Sual:
Allah sizi xeyirlə mükafatlandırsın. Hörmətli şeyx, qonşumun qapısının önündə onun söylədiyi sözə görə aramızda mübahisə yarandı. O təkidlə deyir ki, Allah məni pis övladlarla sınağa çəkir. Mən ona dedim ki, bu pis sözdür, belə söyləmək olmaz. Bu məsələdə şəriətin hökmü nədir?
Cavab:
Uca Allah buyurur: “Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün imtahandır…” (əl-Ənfal: 28).
Bu sınaqdır, imtahandır. Övladlar və mal-dövlət sınaq və imtahandır. Görək bəndə Allaha şükr edəcək, övladlarını yaxşı işlərə öyrədəcək, yoxsa onları başlı-başına buraxıb günaha batacaq? Yoxsa onları daim nəzarətdə saxlayacaq, onları namaza və itaətə vərdiş elətdirərək savaba nail olacaq?
Heç şübhəsiz ki, onlar sınaq və imtahandırlar. Övladlar sınaq və imtahandırlar.
“Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!”
Müsəlman övladlarına qayğı ilə yanaşmalı, onları xeyirə öyrətməlidir, pis və pisə aparan səbəblərdən onları uzaq tutmalıdır. Çünki onlar onun övladlarıdır və o da onlara görə məsuliyyət daşıyır. O onların himayədarıdır və himayəsində olanlara görə məsuliyyət daşıyır.
Hədisdə deyilir: “Hamınız məsuliyyət sahibisiniz və tabeliyinizdə olanlara görə məsuliyyət daşıyırsınız… Kişi öz ailəsində məsuliyyət sahibidir və tabeliyində olanlara görə məsuliyyət daşıyır.”