Məqalələr Şeyx Qamət Süleyman Şübhələrə rəddiyələr Xəvariclər

Qamət Süleymanovun “sələf-forum” administrasiyasına ilk cavabı və ya hizbçilər sələfilərin sıralarına necə soxuldular

 
Rəhmli və Mərhəmətli Allahın adı ilə

 

Giriş

Bir müddət əvvəl, mənə məlumat verdilər ki, “sələf-forum” saytının administrasiyası tərəfindən mənim əleyhimə məqalə yazılıb.
Mən maraqla bu məqaləni gözdən keçirdim, çünki, bundan əvvəl də, bəzilərindən, bu saytın administrasiyasının mənə qarşı inanılmaz rəddiyə hazırladıqlarını eşitmişdim. Bu səbəbdən mənə bu “inanılmaz” rəddiyyənin nədən ibarət olduğunu və onların mənə qarşı hansı iddialar irəli sürdüyünü öyrənmək maraqlı idi.

Lakin, məni təəccübləndirən o oldu ki, onlar mənim suallarıma cavab vermək əvəzinə, söhbəti başqa məcraya yönəltdilər və mənim xətalarımı axtarmağa başladılar. Təkfirçilər və digər bidətçilər bu işdə bu administrasiyanı artıq qabaqlayıblar.

İlk əvvəl qeyd etmək istəyirəm ki, bizim aramızda ixtilaf, məhz rəhbərlər məsələsindən ibarət idi. Əvvəlcə mən fikirləşirdim ki, administrasiya üzvləri arasında yalnız saytın rəhbəri (Amaş ləqəbi ilə tanınan şəxs) özündə bu fikirləri daşıyır.Lakin, indi məlum oldu ki, bütün administrasiya bu əqidəyə sahibdir. Bu məqalə ilə onlar, özlərinin hizbçiliyə meylli olduqlarını güman etmək üçün daha çox əsas verdilər.

Ümumilikdə, mən diqqət yetirdim ki, bu administrasiya inadkarlıq göstərmək, mübahisə etmək və çoxlu yazı yazmağı sevir, odur ki, mən öz cavabımı tərtib edərkən, administrasiyanın üzvlərindən daha çox, aldadılmış və onların yaydığı şübhələr səbəbilə çaş-baş qalmış çoxsaylı qardaşlar barədə düşünürdüm. Mənim borcum – bu administrasiyasının dəvət etdiyi yolun hizbçiliyə açılan bir qapı olduğunu və bu qapının çox təhlükəli olduğunu qardaşlara çatdırmaqdır.

İlk əvvəl oxuculara bizim hansı məsələdə ixtilaf etdiyimizi bildirmək istəyərdim. Lap əvvəldən bizim mübahisəmiz məhz müsəlman rəhbərlər məsələsindən ibarət idi. SF administrasiyası iddia edir ki, bu gün əksər müsəlman rəhbərlər (xüsusilə, MDB-yə daxil olan müsəlman ölkələrin rəhbərləri) qanuni (şəri) rəhbərlər deyillər. Onlar iddia edir ki, bu rəhbərlər kafir rəhbərlərə bənzəyir: onlara heç bir beyət olunmur və onlara yalnız fayda və zərər məsələsi baxımından itaət etmək (tabe olmaq) olar. Onlar hesab edir ki, əgər imkan və güc varsa, bu cür ölkələrin rəhbərlərini devirmək olar. Beləliklə, onlar bunu “devirmə” (əzl) adlandıraraq və alimlərin ümumi sözlərinin arxasında gizlənərək xurucu (rəhbərlərə qarşı çıxmağı) icazəli görürlər.

Bir ildən də çox müddət əvvəl, mən “sələf-forum” saytının rəhbəri olan Amaşa, onun bu məsələlərdə təqlid etdiyi hər hansı bir alimin sözlərini gətirmək barədə xahişimi çatdırmağı rica etdim. Mən bu günə qədər, “müasir ölkələrimizin rəhbərləri müsəlmandırlar, lakin, qanuni (şəri) rəhbərlər deyillər” deyən bir alim də görməmişəm. “Şəriətlə hökm verməyən müsəlman rəhbərlərin hər birinin qanuni olduğu barədə alimlərin fətvasının lazım olduğunu” deyən alimi isə heç görməmişəm. Bir müddət sonra, öz mövqeyini müdafiə etmək üçün, o mənə bir qardaş vasitəsilə ərəb dilində alimlərin ümumi sözlərindən ibarət kiçik bir məqalə göndərdi. O, alimlərin ümumi sözlərinin adi məcmusundan ibarət bir məqalə idi. Məqalənin bir yerində “namaz qılmayan rəhbərin kafir olduğu”, bir yerində “rəhbər Allahın qanunu ilə hökm vermirsə, ona qarşı xurucun (rəhbərlərə qarşı çıxmağın) icazəli olduğu” yazılmışdı. Bu məqaləni gözdən keçirdikdə, mən dərhal xəvariclərin əqidəsinə işarə edən gizli məna hiss etdim.

O zaman mən xahiş etdim ona çatdırsınlar ki, mən hələ onunla disput (müzakirə) aparmağa başlamamışam və alimlərin, ondan əvvəl də mənə məlum olan ümumi sözlərinə ehtiyacım yoxdur. Mən hələ ki, ondan sadəcə açıq şəkildə öz mövqeyini bildirməsini xahiş edirəm.

1 il boyunca o məni hədələdi ki, mənimlə yalnız şeyxlərin sözləri vasitəsilə danışacaq, lakin, bütün bu vaxt ərzində öz mövqeyini bəyan etməkdən imtina edirdi.

Həmçinin, problem ondadır ki, onlar bizim ixtilaflarımızı şəxsi söhbətlərə çevirdilər. Guya bu, iki saytın mübahisəsidir və mən bu saytlardan birinin tərəfindəyəm.

Məhz onların öz mövqelərini bəyan etməmələri səbəbilə, mən bu saytdan çəkindirməyə başladım. Onlar özlərini sələfi kimi təqdim edirdilər, lakin, məlum oldu ki, onlar sələfilikdən uzaqdırlar və öz hizbçiliklərini gizlədirlər.

Əvvəl də olduğu kimi, mən indi də deyirəm ki, mənim “sələf-foruma” qarşı iddialarım, fiqhdə olan xətalara əsaslanmır. Burada söhbət, hizbçilər və xəvaricləri sələfilərdən fərqləndirən ciddi əqidə və mənhəc xətalarından gedir.

Həmçinin maraqlısı ondadır ki, bəzi dəvətçilərdən öz mənhəcini açıq şəkildə bəyan etməyi xahiş etdikdə, onlar inciyir və səni günahlandırmağa başlayırlar. Alimlərimiz bizə öyrədib ki, sələfi mənhəci açıq-aydın mənhəcdir və bu səbəbdən sələfi dəvətçi daim açıq və aydın mövqeyə sahib olmalıdır. Mən bütün dəvətçiləri məhz buna çağırıram. Lakin, əvvəl də dediyim kimi, bu, bir çoxlarının xoşuna gəlmir və onlar bunu təhqir kimi qəbul edir və səni günahlandırmağa və təhqir etməyə başlayırlar.

Analoji vəziyyəti bu forumun administrasiyası ilə də görmək olar. İndi onlar mənə istehza edir ki, guya mən özümü cərh-tədil alimi elan etmişəm və əslində mən, alim olmadığım üçün kimdənsə çəkindirmək hüququna malik deyiləm və özü də, mənim özümün xeyli xətalarım mövcuddur. Əslində isə, bu, bu saytın adminitrasiyasının müsəlmanları doğru yoldan azdırmaq istiqamətində növbəti bir cəhdidir. Mən həmişə demişəm ki, cərh-tədil alimi deyiləm və tamdəyərli elm tələbəsi hesab olunsam, buna yalnız sevinərəm. Lakin, bir insanın açıq-aşkar xətasını və doğru yoldan azdığını göstərmək üçün cərh-tədil alimi olmaq lazımdır?

Əslində, mən sadəcə bir neçə dəfə bəzi insanlardan, barələrində müəyyən qəribə ifadələr söylədikləri nəql edilən bəzi məsələlər barədə öz mənhəclərini açıq şəkildə bəyan etmələrini xahiş etdim.

Məsələn, mən Dubayda yaşayan bir hüquqşünasdan rəhbərə qarşı çıxmaq barədə öz mövqeyini bəyan etməyi xahiş etdikdə və ya bir fəlsəfəçi-tərcüməçi barədə yağdırdığı həddən artıq tərifləri ilə bağlı dəqiq bir fikrə gəlməsini xahiş etdikdə, o dərhal incidi və özünü elə aparmağa başladı ki, sanki kimin haqqında danışdığımı anlamır. Daha sonra o mənə Azərbaycan qanunlarından sitatlar göndərərək, mənə dəvətlə məşğul olmaq hüququna malik olmadığımı sübut etməyə çalışdı. Bundan əlavə, o məni təhqir etməyə başladı və mənə bəyan etdi ki, sən demə, mənim ümumiyyətlə Allahın dini barədə danışmağa haqqım yoxdur, çünki, o məndən əvvəl dəvətə başlayıb və mən ondan öz mövqeyini bəyan etməsini tələb etdiyim üçün hələ ondan üzr də istəməliyəm.

Eyni şeyi, “sələf-forumun” administrasiyası ilə bağlı məsələ ilə əlaqəli də demək olar. Bir ildən çox müddət əvvəl, mən bu forumun baş administratoru olan, Amaş ləqəbli şəxsdən müsəlman rəhbərlər barədə öz mövqeyini açıq şəkildə bəyan etməsini xahiş etdim. Neçə illərdir ki, onun müsəlman rəhbərlər barədə qəribə ifadələri mənə gəlib çatır. Öz mənhəcini açıq şəkildə bəyan etmək əvəzinə, o mənə müxtəlif alimlərin ümumi ifadələri toplanmış bir məqalə göndərir: məqalənin bir yerində deyilir ki, əgər rəhbər şəriətlə hökm vermirsə, ona qarşı xuruc (rəhbərlərə qarşı üsyan) etmək olar; bir yerində deyilir ki, əgər rəhbər namaz qılmırsa, o dindən çıxır. Bu hadisədən hələ bir ildən çox müddət sonra o öz mənhəcini açıq şəkildə bəyan etməkdən imtina edirdi və bu səbəbdən, mən bəlkə o öz mənhəcini açıq şəkildə bəyan edər deyə, ona mənhəcinin aydın olmadığını deməyə başladım.

Lakin, mən bunun cavabında nə gördüm?! Amaş başda olmaqla, administrasiya internet məkanında mənim səhvlərimi axtarmağa başladılar və 12 bənddən ibarət məqalə tərtib etdilər. Mənim üçün bu yenilik deyildi, çünki, mənə qarşı bu iddiaların əksəriyyətini əvvəllər xəvariclər də irəli sürmüşdülər və mən o iddialara dəfələrlə cavab vermişdim.

Əslində, sadaladığım bütün bu şəxslər hizbi prinsipi olan “xətaları düzəltmək lazımdır, lakin, şəxsiyyətlərdən çəkindirmək olmaz” (نصحح ولا نجرح) prinsipinə riayət edirlər. Onların mənhəcinə müvafiq olaraq, özünü sələfi adlandıran və sələfi kimi göstərən heç kəsdən çəkindirmək olmaz, hətta əgər o açıq-aydın zəlalətə düşsə və inadkarlıq göstərərək zəlalətindən imtina etməsə də. Onların nəzəriyyəsinə əsasən, sən o şəxslə sadəcə razılaşmaya bilərsən, lakin, qətiyyən ondan çəkindirməyə və özü də digərlərini də buna məcbur etməyə haqqın yoxdur.

