Əxlaq və ədəb Fətvalar

Allah təqvasını daim gözünüz önünə alın – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Allah təqvasını daim: hər işinizdə, hər halınızda və harada olsanız daim gözünüz önünə alın.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Harada olursan ol, Allahdan qorx. Pis işdən sonra yaxşı iş gör ki, onu silib aparsın. İnsanlarla gözəl əxlaqlı davran.”

Bəziləri camaat arasında olarkən, yaxud kimsə ona diqqət edərkən Allahdan qorxduğunu göstərir, insanlardan aralanan kimi Allaha qarşı günah etməyə başlayır.

Elələri də vardır ki, müsəlman diyarında olarkən Allahdan qorxduğunu biruzə verir, qeyri müsəlmanların yaşadığı ölkəyə gedən kimi onlar kimi olur (Allah qorxusunu unudur). Onların etdiklərini edir, özünü onlar kimi aparır. O heç kəsin onu görmədiyini və ondan xəbərdar olmadığını güman edir, lakin unudur ki, uca Allah onu hər yerdə görür.

Buna görə də o insan: istər quruda, istər dənizdə, istər havada, istər müsəlman diyarında, istər xarici olkədə – harada olursa olsun, Allahdan qorxmalıdır.

O harada olmasından asılı olmayaraq, onun şüarı uca və nöqsansız ALLAHIN QORXUSU olmalıdır.