Sual: Hörmətli şeyx, sual verən şəxs, cinlərin dili haqqında soruşur?
Cavab:
Görsənən budur ki, onların da insanlar kimi müxtəlif dilləri vardır: ingilis, fransız, amerika ingiliscəsi, ümumiyyətlə ərəbi və qeyri ərəbi vardır. Onlar da cinslərə bölünürlər. Uca Allah onlar haqqında belə buyurur: “Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.” (əl-Cinn surəsi: 11).
Cinlər müxtəlif tayfalara bölünürlər. Uca Allah onlar haqqında belə deyir: “Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da…” (əl-Cİnn surəsi, 14).
Cinlər tayfa və məzhəblərə ayrılırlar. Onların arasında yaxşı və pis, cəhmiyyə, sünni, rafizi, nəsrani, yəhudi və digər məzhəb və dindən olanlar vardır. Onlar müxtəlif tayfa və qruplara ayrılırlar.
“Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.” (əl-Cinn surəsi: 11). Ayədəki “olmayanlar” sözü, digər məzhəblərin olmasına işarə edir.