Bu forumun administratorları məni, guya mənim onları bircə qüsurlarına görə sələfilikdən çıxarmağımda günahlandırırlar. Lakin, belə bir sual meydana çıxır: məgər bir şəxs sələfi ola və müsəlman rəhbərləri qanuni hesab etməyə və onlara qarşı xurucu icazəli görə bilərmi?! Burada xəta təyəmmümdə və ya dəstəmazda deyil. Bu insanlar sələfi mənhəcinin mühüm məsələsində yanılır və inadkarlıq göstərirlər. Və bu cür insanları sələfi şeyxləri heç vaxt sələfi hesab etməyiblər. Mənim xətalarıma gəldikdə isə, mən heç yerdə günahsız olduğumu iddia etməmişəm. Mənim çoxlu xətalarım ola bilər və mən əksinə, daim qardaşlardan mənə xətalarımı göstərmələrini xahiş edirəm. Lakin, onların məktubu tərtib etmə tərzindən belə təəssürat oyanır ki, mənim xətalarımdan ibarət böyük bir məqalə yazmaqla onlar göstərmək istəyirdilər ki, mənim onlara irad tutmaq haqqım yoxdur, çünki, mənim özümün çoxsaylı xətalarım var. Kənardan elə təəssürat oyanır ki, məqalə daha çox kütləyə göstəriş üçün yazılıb və bir çoxları ölçüsü səbəbi ilə məqaləni oxumasalar, mən buna təəccüblənmərəm.

Bu administrasiyanın məqaləsində maraqlı məqam odur ki, mənim xətalarımı axtarmaqla və mənə qarşı iddialar irəli sürməklə, onlar mənim danışmağa və suallara cavab verməyə icazəm olmadığını və bunun üçün heç kimin mənə icazə vermədiyini iddia etməyə başladılar. Lakin, bəs bu sələf-forum adminitrasiyası kimdir və onun din haqqında danışmaq və suallara cavab vermək hüququ varmı? Mən Səid Buryatskiyə rəddiyyə məktubu yazanda, hansısa saytın administrasiyası artıq bir dəfə mənə cavab yazmışdı. O özü mənə cavab yazmadı, lakin, onun əvəzindən hansısa sayt mənə cavab yazdı. Onların kim olduğu isə məlum deyil.

Burada da analoji vəziyyət müşahidə olunur. Mən, dubaylı bir hüquqşünasla müzakirə apardıqdan sonra, naməlum şəxslərdən ibarət hansısa administrasiya mənə rəddiyyə yazdı. Sələf-forumun administrasiyası kimlərdən ibarətdir və onlar kimdən dərs alıblar? Onlar bu cür məsələlərə qarışmağa və özlərinin hansısa yeni qaydalarını təyin etməyə hüququ olan elm tələbələridilərmi? Onlar böyük alimlərdən dərs alıblarmı? Niyə onlar öz adlarını bəyan etmirlər? Bəlkə, onlar beynəlxalq axtarışdadırlar və bu səbəbdən öz adlarını gizlədirlər? Mən bu administrasiya üzvlərindən qiyabi olaraq yalnız, hizbi görüşlərə sahib olan və hal-hazırda bu administrasiyanın üzvləri arasına qarışıb gizlənmiş Amaş adlı bir şəxsi tanıyıram.

Onlar hər kəsə sübut etməyə çalışır ki, mənim dindən danışmağa və suallara cavab verməyə haqqım yoxdur. Lakin, bəs bu administrasiya kimdir və onlara dindən danışmağa kim icazə verib? Mən heç olmasa bu administrasiyanın üzvlərinin adlarını və onların hansı şeyxlərdən dərs aldıqlarını bilmək istəyərdim. Çünki, şeyxlərə əsasən heç olmasa insanın mənhəcini və əqidəsini təqribi bilmək olur.

Mənə gəldikdə isə, mən ən az Mədinə İslam Universitetini bitirmişəm və din haqqında danışmağa icazə almışam. Bundan əlavə, mən heç kimdən öz adımı gizlətmirəm və açıq şəkildə dəvət aparıram. Odur ki, bu forumun administrasiyasının naməlum (məchul) şəxslərdən ibarət olduğunu nəzərə alsaq, onların şübhələrinə cavab verməməyə tam haqqım var. Çünki, əgər hər bir məchula diqqət yetirilsə və onun iddialarına və şübhələrinə cavab verilsə, faydalı işlərə vaxt qalmaz. Lakin, mən əvvəl də dediyim kimi, mən bu naməlum administrasiyasının iddialarına yalnız ona görə cavab verirəm ki, bəzi qardaşlar bu adminitrasiyasnın təbliğatı nəticəsində şübhələrə düşüblər və məndən cavab verməyimi və bu şübhələri dağıtmağımı xahiş ediblər. Bu administrasiya gizli şəkildə sələfilərin sırasına hizbçiliyi yeridir və hər bir elm tələbəsinin borcudur ki, sələfilərə doğru yolu başa salsın və sapqınlıqdan çəkindirsin. Lakin, bununla bərabər, mən bütün qardaşlara ehtiyatlı olmağı və dini bu forumun adminitrasiyası kimi naməlum və gizli şəxslərdən öyrənməməyi xatırladıram. Allahın dininə çağıran şəxs, öz doğru əqidəsi və mənhəci ilə tanınmalıdır. Həmçinin, onun dərs aldığı şeyxlər də məşhur şəxsiyyətlər olmalıdır. İbn Sirinin (Allah ona rəhmət etsin) dediyi kimi, “Bu elm sizin dininizdir, odur ki, dininizi kimdən götürdüyünüzü bilin”.

Ümumən, onların məqaləsini oxuduqda, onlar haqqında aşağıdakı nəticələrə gəldim:

  1. Onların mənhəc məsələlərindən başı çıxmır;
  2. Onlar hizbçiliyə meyllidirlər;
  3. Onlar söhbəti tamamilə başqa məcraya yönəltmək istəyirlər.

 

Hizbçilik və sələfilik arasındakı fərq

“Sələf-forumun” administratorlarının məqalələrini və müxtəlif mülahizələrini oxuduqdan və məni, mənim onları hizbçi və ya hizbçiliyə meylli olanlar adlandırmaqda günahlandırdıqlarını gördükdən sonra, bir balaca sələfilik və hizbçilik arasındakı fərqlər barədə danışmaq istəyərdim. Sələfiliyin əsas fərqləndirici xüsusiyyətlərindən biri açıqlıq və doğruluqdur. Sələfi açıq və doğru mənhəcə malikdir və hər yerdə, istər kiminləsə təklikdə ikən və istərsə də ictimai şəkildə öz mövqeyini eyni formada bəyan edir. Lakin, hizbçini fərqləndirən, onun mənhəcinin qeyri-aydın olmasıdır: o, bir yerdə dediyini, başqa yerdə gizləyəcəkdir. Onların sizə təklikdə dedikləri ilə, insanlar arasında ikən dedikləri üst-üstə düşməyəcək. Onların rəhbərin üzünə dedikləri, onun arxasında öz dinləyicilərinə dedikləri ilə üst-üstə düşməyəcək. Digər sözlərlə, yalan və hiyləgərlik hizbçilərin əsas keyfiyyətlərindən biridir. Odur ki, şeyx Muqbil (Allah ona rəhmət etsin) deyirdi ki, yalan və hiylə, hizbçilərin mütləq keyfiyyətlərindəndir. Şeyx deyirdi:

قال الشيخ مقبل الوادعي – رحمه الله :أركان الحزبية ثلاثة :1. التلبيس .2. والخداع .3. والكذب

“Hizbçiliyin qurulduğu əsaslar, qəsdən təhrif etmə (təlbis), hiylə (xida’) və yalandır” (bax., “Rəhalət dəviyə li şeyx Muqbil rahiməhullah”, səh. 114).

Odur ki, bu forumun administratorlarının faktları açıq-aşkar şəkildə təhrif etməsi, hiylə işlətməsi və sadə müsəlmanları aldatması heç kimə təəccüblü gəlməsin. Burada mən onların bəzi yalanlarını sadalayacam ki, qardaşlar bu insanlara və onların sələfi olduqlarına dair iddialarına inanmasınlar.

Məsələn, indi onlar xuruc – rəhbərə qarşı çıxmaq məsələsində məni fəal şəkildə günahlandırırlar ki, guya mən onları xurucu icazəli görməkdə günahlandıraraq onlara böhtan atıram. Guya, əslində onlar ədalətsiz rəhbərə qarşı əzli icazəli görür, xurucu (rəhbərlərə qarşı çıxmağı) isə qadağan edirlər. Bu forumun adminitrasiyasının bəzi müsəlman alimlərin müasir rəhbərlərin qanuni olmadığını iddia etmələri hər bir elm tələbəsinə açıq-aydın məlum edir ki, onlar həmin rəhbərlərə qarşı xurucu icazəli görürlər. Mən inşəAllah rəhbərin kənarlaşdırılması (əzl) məsələsi barəsində şübhələrə ikinci məqaləmdə təfsilatı ilə cavab verəcəyəm.

Lakin, mən burada qardaşlara göstərmək istəyirəm ki, bu forumun Amaş ləqəbi ilə tanınan baş adminitratoru xurucu (rəhbərlərə qarşı çıxmağı) icazəli görmədiyini dedikdə, açıq-aydın şəkildə hiylə edir və öz hizbçi mənhəcini gizlədir. Doğrudur, o bunu ictimai şəkildə inkar edir, çünki, başa düşür ki, əgər bunu ictimai şəkildə etiraf etsə, onun xəvaricliyi hər kəsə aydın olacaq. Yaxın vaxtlara qədər o ümumiyyətlə rəhbərlərlə bağlı öz mövqeyini gizlədirdi və bu barədə mövqeyini bəyan etmək istəmirdi. Baxmayaraq ki, bir çox sələfilər bunu ondan tələb edirdilər. Lakin, buna baxmayaraq, o sələfiləri öz rəhbərlərinə itaət etməyə çağırdıqları və rəhbərləri qanuni hesab etdikləri üçün qınayırdı. Bundan əlavə, şəxsi söhbətlər zamanı o, gücə malik olduqda, bu cür rəhbərlərlə qarşı vuruşmaq və devirmək lazım olduğunu açıq şəkildə bəyan və təbliğ edirdi.

Məsələn, onun forumunda şeyx Süleyman Ruheylinin Amaşın hizbçi mövqeyi barədə sərt danışdığı fətvanı yerləşdirdikdə, o, şeyx Süleyman Ruheyliyə dolayı yolla rəddiyyə yazdı və onunla razılaşmadı. Onun forumunda bir qardaş onunla bu mövzuda müzakirə apardıqda, Amaş ictimai şəkildə öz hizbçi mənhəcini göstərməkdən qorxaraq, bu qardaşa söhbəti şəxsi yazışmada davam etdirməyi təklif etdi. Bu qardaşla şəxsi yazışmada, siz onun şəriətlə hökm verməyən müsəlman rəhbərə qarşı vuruşmağı açıq şəkildə icazəli görməsinin şahidi ola bilərsiniz. Bundan əlavə, o əsassız şəkildə bu rəyi şeyx İbn Bazin ayağına yazır.

Amaş bunları yazır: (ekran görüntüsü)


TƏRCÜMƏ

Amaş: MDB və Asiya ölkələrinin rəhbərlərinin hamısının şəri rəhbər adlandırmağına gəldikdə isə, əlbəttə ki, qardaş, mən bu cür özbaşnalıgın əleyhinəyəm!

