Fətvalar Səhabələrə və Peyğəmbər ailəsinə münasibət

Əhli Sünnənin Səhabələr arasında baş verən hadisələrə münasibəti – Şeyx Xalid əz-Zafiri (VIDEO)

Yüklə

Səhabələr arasında baş vermiş münaqişələr və döyüşlər haqqında əhli sünnənin etiqadı budur ki, bu məsələlərə müdaxilə etmək, bu haqda danışmaq olmaz. Yalnız səhabələrə nifrət edən təriqətlərə rədd cavabı vermək üçün bu hadisələr haqqında danışmaq olar.

Bəziləri Əli (Allah ondan razı olsun) ilə Müaviyə, Talha və Zubeyr (Allah onlardan razı olsun) arasında baş verən hadisələrdən bəhs edən xüsusi dərslər təbliğ edirlər. Halbuki bizə vacib olan budur ki, biz səhabələr barədə dilimizi qorumalı, onlar haqqında yalnız yaxşı danışmalıyıq.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələrinin etdikləri haqqında deyilənlər, yaxud onları tənqid edən məlumatlar Şüyxulislam İbn Teymiyyənin dediyi kimi üç növdür:

Bəzi rəvayətlər əslən doğru deyil, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələrinin adından yalan və uydurmadan ibarətdir.

Bəzi rəvayətlər dəyişdirilmişdir. Yəni əslində belə rəvayət var, amma ona müxtəlif əlavələr etməklə məcrasından çıxarmışlar.

Üçüncü növ isə budur ki, səhabələrin səhvi haqqında deyilən rəvayət doğrudur. Çünki səhabələr məsum deyillər. Məsumluq yalnız Peyğəmbərlərə məxsus bir xüsusiyyətdir.
Səhabələrin etdiyi bu xəta ictihaddır. Allah onlardan razı olsun.

Bildiyiniz kimi ictihad edən muctəhid doğru qərar verdikdə iki, səhv qərar verdikdə isə bir savab qazanır.
Səhabələr etdikləri səhvləri nəfsi istəklərinə və ya təəssübkeşliyə görə etməyiblər. Onların səhvi ictihadda səhv idi.
Sözün məğzi budur ki, səhabələr haqqında yalnız gözəl sözlər danışmaq lazımdır. Onların aralarında baş verənlər haqqında isə susmaq və bu haqda müzakirə etməmək vacibdir.