Fətvalar Ümumi tərbiyə

Bəndə rahatlığı nə zaman tapır? – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə

İmam Əhməddən (Allah ona rəhmət etsin) belə bir gözəl söz nəql olunur. Bir dəfə ondan çox dəyərli bir sual soruşurlar və bu sual hər birimizi maraqlandırır: “Bəndə rahatlığı nə zaman tapır?”

İmam Əhməd belə cavab verdi: “Bəndə rahatlığı cənnətə ilk qədəmini qoyanda tapacaqdır.”

O vaxta qədər rahatlıq yoxdur. Kim rahatlığa üstünlük verərsə, rahatlıqdan məhrum olar.
Kim dünyada ikən rahatlıq axtarıb saleh əməl etməzsə, o həm dünyada, həm də axirətdə peşiman olacaq, rahatlıq tapmayacaq.

Ona görə İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Cənnət yalnız əziyyət üzərində qurulmuş körpü vasitəsi ilə əldə olunar.”

Oruc tutmaq istəmirsən, nafilə ibadət etmirsən, elm öyrənmək istəmirsən, amma özün isə Allaha yaxın bəndə olmaq istəyirsən?! Bu, olan deyil!!!
Cənnət yalnız əziyyət üzərində qurulmuş körpü vasitəsi ilə əldə olunur.

Ona görə imam Əhməd demişdir ki, bəndənin rahatlığı cənnətə ilk qədəmini qoyduqda olacaqdır.
Rahatlıq ordadır. Orada nə yorğunluq, nə ölüm, nə də qınaq yoxdur.
Müvəffəqiyyət qazanan kimsə rahatlığı əldə etmək üçün özünə əziyyət verən kimsədir.