Qardaş: “Sual belədir: əgər şəri rəhbər təyin etməyə güc, bütün şərait və imkanlar varsa, sənin əvvəl adını çəkdiyin, şəri (qanunu) olmayan müsəlman rəhbəri vəzifəsindən devirmək və onun yerinə şəri rəhbər təyin eləmək də vacibdir?

Amaş: Bunu İbn Bəz deyib. O oz məşhur səs yazısında şəriətə görə hökm verməməyin kiçik küfr olduğunu və sonda, şəriətlə hökm verməsi üçün rəhbərə qarşı vuruşmağı LAZIM olduğunu deyib  və bildirib ki, bundan sonra rəhbər inadkarlıq göstərsə kafir olacaq.

Həmçinin, əvvəlki imamlar da deyib ki, əgər fitnə və qantökmə olmadan pis rəhbəri daha yaxşı rəhbərlə əvəzləmək olarsa, o zaman bunda problem yoxdur və hətta bunu etmək lazımdır.

Yeri gəlmişkən, sən mənim heç bir sualıma cavab vermirsən.

Mən səndən soruşdum ki, müsəlmanın, Allahın qanunları ilə hömk verməyənləri şəri rəhbərlər hesab etməyən imamların və alimlərin rəyi ilə getməyə haqqı varmı?

Bəs şeyx İbn Bəzin sənə xatırladılan sözləri haqqında nə deyə bilərsən?

Bu sözlərdən sonra onun mənhəci qaydasındadırmı?

Qardaş, mən təkrar edirəm ki, çox şey deyə bilərəm, lakin, bunu istəmirəm və bu an üçün bunda fayda görmürəm. Lakin, əgər mən susuramsa, bu sənin sunna-press-dən qardaşlarına haqq vermir ki, müasirlərin bir və ya iki fətvasının arxasında gizlənərək və nəyisə şəriət qaydası kimi qələmə verərək ürəkləri istəyəni desinlər.


Daha sonra qardaş Amaşa aşağıdakı cavabı verir: (ekran görüntüsü)


TƏRCÜMƏ

Daha sonra İbn Bazın (Allah ona rəhmət etsin) bu sözlərinə diqqət yetir:

إذا كان دولة مسلمة قوية تستطيع أن تقاتل هذا ، ليش مايحكم بما أنزل الله ، يقاتل قتال المرتدين إذا دافع ، مثل مايقاتل مانعي الزكاة إذا دافع عنها وقاتل يقاتل قتال المرتدين

Diqqət yetir ki, o burada دولة deyir və bunu belə başa düşmək olar ki, söhbət başqa müsəlman dövlətdən gedir, xüsusən, İbn Bazın fasiq müsəlman rəhbər kafir olmayana qədər ona qarşı xuruc etməyin qadağan olunması barədə sözlərini nəzərə alsaq. Yəni, əgər müsəlman dövlət güclüdürsə, o digər zəif müsəlman dövlətdən şəriətlə hökm verməyi tələb edə bilər, həmin dövlət imtina edərsə, ona qarşı müharibəyə başlaya bilər. Yəni, öz rəhbərinə qarşı xurucu xalq yox, başqa dövlət edir. Bu məqama diqqət yetir.


Bunun cavabında Amaş, qardaşa bunları yazır: (ekran görüntüsü)


TƏRCÜMƏ

Üstəlik, ibn Bəzin nəyi –  bu ölkənin sakinlərini və ya başqa islam ölkəsini nəzərdə tutduğunun nə fərqi var qardaş. Fakt odur ki, o deyir ki, əgər ölkənin imkanı varsa, şəriəti tərk etmiş rəhbərin Allahın qanunu ilə hökm verməmək kimi böyük bir cinayətinə göz yumaraq ağzının içinə baxmaq yox, onu Allahın qanununa əsasən hökm etməyə məcbur etmək lazımdır. Bəlkə sənin anlayışında “öz ölkəsi yox, başqa ölkə” bu cür rəhbərə qarşı çıxa bilər, öz ölkəsi isə yox? Yəni, hətta əgər bunu etməyə imkanı varsa, qayğı göstərmək və inkar etmək öz ölkəsi üçün yox, başqa ölkə üçün vacibdir? Çox qəribə nəticələr çıxarmısan.


Beləliklə, bu söhbətdə Amaş güc olduğu halda, özü dediyi kimi, oturub şəriətlə hökm verməyən müsəlman rəhbərin ağzının içinə baxmağı yox, onunla vuruşmağı açıq şəkildə icazəli, və hətta vacib görür (“LAZIMDIR” deməklə). Bundan əlavə, o bu xəvaric rəyini yalandan şeyx İbn Bəzin ayağına yazır.

Halbuki, Amaşın xurucun (rəhbərlərə qarşı çıxmağın) icazəli olduğuna dair əsaslandığı, şeyx İbn Bazın hizbçilərlə bu diskussiyasının davamında şeyx İbn Baz izah edir ki, xalqın öz rəhbərinə qarşı çıxması icazəli deyil. İbn Cibrin İbn Bəzdən (Allah ona rəhmət etsin) soruşur:

Şeyx Cibrin: Bu (şəriətlə hökm verməyən) rəhbərlərə qarşı kim vuruşmalıdır?

Şeyx İbn Bəz: “Müsəlman dövləti”.

Orada olanlardan biri: “Bəs müsəlman dövlət olmasa?”

İbn Bəz: “O zaman ona (şəriətlə hökm verməyən rəhbərə) toxunmurlar, onun günahı isə özü və Allah arasında qalır”.

فقال الشيخ ابن جبرين: من الذي يقاتله؟ فقال ابن باز: الدولةالمسلمة.فقال أحد الحضور: وإذا ما فيه دولة مسلمة؟ فقال ابن باز: يبقى على حاله بينه وبين الله.

Lakin, diqqət yetirin ki, qardaş Amaşa bu məqamı işarə edəndə, o inadkarlıq göstərməyə və hətta əhalinin gücü olduğu halda, onların da rəhbərə qarşı vuruşmasının vacib olduğunu iddia etməyə başladı. Maraqlıdır ki, indi o və onun administrasiyası iddia edirlər ki, onlar xurucu (rəhbərə qarşı çıxmağı) icazəli görmürlər, sadəcə əzli (rəhbərin kənarlaşdırılmasını) icazəli görürlər. Mən indi onlardan soruşuram – sizin, ölkə əhalisinin müsəlman rəhbərin şəriətlə hökm verməsi üçün ona qarşı vuruşmağın LAZIM olduğu və o inadkarlıq göstərərsə kafir olduğu barədə sözləriniz – xuruc (rəhbərlərə qarşı çıxmaq) deyilsə, onda xuruc (rəhbərlərə qarşı çıxmaq) ümumiyyətlə nədir?!

Bu mənə, Hüsni Mübarəkə qarşı inqilabdan sonra, fasiq müsəlman rəhbərə qarşı çıxmağın (onu devirməyin) icazəli olduğu və bunu etməyə güc olduğu halda bunun qadağan olmadığını iddia edən Dubay hüquqşünası ilə bağlı vəziyyəti xatırlatdı. Daha sonra onun şagirdləri onu müxtəlif yollarla müdafiə etməyə çalışırdılar: o ictihad edib və səhv edib və ya o rus dilini pis bilir və biz onu yalnış anlamışıq və s. Bu ifadəsinə görə sələfilər onun qınadıqda, o əvvəlcə bəyan etdi ki, xurucu (rəhbərlərə qarşı çıxmağı) icazəli görmür. Və yalnız bu yaxınlarda bəyan edib ki, sən demə, o lap əvvəldən rəhbərin əzl edilməsini (kənarlaşdırılmasını) nəzərdə tuturmuş, xurucu (rəhbərlərə qarşı çıxmağı) isə icazəli görmürmüş. Analoji sual meydana çıxır: məgər Hüsni Mübarəkə qarşı xuruc edilməmişdi? Əgər edilməmişdisə, o zaman ümumiyyətlə qadağan etdiyiniz xuruc sizin anlayışınızda nədir!?

Maraqlıdır ki, mənim dəvət aparmaq səlahiyyətimin olmadığını sübut etmək üçün, o mənim əleyhimə Azərbaycan Respublikası qanunlarından sitatlar gətirməyə başladı. Belə görünür ki, o şəriət qanunlarından daha çox Azərbaycan qanunlarından baş çıxarır, odur ki, islam əqidəsinin anlaşılmasında belə xətalara yol verir.

Həmçinin, “sələf-forumun” baş administratoru Amaşın hizbçiliyi və hiyləsi, onun şeyx Rabia, Ubeyd əl-Cabiri və digər böyük alimlərə münasibətində özünü göstərir.

İctimai olaraq bu böyük alimlərə ehtiram göstərərək, o öz şəxsi söhbətlərində bu böyük alimləri qorxaqlıqda, ifrata varmaqda, nə danışdıqlarını dəqiq bilməməkdə, “dələduzluq etməkdə” (ведут “бакланы” ) və insanları “təhgir edib və alçaldmaqda” (“порофинят” людей) günahlandırır və əlində şeyx Rabiaya qarşı hansısa “nüfuzdan salıcı materialın” olduğunu iddia edir. Şeyxlərin ünvanına bu cür ittihamlar və təhqirləri hizbçilərdən başqa heç kim istifadə etmir. Bəzi elm tələb edən qardaşlar, Allah onları xeyirlə mükafatlandırsın, artıq ona rəddiyyə yazıb və böyük alimlərə münasibətdə onun bu və digər qəbuledilməz ifadələrinə işarə ediblər.

Həmçinin, qardaşlar onun hizbçilərin bidət tərəfdarlarını müdafiə etmə prinsipi ilə getməsinə işarə ediblər. Bu ifadələr arasında: “Bir insanın həqiqətən doğru yoldan azdığına dair alimlərin icması olmayana qədər, kimisə alimin dəlillərə əsaslanan çəkindirməsini (təhzir etməsini) qəbul etməyə məcbur etmək olmaz”. Bu insanın hizbçiliyi ilə yaxından tanış olmaq istəyən, bu qardaşların aşağıda sadalanan və həmçinin ərəb dilinə tərcümə edilmiş digər rəddiyyələrinə də müraciət edə bilərlər.

(Ekran görüntüsü)


TƏRCÜMƏ

Daha sonra mənim bu sözlərimə:

“Və sən diqqət yetirməlisən ki, əxi, onun səbəbilə sən və bizim bir çoxlarımız, şeyx Rabia, şeyx Cabir və onun xətalarını aydınlaşdıran digər şəxslərə qarşı belə soyuq münasibət bəsləyirik”.

Amaş belə cavab verdi:

“Bu doğru deyil qardaş, Allaha and içirəm ki, mən hələ Misirdə, şeyx Rabianın fanatikləri ucbatından belə düşünürdüm.

