Qohumluq bağlarını qoruyan kimsə, onunla əlaqəni kəsənlə, əlaqə quran kimsədir. Qohumluq əlaqəsi quran qohumla əlaqə quran, əlaqəni kəsənlə əlaqəni kəsən kimsə, ədalət prinsipinə əməl edir, amma qohumluq bağlarını qoruyan sayılmır.
Hədisdə rəvayət olunub ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Əvəz qaytaran kimsə qohumluq bağlarını qoruyan sayılmır…”
Yəni, kimsə ona qarşı nə edirsə, o da eynisini ona qarşı edir. Onun haqqında yaxşı danışırsa, o da onun haqqında yaxşı danışır, pis danışırsa, o da onun haqqında pis danışır. Bu nəyinsə əvəzini qaytarmaq, eynisini ona qarşı etmək sayılır.
Hədisin ardında deyilir ki, “Qohumluq bağlarını qoruyan kimsə odur ki, onunla qohumluq əlaqəsi kəsildikdə, o əlaqə qurar.”
Bir kişi Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlib deyir: Ey Allahın elçisi mənim qohumlarım var, mən onlarla əlaqə qururam, onlar isə əlaqəni kəsir, mən onlara yaxşılıq edirəm, onlar isə əvəzində mənə pislik edirlər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Əgər məsələ sənin dediyin kimidirsə, sən sanki onların üzünə qızmar qum səpmisən.” Çünki, bu halda ona qarşı zülm edilir.
Uca Allah buyurur: “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər…” (ən-Nur: 22). Bu ayə Əbu Bəkr (Allah ondan razı olsun) ilə əlaqəni kəsdiyi qohumu haqda nazil olmuşdur.
Bunları söyləməkdə məqsəd budur ki, qohumluq bağlarını qorumaq vacibdir. Uca Allah buyurur: “Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!” (Muhamməd: 22).
Qohumluq bağlarını qorumaq, səninlə əlaqəni kəsənlə əlaqə qurmaqdır.