Sual:
Allah sizi xeyirlə mükafatlandırsın! Şeyx, soruşurlar ki, sizin “İxvanul Muslimin”, “Təbliğ camaatı” və qeyrilərinin sələfi olduğunu söylədiyiniz doğrudurmu?
Şeyx Fovzan:
Bu yalan və iftiradır.
Sələfilərə yalnız sələfilərin mənhəcinə tabe olanlar aiddirlər. Əgər insan sələfi mənhəci üzərindədirsə, o sələfidir. Yox əgər sələfin mənhəcinə müxalifdirsə, o zaman o, sələfi deyil.
Allah rəsulu (sallAllahu aleyhi və səlləm) nicat tapan firqə haqqında buyurur ki: “Onlar bu gün mənim və səhabələrimin yolu üzərində olanlardır!” Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) bizə bəyan etmədiyi bir şey yoxdur. O bizə kimin sələfi olub-olmadığını bəyan etmişdir. Bəli.