Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sualda deyilir ki, uca Allahın bu ayəsində nə nəzərdə tutulur? “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür.” (Məryəm surəsi: 71).
Cavab: Bu ayədə sirat körpüsündən keçmək nəzərdə tutulur. Qiyamət günü sirat körpüsü cəhənnəmin üzərində qurulacaqdır. Bu körpü tükdən nazik, közdən qaynar, qılıncdan iti olacaqdır. Körpü cəhənnəmin üzərində olacaq, bütün məxluqat o körpüdən keçəcəkdir. Onlar etdikləri əməllərinə uyğun körpüdən keçəcəklər. Bəzisi ildırım sürəti ilə, kimisi cıdır atı, kimisi dəvə üzərindəki kimi, kimisi gəzərək, kimisi iməkləyərək, kimisi zorla keçəcəkdir. Bəziləri yarı yolda tutulub cəhənnəmə atılacaqdır.
Ayədə nəzərdə tutulan da bu mənadır.
“Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür.”
Sonrakı ayəyə diqqət edin: “Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”