Fətvalar Quran və təfsir Tibb

Quranı şəfa tapmaq üçün oxumaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Sual: Mən şəfa tapmaq niyyəti ilə Quranı xətm edir və oxuya-oxuya xəstə adamın üzərinə üfürürəm. Bu icazəlidirmi?

Cavab:
Bunu etməkdə bir qəbahət yoxdur. Allah Quranı şəfa etmişdir. Əgər sən xəstə olduğun vaxt Quranın hamısını, yaxud bir hissəsini oxuyub, Allahdan özünə, yaxud digər xəstə insanlara şəfa diləyirsənsə, bu icazəlidir. Əksinə, bu şəfa tapmaq üçün səbəbdir.

Uca Allah buyurur: “(Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və şəfadır…” (Fussilət: 44).

Quranda şəfa və xeyir vardır. Əgər sən Quranın hamısını, yaxud bəzi ayələrini oxusan, bunda sənin üçün xeyir vardır. Həmd olsun Allaha!