Bir insanın müsəlman olmasını deməkdə ehtiyat etmək. Yalnız onun müsəlman olmasını yoxladıqdan sonra ona müsəlman demək əksər xəvariclərin əqdidəsidir. Tavaqquf “dayanmaq” sözünün mənası: Onlarla (xəvariclərlə) əlbir olmayan müsəlman şəxslərə və toplumlara münasibət bəsləməkdə dayanmaq, ehtiyat etmək. Onlara kafir və ya müsəlman, dost yaxud düşmən deməkdən çəkinmək. Tavaqquf sözü həmçinin müsəlman ilə kafir arasından olan əlaqələrdə ehtiyat etməyi də ahatə edir.
Buna misal olaraq bunları demək olar: başqaları ilə birlikdə və ya onların arxasında dayanıb namaz qılmaq, cümə və camaat namazlarına gəlmək, yaxşı əməlləri əmr etmək və pis əməllərdən çəkindirmək, nigah və boşanma, mala varislik etmək, kəsdikləri heyvanların ətindən yemək və s. Deyilən bütün bu əməllərdə onlar ehtiyat edir və yalnız öz düşüncələrində olan tərəfdarları ilə bu əlaqələri qururlar. Günümüzdə mövcud olan təvəqquf vət təbəyyun camaatının fikirləri əvvəlki xəvariclərin düşüncələrinin qalıqlarıdır. Onların bəziləri bu fikirlərin əsasını əvvəlcədən bilərəkdən, digərləri isə bilməyərəkdən bu fikirləri daşıyırlar. Bu fikirlər həmçinin günümüzdə mövcud olan xəvariclərin fikirləri ilə də təsirlənmişlər. Təvəqquf vət təbəyyun camaatının fikirlərini daşıyanların bəziləri təkfir və hicrət camaatının tərkibində idilər. Sonradan bəziləri təkfir və hicrət camaatından ayrıldılar, digərlərini isə onlar özləri uzaqlaşdırdılar. Təvəqquf vət təbəyyun fikrində olanlar müəyyən bir partiyaya məxsus deyil və belə bir təşkilat da yoxdur. Lakin bu fikir ayrı-ayrı fərdlər və toplumlar arasında yayılmışdır. Lakin buna baxmayaraq əgər bu gün həmin fikirlər müalicə edilməsə sabah onlar da bir camaat şəklinə düşərək yeni qurum ola bilərlər.
Tavaqquf vət – təbəyyun
(ehtiyat etmək və soruşmaq)
cammatının bəzi simaları.
1. Bu düşüncəli insanlar dində həddindən artıq sərt olurlar.
2. Bəzi əməllərə görə təkfirə meyilli olmaq. Onların təkfir etdikləri əməllərə görə təkfir etməyənləri təkfir etmək. Elə bu səbəblə müsəlman cəmiyyətlər təkfir edilmiş və ya onlara cahil cəmiyyət adı verilmişdir. Həmçinin bəziləri deyirlər ki, günümüzdə olan müsəlmanların əsl vəziyyətləri qeyri müsəlmandır yəni, onlar kafir və ya mürtəddirlər. Belə insanların əksəriyyəti Seyyid Qutbun müsəlman cəmiyyətlərin cahil cəmiyyətlər olması, cəmiyyətləri tərk etmək, hakimiyyət tövhidi adlandırdıqları tövhid növünə daha çox əhəmiyyət vermək, dostluq və düşmənçiliyi tağuta küfr etmək məsələsinə bağlamaq və belə fikirlərində ifrata varırlar.
3. Özləri elmsiz olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlərinin haqq yolda olduqlarını iddia edirlər. Alimlərə itaəti isə tam qadağan edirlər. Ona görə onlar müsəlman alimlərini tərk edir, onlardan elm almır, onları camaatın gözündən salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar.
4. Bəziləri tövhidin əsası sayılan: ad və sifətlər və s. tövhid növlərini əhəmiyyətsiz sayırlar. Hətta qədim firqələr olan mötəzilər, cəhmilər və əşarilərlə elmi münazirələri lazımsız sayırlar.
5. Onların əksəriyyəti, müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları ilə davranırlar. Çünki onlar öz məzhəblərində olmayanlarla Islami davranmağa ehtiyat edirlər. Onlar belə müsəlmanın arxasında namaz qılmaz, ona salam verməz, salamını qaytarmaz, cənazə namazını qılmaz və bütün Islami davranışlarında belə olarlar.
6. Müsəlmanları əqidələrinə görə imtahan etmək. Belə ki, onlar heç kəsə onun əqidəsini tam öyrənmədən və hüccət qaldırmadan müsəlman demirlər.
7. Bəziləri, vəziyyətlərini Məkkə dövrü ilə müqayisə edərək özlərinin zəif olmasını və rəhbərin olmamasını bəhanə edərək müəyyən haram işlər etməyi: saqqalı qırxmağı, zəkat verməməyi və s. – halal görürlər.
8. Dostluq və düşmənçilik əhkamlarına riayət etməkdə həddindən artıq ifrata varırlar.
9. Bu fikir daşıyıcılarının əksər hissəsi öz fikirlərini gizli saxlamaqla təqiyyə etdirlər. Ona görə ki, onların fikirləri alimlərin və ümumən müsəlmanların fikirlərinə tam zidd çıxır.
10. Bu toplum bir çoxlarına gizli qala bilər. Çünki onlar zahirən özlərinin sünnəyə əməl etdiklərini, camaatla olduqlarını, mötəbər və məşhur alimlərə: İbn Teymiyyə, Şatibi və b. nəcd alimlərinə (Allah onlara rəhmət etsin!) – itaət etdiklərini görsədirlər.
11. Onların əsas əlamətlərindən biri də “Lə iləhə illəllah” kəlməsinin əhatə etdiyi mənalarda cahilliyin əsla üzr olmamasını iddia etməkdir. Onlar deyillər ki, cahilliklə üzr Quran, fitrət yaxud da ağıl ilə tamamlanmışdır.
12. Öz fikirlərinə xidmət edən, lakin mənasını və əhatəsini bilmədikləri Fiqh qaydalarına “Üsulu Fiqhə” daha çox diqqət yetirirlər.
Sonda onu deyə bilərəm ki, bu simalar və əlamətlərin hamısı müəyyən bir toplumda və ya şəxsdə olmaya bilər. Lakin bu əlamətlərin əksəriyyəti hansısa şəxsdə və ya toplumda ola bilər. Təbii ki, bu məsələnin daha çox elmi araşdırmaya və müalicəyə ehtiyacı vardır.
R.M.