Fətvalar Ümumi tərbiyə

Dünya cənnətində olmasan, axirət cənnətinə girə bilməyəcəksən – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Hər kəs bilir ki, Şeyxulislam İbn Teymiyyənin (Allah rəhmət etsin) həyatı başdan-ayağa Allah yolunda cihad etmək olub. Hətta o Allah yolunda cihadla məşğul olduğu üçün, ailə həyatı da qura bilməyib. O həm dili, həm qələmi, həm də əli ilə cihad edirdi. Onun bu halı məşhurdur. Lakin o bu çətinliklər qarşısında çox arxayın, qəlbən rahat idi. O belə deyirdi: «Allahın bu dünyada cənnəti vardır. Kim bu dünyadakı cənnətə daxil olmazsa, axirətdəki cənnətə daxil olmayacaq. Dünya cənnəti ALLAHI ZİKR ETMƏKDİR. Qəlbin arxayınlığı və vicdanın rahatlığı cənnətdir. Dünyadan az payı olsa da yenə rahat olar. Çünki dünya malı kiçik azuqədir. “Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir.” (ər-Rəd: 26).»

“Allahın bu dünyada cənnəti vardır. Kim bu dünyadakı cənnətə daxil olmazsa, axirətdəki cənnətə daxil olmayacaq.”

Düşmənləri ona təzyiq göstərib həbs etdikdə belə deyərdi: “Düşmənlərim mənə nə edə biləcəklər?! Mənim cənnətim sinəmdədir. Məni yurdumdan qovmaqları mənim üçün səyahətdir. Həbs etməkləri isə Rəbbim ilə baş-başa qalmaqdır.”

Bu adamın cənnəti sinəsindədir. Sinəsindəki bu cənnət, Allahı zikr etməklə rahatlıq tapmaq, Allaha ibadət etməkdən və faydalı elm öyrənməkdən zövq almaq, daim Allaha bağlı qalmaqdır. Düşmənləri ona təzyiq etdiklərini və onu əzdiklərini düşündükləri halda, o özünü cənnətdə hiss edir.