Və bu, soyuq münasibət deyil əxi, sadəcə bu “ğülunun” (ifrata varmağın) qəbul edilməməsidir, vəssalam. Lakin, buna baxmayaraq, mən heç vaxt onun haqqında pis bir söz deməmişəm, halbuki, deyə bilərdim, halbuki, çox şeylər mənim xoşuma gəlmir və mən onu heç vaxt digər alimlərdən üstün tutmuram. Və buna baxmayaraq qardaş, heç kim onun lehinə difa etməsə də, bunu Allahın iznilə mən etdim və mədxalilər barədə bölməni də mən açdım və mən orada demək olar ki, bütün məsələlərə cavab verirdim, əxi. Və sən özün mənim əlimdə şeyx Rabianın əleyhinə səs yazılarından ibarət nə qədər nüfuzdan salıcı material və şeylərin olduğunu bilirsən. Amma mən sən düşündüyün kimi, ona qarşı soyuq olsaydım, bütün bunları çoxdan, forumda olmasa da, hardasa rusdilli bir mühitdə üzə çıxarardım. Lakin, qardaş, mən konkret şəxsiyyətlərin müdafiəsinə və nəfsin istəklərinə uymağa yox, haqqa doğru can atıram. Əxi, şeyx Cabiri ilə bağlı da eyni haldır, onun şeyx əl-Əlbaninin bütün şagirdlərinə və mərkəzə qarşı ümumiyyətlə onların hər hansı bir sayt olduğunu fikirləşərək və nə dediyini dəqiq bilməyərək cərh etməsi kimi bəzən az qala necə gəldi cərh etməsi, mənə hələ o dövrdə də onu sevməyə və dəmmaclılar tərəfdən onun lehinə difaq etməyə mane olmurdu. Başa düşmürəm qardaş, bütün bunları bilə-bilə sən mənim haqqımda necə belə düşünə bilərsən?


(Ekran görüntüsü)


TƏRCÜMƏ

Digər yazışmada (10.11.2012-ci il tarixli) Amaş, şeyx Rabi, Cabiri, Bəzmul, Buxari və s. kimi şeyxlər, Hələbi və onun kimilərə rəddiyyə verənlər haqqında danışaraq, aşağıdakı sözləri yazırdı. Bu sözlərlə o, yuxarıda adı çəkilən şeyxlərin niyə bu vaxta qədər hələ də Hələbi məsələsində onlara etiraz edən alimləri pisləmədiklərinin səbəbini göstərmək istəyirdi. Əlbəttə ki, bu sadəcə onun Sünnəyə bağlılğı ilə tanınanlar haqqında yalnış zənnləri və mənfur fərziyyələridir. Əslində isə, mötəbər alimlərin bu cür davranışının səbəbləri, Amaşın “sırf gördüklərindən” uzaqdır. Beləliklə, o deyir:

Çünki, qardaş, bu cür insanlara nəsə deməyə duxları çatmır! Vəssalam və bu mənim sırf gördüyümdür, çünki, bundan xəbərləri olmadığını heç cürə demək olmaz, hamı 100% bilir. Qardaş, mən demirəm ki, cərh etsinlər və çürütsünlər, bəs kiçik bir inkar niyə edilmir? Yoxsa burda artıq digər dəvabitlər qüvvəyə minir? Əgər belədirsə, o zaman bilmək istəyərdim, kim və necə qərar verir ki, bir və ya iki səhvə görə birini basıb ceyniyib udmaq olar, digərinə isə heç irad da tutmaq olmaz? Bu bizdə mənhəc və şəriət qanunları məsələsi, yoxsa müəyyən şeyxlərin sələflik haqqında şəxsi görüşləri oldu, qardaş? Niyə elə həmin şeyx Fövzana bidətçi və süruri Münaccidi reklam etdiyi üçün cüzi bir inkar edilmədi? Hansını ki, o şeyx adlandırır və onun lehinə təqdim verir.


(Ekran görüntüsü)


TƏRCÜMƏ

Qardaş, Hələbini bir kənara qoya bilərsən, mən ona heç vaxt şəxsipərəstik etməmişəm və yalnız ilzam, əsassız təcrih və s. məsələlərdə onun tərəfində olmuşam, çünki, bu məsələlərdə onun mənhəci, şeyx İbn Bəz, şeyx əl-Əlbani və şeyx Useymin başda olmaqla, boyük alimlərin mənhəci idi. Onun bəzi fikirlərinə gəldikdə isə, onlar mənim də xoşuma gəlmir və mən ümumiyyətlə ona haqq qazandırmıram və onun tərəfini saxlamıram.


(Ekran görüntüsü)


TƏRCÜMƏ

Və məhz şeyx Rabi və onun ətrafı Sahabda Hələbini təhgir edib alaçldanda, “Kulli Sələfiində” şeyx Rabi ünvanına, nə də başqa birinin ünvanına pis bir kəlmə də deyilmədi.


Mən sadəcə bu məqamları ona görə göstərirəm ki, oxuyucular başa düşsün ki, bu şəxs, Amaş, hizbçilərin yolu ilə gedir, odur ki, onun ictimaiyyətdə dediyi sözlər, təklikdə insanlara nümayiş etdirdiyi əqidə və dediyi sözlərlə üst-üstə düşmür. Zahirən, şeyx Rabiaya ehtiram göstərərək, Amaş öz şəxsi söhbətlərində bidət tərəfdarlarına münasibətdə şeyxin qatı mövqeyi səbəbilə onu qorxaqlıqda və ifrata varmaqda ittiham edir və həmçinin insanları şeyxə qarşı hansısa nüfuzdan salıcı materialları ilə qorxudur.

Analoji vəziyyət dubaylı hüquqşünasla da baş vermişdi. Bu insan ictimai olaraq şeyx Rabiaya öz ehtiramını göstərsə də, qapalı məclislərdə, hansısa bir “mədxalilər” firəqsinin mövcudluğunu qəbul edərək, şeyxi bənzər ittihamlarla pisləyir və təhqir edirdi.

Həta o Yerzat adlı bir qardaşa bildirib ki, sən demə, şeyx Rabi Səudiyyə hökumətinin ona ödədiyi pul qarşılığında bidətçilərə rəddiyyə edirmiş. İndi isə, hökumət ona pul ödəməkdən imtina etdikdən sonra, o öz telefonun söndürüb və daha bidətçilərdən çəkindirməklə məşğul olmur. Burada qardaşın andının və şahidliyinin audio yazısı var.

Bu isə, qardaşın yazılı şahidliyidir:

(Ekran görüntüsü)


TƏRCÜMƏ

Əssələmu aleykum və rahmətullahi və bərakətuhu!

14 oktyabr, 2014-cü il axşam mən və Cavid qardaş şeyx Səlim Əbu Umarla onun evində görüşdük. Həmçinin orada Çərkəzdən Əbu İmran qardaş və Azərbaycandan Tərlan qardaş da var idi. Görüşün lap əvvəlində, mən şeyxdən bütün danışığı diktofona yazmağıma etiraz edib-etmədiyini soruşdum, o buna müsbət cavab verdi. Lakin, söhbətin sonunda o yazını silməyi xahiş etdi, mən isə buna etiraz etdim, lakin, hələ bu yazını yaymamağa söz verdim. Odur ki, əgər bu görüş haqqında sözlərim barəsində kimdəsə şübhə oyanarsa, yazını yoxlamaq imkanı var.

Bu məclisin məqsədi Səlim Əbu Umara, şeyx Rabia əl-Mədxalinin guya öz cərhlərinə görə pul aldığı, lakin, daha sonra imtina etdiyi və tövbə etdiyi mənasına gələn sözləri mənə dediyini xatırlatmaq idi. Mənim ona bəzi vəziyyətləri xatırlatmağıma baxmayaraq, o iddia edirdi ki, o tamamilə başqa şeydən danışırmış. Guya o deyirmiş ki, şeyx Rabia Əcmanda sələfilərə dəvət aparmaları üçün pul verirmiş və mən hər şeyi qarışdırmışam və onun sözlərini düz başa düşməmişəm. Şeyx həmçinin dedi ki, o and içməyə hazırdır ki, o vaxt məhz bu sözlər ona məxsus olub.

Mən diqqəti ona yönəltmək istəyirəm ki, mən şeyx və orada olanlar qarşısında Allaha and içdim ki, həqiqəti deyirəm. Ona gəldikdə isə, nəticədə o mənə bu cür sözlər demədiyinə dair heç bir and içmədi və söhbəti tamamilə başqa məcraya yönəltdi, yəni, guya əksinə, şeyx Rabia özü Əcmanda kiməsə pul verirmiş. Mən bir daha təsdiqləyir və Allaha and içirəm ki, o mənə məhz belə demişdi və bu haqda zərrə qədər də şübhəm yoxdur.

Bu görüşdən sonra, deyidiyinə dair onun qarşısında şəhadət gətirdiyim və onun da həmin an şəhadət gətirməsini xahiş etdiyim bu sözləri demədiyi haqqında mənə heç vaxt and içmədiyi barədə şeyx Səlimə ismarıc göndərdim. Bunun cavabında o dərhal söhbəti mənim sualımdan yayındırdı və səs yazısını silməyi tələb edərək yalnız bundan sonra mənə cavab verəcəyini vəd etdi. Mən isə öz dediyimdə israr edirdim, çünki, mən onun qarşısında andımı içmişdim və indi növbə onun idi. Mən o yazışmanın skrinşotlarını bu məktuba əlavə edirəm.

Nəticəsiz cəhdlərdən sonra, mən yenə də onun and içməsinə nail ola bilmədim. Söhbət hər dəfə and məsələsinə gələndə, o başqa mövzuya keçirdi.


Bu isə, dubaylı hüquqşünasın, qütbçülər və digər hizbçilərin əhli-sünnə vəl-cəmaəyə qarşı uydurduğu, qondarma “mədxalilər” cərəyanı barədə sözləri.

(Ekran görüntüsü)


TƏRCÜMƏ

…ki, bizim dinimiz yalnız Peyğəmbərdəndir (Allahın ona salavat və salamı olsun), onda qoy sadəcə muhammədçi desinlər. Ən yaxşısı isə sünni müsəlman. Yeri gəlmişkən, mədxalilərdən biri məni qütbçü adlandırırdı. Onlardan digərləri hizbçi adlandırdılar və hər biri məsələlərə öz mövqeyi, şəxsi rəyi ilə baxır…


(Ekran görüntüsü)


TƏRCÜMƏ

Murciələr arasında biz xəvaricik. Günahkarlar arasında fanatik və dinə həddən artıq riayət edənlərik. Kafirlər arasında biz terrorçu və fundamentalistik. İxvanlar arasında mədxaliyik. Mədxalilər arasında ixvanıq – və hələ onların yeni bir termini var – “mumayyi”…


Həmçinin öz yollamalarından birində bu insan yalandan iddia etdi ki, guya şeyx Rabia, ümmətin parçalanmasına səbəb olan, bidətçilərlə bağlı bütün çəkindirmələrindən imtina edib. Hərçənd ki, bu məqalədə şeyx Rabia elm tələbələrinə lüzumsuz danışıqlarla məşğul olmamağa və ədavət aparmamağa və şəxsiyyətlər (simalar) xatirinə yox, yalnız haqq xatirinə çəkindirməklə məşğul olmalarına dair ümumi nəsihət edib.

(Ekran görüntüsü)


TƏRCÜMƏ

Əssələmu aleykum və rahmətullahi və bərakətuhu hörmətli qardaşlar və bacılar, Allah sizi və ailələrinizi qorusun!

Sizi şeyx Rabianın bu tövsiyəyə ziddiyyət təşkil edən bütün əvvəlki sözlərini ləğv edən tövsiyyəsini oxumağa dəvət edirəm.

Ümmətimizin birliyi naminə paylaşın

Hörmətlə, Əbu Umar


İndi mən fikir verirəm ki, bəzi qardaşlar bunu əhəmiyyətsiz məsələ hesab edir və bu yalan iddiaya çox əhəmiyyət vermirlər. Lakin, sələfi mənhəcindən başı çıxan hər bir kəs başa düşür ki, şeyx Rabianın adından irəli sürülən bu yalan iddia çox təhlükəlidir. Bu, şeyx Rabianın (Allah onu qorusun) bütün həyatı boyunca çəkindirdiyi və ifşa etdiyi əksər bidətçiləri dolayı məsləhət etməkdən başqa bir şey deyil.

