Faydalar

Qurban bayramı ilə əlaqədər Şeyx Rabinin nəsihəti 1441/2020


Rahmən və Rahim olan Allahın adı ilə. Həmd olsun Allaha. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə ﷺ , onun ailəsinə və səhabələrə olsun.
İlk öncə öz nəfsimə sonra sizlərə Allahdan qorxmağı, Allahla ixlaslı olmağı bütün söz və əməllərdə, elm tələbində ciddi olmağı, bütün səy və qətiyyətlə sələfi dəvətin yayılmasında ciddi olmağı tövsiyə edirəm.
Peyğəmbərlərin dəvəti olan, bu əzəmətli dəvətin yayılmağında cəhd göstərin! Gəlin bu dəvətə diqqət yetirək! Peyğəmbərlərin yolu ilə gedək! Gücünüz çatdığı hər bir məkanda, hər bir yerdə bu dəvəti yayın!
Allahdan istəyirəm ki, razı qaldığı və sevdiyi işlərə bizi müvəffəq etsin! Bizi Öz kitabı və Rəsulullahın ﷺ Sünnəsi üzərində sabit etsin! Allah bizləri sevdiyi və razı qaldığı işlərə müvəffəq etsin!
Əs sələmu aləykum və rahmətullahi və bərakətuhu!