Sual: Başına müsibət gəlib səbr edən və Allahdan savab uman insanın savabı nədir?
Cavab:
Uca Allah buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə: 155-157).
Bu dində əsas diqqət ediləsi əməl “SƏBR”dir. Səbri olmayanın dini də kamil olmaz. Allah yoluna çağıran insanın da səbri olmalıdır. İbadət edən, cihad edən, sədəqə verən də səbrə möhtacdır. Hər bir saleh əməl, səbrə və sabitqədəm olmağa ehtiyac duyur.
Səbr isə üç növdür:
1. Allaha itaət etməkdə səbrli olmaq;
2. Allahın haram buyurduqlarına səbrli olmaq;
3. Allahın ağrılı-acılı qədərinə qarşı səbrli olmaq.
Bunların hamısı hər kəsin başına gələcək hadisələrdir.