Biz sələfilər başa düşməliyik ki, biz bütün sələfi alimlərini sevir və yaxşı münasibət bəsləyirik. Lakin, məhz şeyx Rabia (Allah onu qorusun), sələfilik altında gizlənən və gizlənməyə davam edən əksər bidətçilərə rəddiyyə vermiş və onları üzə çıxarmış alimdir. Şeyx Muqbil (Allah ona rəhmət etsin) demişdir:

“Əgər şeyx Rabia kiminsə haqqında “O hizbçidir” dedisə, çox keçmədən, bir müddət sonra sənə aydın olacaq ki, bu insan həqiqətən də hizbçidir”.

(Bax. http://www.rabee.net/ar/save.php?typ=4&newsid=65)

Yuxarıda deyilənləri nəzərə alaraq, biz başa düşməliyik ki, şeyx Rabianın təhqir olunması və gözdən salınması, dövrümüzdə hizbçiliyin təzahürlərindən biridir.

Məhz o səbəbdən ki, şeyx Rabia hizbçiləri ifşa edir, hizbçilər isə onu sevmir və xəyal edirlər ki, şeyx öz çəkindirmələrindən imtina etsin və ya heç olmasa müxtəlif təriqətçiləri ifşa etməyə son qoysun.

 

Təhrif və hizbçilik, yoxsa ərəb dilini və sələfi əqidəsinin əsaslarını bilməmək?

Mən “sələf-forumun” mənim əleyhimə rəddiyyə məqaləsinin məzmunu ilə tanış olmağa başladıqdan sonra, onların alimlərə istinadən gətirdiyi sözlərin bəziləri mənə şübhəli gəldi. Onlar demək olar ki, heç yerdə bu alimlərin sözlərinin əslini göstərməyiblər ki, mən onların tərcüməsinin doğruluğuna əmin olum.

Onların tərcümələrindən yalnız bəziləri alimlərin internet saytlarındakı sözlərinin əslinə birbaşa keçidə malik idi. Bu tərcümələrin əsllərini oxuduqda, təkfirçi və xəvaric mənhəcinə uyğunlaşdırmaq məqsədilə alimlərin sözlərinin nə dərəcədə təhrif olunduğuna təəccübləndim. Bütün bunlardan belə başa düşdüm ki, ya bu administrasiya ərəb dilini bilmir, ya da təlbis (qəsdən təhrif) edirlər və alimlərin sözlərini öz nəfslərinə müvafiq olaraq tərcümə edirlər:

Məsələn, onlar şeyx İbn Bəzin sözlərini aşağıdakı kimi tərcümə edirlər:

Цитата:

“Любая страна, которая не судит по Шариату Аллаха, является страной джахилии, страной неверия, тирании и нечестия согласно тексту ясных аятов! И для мусульман является обязательным проявлять к ним ненависть и вражду ради Аллаха и запрещается им проявлять к ним любовь и дружбу, пока они не уверуют в Одного Аллаха и не станут судить согласно Его Шариату!”


TƏRCÜMƏ

Sitat: “Allahın şəriəti ilə hökm verməyən istənilən ölkə, açıq-aydın ayələrin mətninə əsasən cahiliyyət, küfr, istibdad və fisq ölkəsidir! Və Allah üçün onlara nifrət və ədavət bəsləmək müsəlmanlara vacibdir və onlar Tək Allaha iman gətirmədikcə və Onun Şəriəti ilə hökm vermədikcə, onlara sevgi və dostluq bəsləmək qadağandır!


Bu tərcümədə, çox təhlükəli xəta və ya təlbis (təhrif) var və demədiyi sözlər İbn Bəzin ayağına yazılıb. Əvvəlcə, bu administrasiyanın yerləşdirdiyi həmin keçid vasitəsilə, şeyxin sözlərinin əslini gətirirəm.

وكل دولة لا تحكم بشرع الله، ولا تنصاع لحكم الله، ولا ترضاه فهي دولة جاهلية كافرة، ظالمة فاسقة بنص هذه الآيات المحكمات، يجب على أهل الإسلام بغضها ومعاداتها في الله، وتحرم عليهم مودتها وموالاتها حتى تؤمن بالله وحده، وتحكم شريعته

Bu tərcümədə problem ondadır ki, bu tərcümənin mənasından belə başa düşülür ki, İbn Bəz  rəhbərlərinin şəriətlə hökm verməməyi halal görüb-görmədiklərini dəqiqləşdirmədən, şəriətlə hökm verməyən bütün ölkələri təkfir etdi.

Tərcümənin belə başa düşülməsinin səbəbi odur ki, tərcüməçilər şeyxin, rəhbərlərin təkfir olunması üçün bu vacib qeydə işarə etdiyi (ولا ترضاه)  sözləri tərcümə etməyərək ötürüblər. Doğru tərcümə isə belə  olacaq:

“Allahın Şəriəti ilə hökm verməyən, ona tabe olmayan və ondan (Allahın şəriətindən) narazı olan istənilən ölkə, bu açıq-aydın ayələrin mətninə əsasən, cahiliyyət ölkəsi, küfr, istibdad və fisq ölkəsidir”.

Beləliklə, şeyx Allahın qanunu ilə hökm verməyənin nə zaman kafir olduğuna dair mühüm bir qeydə işarə edir: o istəmədiyi və şəriətdən narazı olduğu halda. Tərcümədə bu mühüm məqamı ötürmək, şeyxin sözlərini, təfsilatına varmadan, hər bir rəhbəri təkfir edən xəvaric məzhəbi işığında təqdim etmək deməkdir. Halbuki, hər kəsə, hətta yeni başlayan elm tələbəsinə də məlumdur ki, şeyx İbn Bəzin bu məsələdə mövqeyi məşhur və açıq-aydındındır: şəriətlə hökm verməyən rəhbər, bunu halal hesab etmirsə (istihləl), kafir deyil. Belə sual meydana çıxır: adminitrasiya bu məqamı bilərəkdən tərcümə etməyib, yoxsa İbn Bəzin bu sözlərini nəzərdən qaçırıb? Düzünü Allah bilir.

Bu administrasiyanın digər bir təlbisi və ya cahilliyini, şeyx Muhamməd ibn Hadi və Muhamməd Bəzmulun (Allah onları qorusun) əzl – rəhbərin kənarlaşdırılması haqqında sözlərinin tərcüməsində görmək olar. Birincisi, bu administrasiyanın etdiyi kimi,“əzl” sözünü “devirmə” kimi tərcümə etmək düzgün deyil. Çünki, devirmə sözü daha çox rəhbərin zor gücü ilə kənarlaşdırılması deməkdir, bu isə elə sələfilərin qadağan etdiyi xuruc – rəhbərə qarşı çıxmaqdır. Əzl isə “kənarlaşdırma” deməkdir, yəni, ətrafındakılar rəhbəri buna inandırdıqda və ya o fiziki və ya əqli cəhətdən dövləti idarə etməyə qadir olmadıqda və ya digər hallarda, onun könüllü şəkildə öz vəzifəsindən istefa edərək onu başqasına təhvil verməsidir. Lakin, bu, adminitrasiyanın yalnışlıqla anladığı kimi, heç bir halda o mənaya gəlmir ki, rəhbər hakimiyyəti təhvil verməkdən imtina edirsə və vuruşmağa hazırlaşırsa, ona əzl etmək olar. Axı məhz bu, elə xurucun özüdür.

Lakin, bu administrasiya “əzl” sözünü “devirmək” kimi tərcümə etdikdə və üstəlik İbn Bəzin guya rəhbərlə vuruşmağı icazəli gördüyünə dair sözlərini gətirdikdə, aydın olur ki, bu administrasiya “əzl” dedikdə, sələfi alimlərinin “xuruc” (“rəhbərlərə qarşı çıxmağı”) adlandırdığı məsələni nəzərdə tutur. Məhz bu səbəbdən, bu administrasiya şeyx Muhamməd Bəzmulun sözlərinin tərcüməsində daha bir böyük səhvə yol verir.

Onların tərcüməsi:

Цитата:

“В упомянутом хадисе говорится, чтобы мы не вели тяжбу за власть, а в таком случае нет этого. Поистине, если правитель не является пригодным для правления, и пришли к нему обладатели влияния из числа ученых и амиров и вынудили его снять с себя полномочия правления, и он снял, после чего пришли к соглашению, то нет в этом проблемы. Не забывай о том, как посланник (мир ему и благословение Аллаха) похвалил аль-Хасана ибн ‘Али, да будет доволен им Аллах, за то, что он примирил две враждующие группы. И это произошло по причине того, что он снял с себя полномочия власти и передал это Му’ауии, да будет доволен им Аллах. Если это произойдет таким образом, без смуты и пролития крови, то это не имеет отношения к восстанию или нарушению присяги”


TƏRCÜMƏ

 

Sitat: “Adı çəkilən hədisdə deyilir ki, biz hakimiyyət uğrunda çəkişmə aparmayaq, bu halda isə, bu mövcud deyil. Həqiqətən, əgər rəhbər idarə etməyə yaramırsa və alimlər və əmirlər sırasından nüfuz sahibləri onun yanına gəlirsə və onu idaretmə səlahiyyətlərini təhvil verməyə məcbur edirlərsə və o da təhvil verirsə və daha sonra razılığa gəlirlərsə, bunda bir problem yoxdur. Unutma ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əl-Həsən ibn Əlini (Allah ondan razı olsun), iki düşmənçilik edən dəstəni barışdırdığı üçün təriflədi. Və bu o səbəbdən baş verdi ki, o öz hakimiyyət səlahiyyətlərini öz üzərindən götürdü və Müaviyəyə təhvil verdi, Allah ondan razı olsun. Əgər bu, bu cür yolla – fitnəsiz və qan tökülmədən, baş verərsə, bunun xuruca (rəhbərlərə qarşı çıxmağa) və ya beyətin pozulmasına aidiyyatı yoxdur”.

 


Bu isə fətvanın əslidir:

قلت: الحديث فيه أن لا ننازع الأمر أهله، وهذا ليس فيه منازعة، فإن ولي الأمر إذا لم يصلح للولاية، وجاءه أهل الحل والعقد من العلماء والأمراء وأقنعوه بالتنازل؛ فاقتنع، وصالحوه على ذلك فهذا ليس فيه حرج، ولا تنس -بارك الله فيك- مدح الرسول -صلى الله عليه وسلم- للحسن بن علي -رضي الله عنه-، في إصلاحه بين طائفتين عظيميتن بتنازله عن الحكم لمعاوية -رضي الله عنه-، فهذا إذا حصل على هذه الصورة بغير فتنة ولا إراقة دماء، ليس من باب منازعة الأمر أهله، وليس من باب نقض البيعة -بارك الله فيك-

Administrasiya, şeyx Muhamməd Bəzmulun sözlərini tərcümə edərkən, adminitrasiyanın xurucu (rəhbərlərə qarşı çıxmağı) icazəli görən rəhbəri Amaşın mənhəcinə müvafiq olan kobud səhvə yol verib.

