Faydalar

Şeyx bəzən hikmətli olmaq barədə nəsihətlər etdiyini, lakin heç bir sələfi şeyxi qəsd etmədiyini bəyan etdi.

Allaha həmd olsun.

Bu günlərdə sosial şəbəkələrdə şeyx Suheyminin bir neçə tələbəyə etdiyi nəsihət yayılır. Həmin ümumi nəsihəti sələfilərə qarşı istifadə edənlərə şeyxdən çox sərt cavabı sizin nəzərinizə çatdırırıq.

Şeyx Suheymi hafizahullah deyir ki, kim onun ümumi nəsihətlərini götürüb sələfilərə aid edərsə, həmçinin, şeyx Rabiyə və ya başqa sələfi şeyxlərə aid edirsə o (yalançıdır) kəzzəbdir. Şeyx deyirki, o bəzən hikmətli olmaq, hökm verərkən tələsməmək barədə nəsihətlər edir. Lakin kim onun bu sözlərini götürüb sələfilərə qarşı istifadə edərsə Şeyx Suheymi deyir ki, onlar üçün bəd dua edəcək: “Gecənin axırında qalxıb onlara bəd dua edəcəm, Qiyamət günü ondan haqqımı tələb edəcəm”.

Şeyxin adından danışıb, xəta edən müsəlmanlara Allahdan qorxmağı və tövbə etməyi nəsihət edirik.

Müvəffəq edən Allahdır.

Mənbə: mescid.info

Video ərəbcədir, ona görədə oxucularımız üçün yuxarıda bəzi mühüm məqamları tərcümə edib nəql etdik.

Sonda aləmlərin Rəbbi olan Allaha həmd olsun.