətlərini nəzərə almamalarının və ona qarşı yumşaq davranmamalarının səbəbi hansı günah idi?
Onun günahı o idi ki, o, zalım rəhbərə qarşı çıxmağı icazəli görürdü.
Düşünün!
O rəhbərə qarşı çıxmırdı.
Rəhbərə qarşı çıxmağın icazəli olması rəyini yaymırdı.
İnsanları rəhbərə qarşı çıxmağa təşviq etmirdi.
Bu sadəcə onun rəyi idi.
əz-Zəhəbi onun haqqında deyib: “O, zalım olduqlarına görə – öz dövrünün rəhbərlərinə qarşı çıxmağı icazəli görürdü. Lakin, o özü heç vaxt rəhbərə qarşı çıxmamışdı”. Həmçinin, əz-Zəhəbi deyib: “Əgər onun bidətlə əlaqəsi olmasaydı, imamlardan sayılardı”.
Onun təqvalı olması sələf alimlərini məftun etməmişdir. Rəvayət edilir ki, İbn İdris demişdir: “Süfyan əs-Səurinin təbəssümü Həsən ibn Salihin möhkəm gülməyindən mənə daha sevimlidir”.
Əldə etdiyimiz faydalar:
1) Zalım müsəlman rəhbərə qarşı çıxmağın icazəli olması bidətdir.
2) Bu kimi şeyləri danışana qarşı mülayimlik tətbiq edilmir. Nə qədər ləyaqətli və elmli insan olsa da onun haqqında susmaq olmaz.
3) Sələflər insan haqda onun Sünnəyə tabeçiliyi və bağlılığı ilə mühakimə yürüdürdülər.
4) Onlar insanın geniş elminə, ibadətdə çalışqan və təqvalı olmasına və ya ağlamağa meylli olmasına (kövrək olmasına) görə mühakimə yürütmürdülər.
5) Həqiqətdə, insan alim ola bilər. Lakin, bir bidətə görə (Sünnənin əsaslarından birinə qarşı çıxsa) o, Sünnə əhlindən çıxır və bidətçi sayılır.