Şeyx öz fətvasında, “kimisə razı və ya məmnun salmaq” mənasına gələn (أقنع) sözündən istifadə edir, وأَقْنَعَني كذا أَي أَرْضاني (bax. “Lisan əl-Arab”, “Qamus əl-Mühit” və ya “Muxtar əs-Səhihəh”). Yəni, ən yaxşı halda (أقنع) sözünü “razı salmaq, dilə tutmaq (yola gətirmək, razı salmaq), inandırmaq” kimi, amma qətiyyən “məcbur etmək” kimi tərcümə etmək olmaz. Lakin, administrasiya bu sözü “məcbur” etmək kimi tərcümə edir, bu isə şeyxin sözlərinin mənasını tamamilə dəyişir və rəhbərə qarşı güc və xurucdan istifadə etməyi icazəli görən xəvariclərin məzhəbinə daha çox uyğun gəlir. Odur ki, düzgün tərcümə aşağıdakı kimi olmalıdır:

“Əgər rəhbər idarə üçün yararlı deyilsə və onun yanına alimlər və əmirlər sırasından nüfuz sahibləri gəlibsə və onu idarəetmə səlahiyyətlərini öz üzərindən götürməyə (أقنعوه)razı salıblarsa və o (اقتنع)  razı qalıbsa (yəni, qane olubsa, məmnun qalıbsa) və onlar razılığa gəliblərsə, bunda bir problem yoxdur”.

Ya bu administrasiya ərəb dilini və sələflərin rəhbərlərə dair əqidəsini yaxşı bilmir, yaxud da sadəcə olaraq alimlərin sözlərini elə tərcümə edir ki, bu, onların rəhbərlərə qarşı çıxmağın icazəli olduğuna dair mənhəclərinə müvafiq olsun.

Bundan əlavə, əgər administrasiya Muhamməd Bəzmulun sözlərinin davamına diqqət yetirsəydi, anlayardı ki, tərcümələri həqiqətə uyğun deyil. Axı şeyx, Həsən ibn Əlinin (Allah ondan razı olsun) özünün səlahiyyətləri öz üzərindən götürməsini misal gətirir. Məgər Həsəni buna kimsə məcbur etmişdi?! Axı şeyx sonda deyir ki: “Əgər bu, bu cür yolla – fitnəsiz və qan tökülmədən baş verərsə, bunun xuruca və ya beyətin pozulmasına aidiyyatı yoxdur.

Maraqlıdır, bu administrasiya öz tərcümə etdiyi sözlərin mənası haqqında düşünməyibmi? Axı bu sözlərdən anlaşılır ki, şeyx Bəzmul bu rəhbəri qanuni (şəri) hesab edir və hesab edir ki, bu rəhbərə münasibətdə əhalinin beyəti var. Lakin, öz manifestində administrasiya bəyan edir ki, o, şəriətlə hökm verməyən rəhbərlərin qanuni olduğunu və onlara münasibətdə beyətin olduğunu hesab etmir. İnşəAllah, ikinci cavabımda onların rəhbərlər barəsində şübhələrinə daha təfsilatlı cavab verəcəyəm.

Burada isə mən sadəcə göstərmək istəyirdim ki, ya bu administrasiya ərəb dilini və sələfi əqidəsinin əsaslarını kifayət qədər bilmir və odur ki, belə kobud xətalara yol verir, yaxud da təlbis (təhrif) edir və alimlərin sözlərini öz nəfslərinə sərf edən şəkildə tərcümə edirlər. Hər iki halda, bu ona işarə edir ki, bu administrasiyanın naməlum üzvlərinin dinin mühüm məsələləri barədə danışmağa haqqları yoxdur. Onlar məni, guya dinin mühüm məsələləri və bütövlükdə din barədə danışmağa haqqım olmamaqda ittiham edirlər. Bəs sizin buna haqqınız var? Siz öz adlarınızı və şeyxlərinizin adlarını gizlədən və tərcümədə belə kobud səhvlərə yol verən və ya alimlərin sözlərini öz nəfsinə müvafiq şəkildə tərcümə edən naməlum şəxslərsiniz. Və bütün bunlara baxmayaraq, siz hələ də hesab edirsiniz ki, dindən, özü də mühüm məsələlərdən danışmağa, orada öz qayda-qanunlarınızı müəyyən etməyə haqqınız var!?

Ümumiyyətlə, bu cür təhlükəli mövzularda (çoxlarının büdrədiyi) bütün tərcümələrin, Amaşın şəxsi yazışmada açıq-aydın işarə etdiyi kimi (bax: İbn Bəz barədə skrinşot), rəhbərlərlə vuruşmağın icazəli olmasına dair öz hizbi baxışlarına müvafiq edildiyi görünür. Maraqlıdır ki, ictimaiyyətə yayımlanan son məqalələrində, o İbn Bəzə atılan bu böhtanı dəlil kimi gətirməyib. Bu bir daha onu göstərir ki, hizbçilər təklikdə bir əqidədən, ictimaiyyət arasında isə tam əksindən danışırlar.

Əqidə, mənhəc məsələlərini və ərəb dilini anlayan normal sələfi, xüsusilə bu cür təhlükəli mövzularda heç vaxt belə yalnış və mənadan uzaq tərcüməyə yol verməzdi. Tərcümələrdə belə kobud səhvlər, hər bir insanın edə biləcəyi sadə səhvlər deyil, yalnız hizbi baxışların əksidir.

Yuxarıda deyilənlər nəinki onları nüfuzlu elm tələbələri hesab etməyə, hətta tərcümələrinə də etibar etməməyə əsas verir. Mən onlardan fərqli olaraq, onların forumlarını araşdırmaq və səhvlərini tapmaqla məşğul olmadım. Mən sadəcə, onların mənə yazdığı məqalədə bu kobud səhvləri və ya təhrifləri gördüm. Özü də, onların əksər tərcümələrinin əslinə keçid yox idi ki, digər tərcümələri də yoxlamaq mümkün olsun. Allah bilir mənim əleyhimə yazdıqları məqalənin tərcüməsində neçə bu cür kobud səhvə yol veriblər. Mən hələ onların forumdakı bütün digər materialları barədə danışmıram.

 

“Sələf-forum” administrasiyasının mənim əleyhimə iddialarına cavab

Onların internet məkanında müxtəlif saytlarda, həmçinin azərbaycan dilində tapıb çıxardıqları xətalarıma gəldikdə isə, əvvəl də dediyim kimi, bu iddialarla təkfirçilər artıq onları qabaqlayıb və bu iddialara mən artıq bir neçə dəfə cavab vermişəm. Lakin, mən yenə də qısa şəkildə bu iddialara cavab verəcəm ki, qardaşlar bu administrasiyanın təbliğ etdiyi hizbçilyin sapqınlıqlarına aldanmasınlar. Məlumdur ki, bizim bu administrasiya ilə ixtilafılarımız mənim günahsızlığım və ya xətasızlığım mövzusunda deyildi. Lakin, onlar söhbəti başqa məcraya yönəltdikləri üçün, mən onların iddialarına qısa cavablar verəcəm. Daha sonra, ikinci cavabımda mən inşəAllah onların müsəlman rəhbər məsələsindəki sapqınlıqlarını təfsilatlı şəkildə izah edəcəm. Əvvəldə də dediyim kimi, məni daha çox bu administrasiyanın özü yox, məhz bu administrasiyanın təbliğatından şübhəyə düşmüş qardaşlar narahat edir.

Lakin, mən onların əsas iddalarına qısa cavablar verməyə çalışacam, çünki, bu, bizim mübahisəmizin əsas mövzusu deyil. Bəzi iddialar qeyri-ciddi olduğu üçün, mən ümumiyyətlə onlara cavab verməyəcəm ki, vaxtımı və oxucuların vaxtını buna sərf etməyim. Belə görünürdü ki, bu administrasiya qarşısına məqsəd qoyub ki, mənə yersiz irad tutmaq üçün internetdə nə varsa tapıb çıxarsınlar.

İddia #1. “Qamətin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) münafiqlərin başçısı üzərində cənazə namazı qılmasına dair hadisəni istifadə etməkdə təhlükəli xətası”.

Birinci iddiaya gəldikdə, burda açıq-aşkar görünür ki, bu administrasiya sadəcə olaraq yersiz iradlar tutur və məndə xətalar tapmağa çalışır. Bircə onu deyim ki, bu üsulla hər hansı bir məsələdə istənilən insana yersiz iradlar tutmaq olar. Mən, MDB ərazisində hizbçi baxışların yayılmasını nəzərə alaraq, burada ümumi cavab verdim. Hizbçilər belə ümumi vəziyyətləri gətirir və sonra istəyirlər ki, sən bu müəyyən insan haqqında öz rəyini bildirəsən. Daha sonra onun haqqında digər materialları da toplayır və onu kafirlikdə ittiham edirlər ki, bu da şübhəsiz ki, xətadır. Əlbəttə ki, kafirə “qardaş” deyə müraciət etmək düzgün deyil. Orada, sualda məndən soruşmamışdılar ki, “Kafirə qardaş demək olar?” və ya: “Vəfat etmiş kafirə cənazə namazı qılmaq olar?”. Həmçinin, sual verən məndən cümə namazını evdə qılmağın icazəli olması barədə soruşmamışdı. Məndən bu məsələdə imamın hökmü barədə soruşmuşdular. Mən qısa cavab verdim, çünki, o məndən sizin dediyiniz məsələlər barədə soruşmamışdı. Bundan əlavə, onun sualından görünür ki, o özü də bu üç şeyin qadağalı olduğunu bilir və sadəcə bu imamın və ona təkfir edən qardaşların hökmünü bilmək istəyir.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) münafiqin üzərində cənazə namazı qılması barədə hadisəyə gəldikdə isə, mən bu hadisəni, bunun islamdan çıxaran böyük küfr olmadığını göstərmək üçün gətirmişəm. Hamıya aydındır ki, kafirə cənazə namazı qılmaq icazəli deyildir. Çünki, böyük küfr kimi mühüm əqidə məsələləri nəsxə məruz qala bilməz. Yəni, ola bilməz ki, böyük küfr nə vaxtsa icazəli olub, daha sonra şəriət onu qadağan edib. Şeyx Useyminin “Üsul min İlmil Üsul” kitabının “Nəsx” bölməsinə baxın.

İddia #2. “Qamətin, qəsdən Allahı söymək barədə təhlükəli cavabı”

Başa düşmək lazımdır ki, mən, vəziyyətdən asılı olaraq bəzən ümumi, bəzən isə xüsusi cavab verirəm. Bizim böyük alimlərimiz də belə edir. Lakin, yenə də belə görünür ki, siz sadəcə mənim heç yol vermədiyim xətaları axtarıb tapmağa çalışırsınız. Əgər mənim mövqeyim sizə aydın deyilsə, mənim nə demək istədiyimi dəqiqləşdirin. Mən həmişə ümumi deyirəm ki, əgər insan Allahı və Onun Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) söyürsə, bu adam kafirdir. Lakin, əgər söhbət xüsusi bir insandan gedirsə, əvvəlcə onun bunu niyə etdiyini öyrənmək lazımdır. Yəni, insanın hansı küfrə yol verməsindən asılı olmayaraq, təkfirin şərtləri və maneələrini nəzərə almadan müsəlmanı kafirlikdə ittiham etmək olmaz. Axı müsəlman küfrü qəzəbindən, yalnışlıqla və ya məcburiyyət qarşısında qalaraq edə bilər.

Həmçinin, siz təkcə mənim cavabımı yox, cavablandırdığım sualı da gətirməli idiniz. Sualda söhbət açıq-aydın olaraq ümumi təkfirdən yox, xüsusi bir şəxsin təkfirindən gedir. Sual belədir:

Цитата:

2 – тот, кто делает личностный такфир тому, кто прибывает в большом ширке и куфре (ругает Аллаха осознанно, поклоняется и делает тауаф могилам и т.д.), является ли такфиристом и хариджитом? Можно ли его назвать такфиристам и хариджитам? Брат, Баракаллаху фикум, прошу прямой и чёткий ответ (да / нет)


TƏRCÜMƏ

Sitat: böyük şirk və küfr edən (Allahı qəsdən söyür, qəbirlərə ibadət və təvaf edir və s.) insanı şəxsi təkfir edən, təkfirçi və ya xəvaric sayılırmı? Onu təkfirçi və ya xəvaric adlandırmaq olarmı? Qardaş, bərakAllahu fikum, xahiş edirəm açıq cavab verəsiniz (hə/yox).


 Göründüyü kimi, sualda söhbət təkcə Allahı söyməkdən yox, şirk və küfrün digər növlərindən də gedirdi. Siz sadəcə “söymək” və “qəsdən” sözlərinə ilişmisiniz. Birincisi, onun bunu qəsdən edib-etməməsini üzə çıxarmaq üçün, istənilən halda onu sorğu-sual etmək lazımdır. Onun bunu qəsdən edib-etmədiyini necə biləcəksiniz? Bundan əlavə, insan qəsdən, lakin, məcburiyyət qarşısında küfr edə bilər və bu səbəblə o kafir olmur. Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) qəsdən söymüş Ammar bin Yasirin misalına baxın.

Lakin, o bunu qorxudan etmişdi və buna görə o kafir olmadı. Uca Allah və onun Peyğəmbəri daha sonra təsdiq etdilər ki, o bu səbəbdən kafir olmadı.

İkincisi, əgər siz bütün alimlərin Allahı söyəni dərhal təkfir etməyin icazəli olduğunu və ona ümumiyyətlə heç nə izah etmək lazım olmadığını dediyini hesab edirsinizsə, yanılırsınız.

Bu fətvaları diqqətlə oxuyun:

Şeyx Əbdurrəzzaq Əfifidən (Allah ona rəhmət etsin) dini, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) və Quranı söyən barədə soruşurlar: əgər o cahildirsə, kafir olurmu?

Cavab: “Bütün bu əməllər küfrün digər təzahürlərinə bənzəyir: bu əməlləri edəni öyrətmək və tərbiyə etmək lazımdır. Əgər ona izah etdikdən və onu öyrətdikdən sonra da o inadkarlıq göstərirsə, o zaman o artıq kafir olur. Bu əməlləri edənin cahilliyə görə bağışlanmadığını dedikdə, onun (dərhal) təkfir olunması yox, ona izah etmək lazım olduğu nəzərdə tutulur” (Fətəva və rəsail əş-şeyx Əbdur-Rəzzaq Afifi. səh. 372).

سئل الشيخ العلامة عبد الرزاق عفيفي عن سب الدين أو الرسول صلى الله عليه وسلم أو القرآن العظيم هل يكفر ولو كان جاهلاً ؟ فقال: [هذا الباب كغيره من أبواب الكفر يُعلّم ويؤدب فإن عُلّم وعاند بعد التعليم والبيان كفر وإذا قيل لا يعذر بالجهل فمعناه يُعَّلم ويؤدب وليس معناه أنه يُكَّفر] فتاوى ورسائل الشيخ عبد الرزاق عفيفي ص372 .

Bu isə şeyx Fövzanın fətvasıdır (Allah onu qorusun):

Sual: “Yeni başlayan elm tələbəsinə, məsələn, Allahı söyən şəxs kimi, dində məlum küfrə düşmüş (məlum minəd-din bid-darura) insana şəxsi təkfir hökmü çıxarmaq icazəlidirmi?”

Cavab: “Bəli, Allahı və ya Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) söyən və ya İslamdan çıxaran hər hansı bir əməli törədənə, onun əməlinə müvafiq hökm çıxarılır (yəni, ona təkfir hökmü çıxarılır). Lakin, əgər onun hər hansı  birüzürü olarsa, o zaman ona nəsihət və beyan etmək lazımdır. Və ya, ola bilsin ki, onun şübhələri var, o zaman ona öz xətasını və zəlalətini izah etmək lazımdır. Əgər o qəbul etsə (nəsihəti), o zaman, əhəmdulilləh. Lakin, əgər qəbul etməsə, hesab edilir ki, artıq ona dəlil çatıb və ona nəsihət edən öz borcunu yerinə yetirib”.(ət-Təkfir bəynə əl-ifrat və ət-təfrit”, Salih əl-Fövzan, səh. 40-41).

Həmçinin, aşağıdakı keçiddən 73-cü dəqiqədən başlayaraq bu fətvanı dinləyə bilərsiniz.

https://youtu.be/3wA8fF2jBoc?t=4384

Mən sizə, hər hansı ittihamları etməzdən əvvəl tələsməməyi məsləhət görürəm. Əvvəlcə yaxşı-yaxşı fikirləşin və məsələni yaxşıca araşdırın, daha sonra nəsə yazın.

İddia #3. “Qamətin, hədisə və alimlərin sözlərinə zidd gedərək, kafir ölkələrinin polis sistemində işləməyi icazəli görməsi”.

Siz yenə öz cahilliyinizi göstərir və boş yerdən xətalar tapmağa çalışaraq yersiz iradlar tutursunuz. Birincisi, mənim cavablarımı yaxşı-yaxşı oxuyun. Mən dəqiq şəkildə dedim ki, işin şərti, şəriətin qadağan etdiyi hər bir şeydən çəkinməkdir. Və əgər bu mümkündürsə, yalnız bu halda bu vəzifələrdə çalışmaq icazəlidir.

İkincisi, məgər şəriətlə hökm verməyən ölkənin polis sistemində çalışan hər bir kəsin də Allahın qanunu ilə hökm vermədiyi mütləqdir? Siz deyəsən polisin nə olduğunu və necə geniş fəaliyyət dairəsinə sahib olduğunu bilmirsiniz. Məsələn, əgər kimsə narkomanları, oğruları və digər cinayətkarları həbs edirsə və ya yol polisində çalışırsa və ya ictimai yerləri mühafizə edirsə, burada şəriət pozuntusu hardadır?

Üçüncüsü, ümumiyyətlə beyətin bura nə dəxli var? Mənə sual verən bu insanlar artıq polisdə çalışırdılar. Bundan əlavə, ola bilməzmi ki, insan polisə işə düzələndə, haramdan qaçınsın?

Günahdan qorunmaq və həmçinin digərlərinə fayda gətirmək mümkündürsə, kafir ölkələrin dövlət orqanlarında işləməyin icazəli olduğuna dair Yusif peyğəmbər (Allahın ona salamı olsun) haqqında dəlilimə gəldikdə isə, mən onu özümdən qoşmamışam, alimlərdən eşitmişəm. Bu da İbn Bəzin (Allah ona rəhmət etsin) başçılıq etdiyi Ləcnənin fətvası:

“Sual: Müsəlmana kafir dövlətlərində işləmək icazəlidirmi? Bu, Yusif peyğəmbərin (Allahın ona salamı olsun) etdiyinin bənzəri olacaqmı?”

Cavab: “Əgər insan öz dinində fitnədən qoruna biləcəyini bilirsə və əgər öz işini bilirsə və ona bu işi inanaraq həvalə ediblərsə, həmçinin vəziyyəti düzəltməyə və digərlərinə fayda verməyə ümid edirsə və haramlarda köməklik göstərməyəcəksə, bu halda ona kafir dövlətində işləmək icazəlidir. Və Yusif Peyğəmbər də (Allahın ona salamı olsun) bunu edənlərdən olub. Əks halda, ona orada çalışmaq qadağandır”.

Fətvanı imzaladılar: komitə başçısı Əbduləziz ibn Bəz. Həmçinin, Əbdurrəzzaq əl-Əfifi və Abdullah ibn Qudayan.

Bu da fətvanın əsli:

 

س12: هل عمل المسلم في الدول الكافرة جائز، وهل من ذلك عمل يوسف عليه الصلاة والسلام؟

ج12: إذا أمن على نفسه من الفتنة في دينه، وكان حفيظًا عليمًا يرجو الإصلاح لغيره، وأن يتعدى نفعه إلى من سواه، وألا يعين على باطل جاز له العمل في الدول الكافرة، ومن هؤلاء يوسف عليه الصلاة والسلام وإلا لم يجز.

وبالله التوفيق. وصلى الله على نبينا محمد، وآله وصحبه وسلم.

Həmçinin, şeyx Rabia ibn Hadi əl-Mədxali (Allah onu qorusun) öz məşhur “Mənhəcul ənbiya fi dəvəti iləLlah” kitabının (“Dar əl-Əsr” nəşriyyatı) 53-cü səhifəsində Yusif Peyğəmbərdən (Allahın onsa salamı olsun) danışarkən  bu barədə demişdir.

Və burada söhbətin polisdən və ya başqa bir vəzifədən getməsinin fərqi yoxdur. Əsas odur ki, müsəlman bu vəzifəni icra edərəkən Allaha asi olmasın. Bu səbəbdən, bəzi alimlər hətta kafir dövlətlərin ordularında işləməyi icazə görürdülər. O şərtlə ki, bu dövlət müsəlmanlar əleyhinə müharibə aparmasın. Şeyx Useymindən (Allah ona rəhmət etsin) kafirlərin ordusunda həkim işləməyin icazəli olub-olmadığı barədə soruşulduqda, o aşağıdakı ümumi cavabı vermişdir:

“Ordusunda çalışdığı dövlətin müsəlmanlara qarşı vuruşmadığı hal istisna olmaqla, kafir ordusunda çalışmaq icazəli deyil”.

هذا لا يجوز إلا إذا كانت الأمة هذه التي يعمل في جيشها لا تقاتل المسلمين .

Fətvanı tam  olaraq bu keçiddən oxuya bilərsiniz.

Lap kafir ölkələrində də olsa, konkret olaraq polisdə işləməyə gəldikdə isə, burada da eyni prinsip tətbiq edilir. Şeyx Ubeyd əl-Cabirinin (Allah onu qorusun) fətvası ilə aşağıda tanış ola bilərsiniz:

Sual verən: “İspaniya vətəndaşlığına malik olan və Melilya şəhərində yaşayan müsəlmana polisdə çalışmaq və ya əsgəri xidmətə getmək icazəlidirmi? Nəzərə alsaq ki, (İspaniyada) əsgəri xidmət icbari deyil”.

Ubeyd əl-Cabiri: “Burada iki seçim ola bilər: birinci seçim – əgər müsəlman İspaniyada hərbi xidmətə başladıqda bununla müsəlmanların təhlükəsizliyi və vəhdətinin mühafizəsinə öz töhfəsini verirsə, həm xristianlar, həm də müsəlmanların bölüşdüyü ölkənin ümumu maraqları ilə bərabər səviyyədə onların da maraqlarının qayğısına qalırsa, bu halda, mən bunu (bu işi) haram hesab etmirəm inşəAllah.

İkinci variant, düşünmürəm ki, bu hal mövcuddur, İspaniyanın istər müsəlman və ya kafir, digər dövlətlərlə müharibə aparacağı halda orada çalışmaq icazəli deyildir, çünki, bunda, müsəlman əleyhinə kafirlərə kömək vardır”.

السائل: السؤال الرابع، هل يجوز للمسلم الحاصل على الجنسية الاسبانية لمدينة مليلية الولوج في سلك العسكر أو الشرطة؟ مع الأخذ بعين الاعتبار أن الخدمة العسكرية لم تعد إجبارية.

الجابري: هذا له حالتان، إحداهما أن يكون المنظم إلى السلك العسكري الاسباني يسهم في امن المسلمين وحفظ

بيضتهم، ورعاية مصالحهم ضمن المصالح العامة للبلد، للنصارى والمسلمين، فلا أرى منه مانعا إن شاء الله. الحال الثانية، وهذه ما أظنها موجودة، إذا كانت الحرب مع دول أخرى سواءا كانت كافرة أو مسلمة محاربة من قبل الدولة الإسبانية ، فلا يجوز ذلك لما فيه من إعانة الكافر على المسلمين.

http://www.sahab.net/forums/index.php?showtopic=131129

Mən yenə də sizə nəticələr çıxarmaqda və ittihamlar etməkdə tələsməməyi nəsihət edirəm. Məsələləri yaxşıca öyrənin və daha sonra ittiham edin və iddialarınızı irəli sürün. Xüsusilə, mən sizə kitablara əsasən nəticələr çıxarmamağı və sələfi şeyxləri ilə məsləhətləşməyi tövsiyyə edirəm.

İddia #4. “Qamətin dünyəvi mənfəət xatirinə küfr etmək barədə təhlükəli cavabı”

Mən artıq bu iddiaya bir neçə dəfə cavab vermişəm. İlk olaraq deyim ki, əgər bir məsələ sizə anlaşılmaz qalıbsa, sadəcə olaraq yenidən soruşmaq və dəqiqləşdirmək lazımdır. Digər sualda mən öz mövqeyimi izah etdim. Özü də, özünüz bilirsiniz ki, hər küfr böyük küfr deyil. Bəli, hədislərdə və ayələrdə “küfr” sözü əsasən “böyük küfr” mənasına gəlir. Lakin, bu heç də mütləq bir qayda deyil. Quran və Sünnədə çox yerdə  “küfr” sözü böyük yox, kiçik küfr mənasına gəlir. “Maidə” surəsində, Allahın nazil etdiyi ilə hökm verməməyə aid keçən ayə kifayətdir. Bu ayə haqqında İbn Abbas demişdir ki, burada söhbət kiçik küfrdən gedir.

Və ya Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri: “Allahdan qeyrisinə and içən, küfr və ya şirk etmişdir”.

Bundan əlavə, siz özünüz deyirsiniz ki, mənə ikinci dəfə sual verəndə, mən məsələyə aydınlıq gətirdim. Bu da sübut edir ki, siz sadəcə yersiz iradlar tutursunuz.

İddia #5. “Qamət təkfirdən çəkinir, hətta ən açıq-aydın təkfirdən də”

Bu cavabım səbəbilə mənə qarşı iddia irəli sürməkdə xəvariclər artıq sizi qabaqlayıblar. Burada anlamaq lazımdır ki, söhbət xüsusi şəxsdən gedir. Hətta əgər söhbət böyük küfrdən getsə də, mən ona deyə bilmərəm “Sənin əmin – kafirdir”. Mən onun əmisində ziddiyyət gördüm, yəni: əvvəlcə o küfr sözlər danışır və Allaha inanmadığını iddia edir, daha sonra isə Allahı çağırır. Onun əmisinin halı mənə tam aydın olmadı. Məgər insanın halını öyrənməyə çalışmağımda bir problem var?

Bundan əlavə, siz həmçinin bilməlisiniz ki, vəziyyəti nəzərə alaraq, bəzən hətta kafir də təkfir edilmir. Bəs, halında şübhə olan insan haqqında nə demək olar?

Şeyx Fövzana Bəşər Əsəd haqqında (onun ələvi olduğunu nəzərə alsaq) sual verildikdə, şeyx Fövzan onu təkfir etmədi, əksinə, gəncləri onlara faydası olan işlərlə məşğul olmağa və təkfir məsələlərinə girişməməyə çağırdı. Həmçinin, mənə sual veriləndə, mən bütün bunları nəzərə almalıyam, çünki, bəzi təkfirçilər sualı özlərinə sərf edən şəkildə verirlər ki, sonra hər hansı elm tələbəsinə istinad edərək, öz qohumlarını və qonşularını təkfir etsinlər. Biz bununla tez-tez rastlaşırdıq, odur ki, bütün bunları nəzərə almaq lazımdır. Bundan əlavə, xüsusi təkfir üçün təkcə əminin yox, qardaşoğlunun özünün də halını aydınlaşdırmaq lazımdır.

Və siz yenə də yersiz irad tutursunuz. Belə iddialarla təkcə mənə yox, hətta böyük alimlərə də yersiz iradlar tutmaq olar.

İddia #6. “Qamətin və onun “sunna-press” simasında tərəfdaşlarının, münkəri əl ilə dəyişdirməyin hər sıravi müsəlmanın yox, müstəsna olaraq müsəlman rəhbərlərin və onların səlahiyyətli orqanlarının hüququ olması barədə iddiası”

Birincisi, biz bilirik ki, dəlil alimlərin sözlərindən yox, Quran və Sünnədən ibarətdir. Tabiinlərin və ya alimlərin münkəri əlləri ilə dəyişdirmələri, onların ehtiramlı insanlar olduqlarının göstəricisidir. Onlar bunu ya rəhbərin köməyi ilə edirdilər və ya bu onların ictihadı idi. Sayt haqqında suala gəldikdə isə, orada da ümumi sual verilmişdi və mən ümumi cavab verdim. Sizin istinad olaraq gətirdiyiniz əsərlərə yanaşma tərziniz yalnışdır. Onlarda, kiminsə musiqi alətlərini qırması və ya sərxoşedici içkilərlə dolu şüşələri sındırmasından danışılır. Məgər biz indi o dövrdə yaşamış sələflərin və ya səhabələrin əməllərini tətbiq edərək küçəyə çıxmalı və musiqi alətləri və ya sərxoşedici içkilər satılan bütün mağazaları dağıtmalıyıq? Mən düşünürəm ki, siz bu nəzər nöqtəsinə sahib deyilsiniz. Bəs sonra İslam haqqında nə düşünəcəklər? Bir daha təkrar edirəm, mənim cavabım ümumi idi, çünki, əgər desək ki, biz münkəri öz əlimizlə dəyişmək haqqına sahibik, onda sabahdan başlayıb bütün mağazaları və küçələri gəzərək Şəriətə zidd olan hər şeyi dağıtmalıyıq. Həmçinin, ailə başçısı və ya hər hansı bir təşkilatın rəhbəri və s. və ya buna müvafiq icazə almış məsul şəxs münkəri əli ilə dəyişə bilər

Şeyx Fövzan (Allah onu qorusun), İmam Nəvəvinin 40 hədis kitabının şərhində, 34-cü “Münkəri görən onu əli ilə dəyişsin, bacarmasa, qoy dili ilə dəyişsin…(və hədisin sonuna qədər)” hədisini şərh edərək aşağıdakıları bildirir:

“Qoy əli ilə dəyişsin”, yəni: öz əli ilə – öz səlahiyyəti ilə aradan qaldırsın və bu, münkəri öz əlləri ilə dəyişmək səlahiyyətinə məxsus, rəhbərlər sırasından ixtiyar sahiblərinə, həmçinin ictimai asayişə nəzarət edənlərə aiddir. Həmçinin ev sahibi – evin daxilində ixtiyar ona aiddir və o öz sürüsünə görə (zövcələri, uşaqları və himayəsində olan digərlərinə görə – qeyd.). məsuliyyət daşıyan bir çobandır. O öz evi üzərində ixtiyar sahibidir və o münkəri təqdir etmir və onu öz əli ilə öz evindən kənar edir. Heç kim ona bu işdə əngəl törətməməlidir. Hətta müsəlman rəhbər də ona öz evinin daxilində maneçilik törətməməlidir”.

Hədisin ardında deyilir: “…əgər buna qadir deyilsə, qoy münkəri dili ilə dəyişsin”, yəni: səlahiyyəti olmayan, lakin, elmi və vəziyyəti anlamağa fəhmi olan, münkəri öz dili ilə dəyişir, insanlara izah edir, öyüd-nəsihət verir, xatırladır, moizə edir və rəhbərlərə və səlahiyyətli şəxslərə baş verənlər barədə xəbər verir ki, onlar bunu dəyişsinlər. Yəni, vəziyyəti əli ilə dəyişməyə qadir olanlara çatdırır və xəbər verir və bu işi onlara təhvil verir. Məhz bu, “dili ilə pisləmək” deməkdir (sitatın sonu).

Bundan əlavə, məqaləni yazan qardaşlar, məqalənin daxilində, aşağıda izah yazıblar ki, ev sahibi də öz evinin rəhbəridir və öz zövcələri və uşaqları və s. üzərində ixtiyar sahibidir və öz evinin daxilində öz əlləri ilə münkəri dəyişmək hüququna malikdir. Nəticə etibarilə, həmin o məqalədə də, ölkə rəhbərinin, ixtiyar sahibi olan səlahiyyətli şəxslərin və rəhbərin (evin sahibi)  öz evində münkəri öz səlahiyyətləri çərçivəsində əlləri ilə dəyişmək hüququna malik olduqları barədə şeyx Fövzanın dedikləri xatırladılmışdı. Bütün bunlar onu göstərir ki, siz sadəcə yersiz irad tutursunuz.

İddia #7. “Qamətin “Bizim şiə qardaşlarımız” sözü haqqında”

Mən bu məsələyə artıq bir neçə dəfə cavab vermişəm. Şiələr ümumilikdə müsəlmandırlar. Hətta şeyx Fövzan Şərh Nuniyədə deyir ki, şiələr müsəlmandır. Sadəcə olaraq, alimlər bu cür ifadələrdən istifadə edə bilərlər ki, şiələrin sapqınlıqlarından çəkindirsinlər. Bu, dəvət metodlarından biridir. Lakin, siz başa düşməlisiniz ki, əgər alimlər hər hansı bir təriqəti təkfir etmirlərsə, deməli onları müsəlman hesab edirlər. Hər bir müsəlman isə digər müsəlmanın qardaşıdır. Bu məsələni anlamağa çalışın.

Bundan əlavə, sizin probleminiz ondadır ki, siz sadə şiələrlə rafizilər arasında fərq qoymursunuz. Özünü şiə hesab edən heç də hər kəs səhabələrə dil uzatmır və onları lənətləmir və rafizilərə xas olan digər küfr növlərini etmir.

İddia #8. “Qamətin şiələrin liderinə ehtiram göstərməsi və onu “Şeyxül-İslam” adlandırması

Allahşükür Paşazadə şiədir. O dövlət tərəfindən təyin olunmuş şeyxdir, yəni, onun vəzifəsi bizdə “şeyxül-islam” adlanır. Mən onu Qafqazın şeyxi adlandırmışam, çünki, o bu vəzifəni daşıyır və onu hər yerdə belə adlandırırlar. Siz söhbəti başqa məcraya yönəltməyin, biz indi hər insanın məzhəbini müzakirə etmirik. Siz özünüzü sələfi kimi təqdim etmək istəyirsiniz, lakin, bununla bərabər özünüz də hiss etmədən hizbçiliyə meyl edirsiniz. Sizin sələfilərlə ortaq tərəfləriniz ola bilər, amma mühüm mənhəc məsələlərində siz hizbçiliyə meyl edirsiniz.

İki fərqli məsələni qarışdırmaq lazım deyil. Allahşükür özünü sələfi adlandırmır və özünü sələfi kimi təqdim etmir. Siz isə özünüzü sələfi adlandırırsınız, lakin, bununla bərabər sapqınlığa düşürsünüz və başqalarını da doğru yoldan azdırırsınız. Mənim Allahşükürə müraciətimə gəldikdə isə, bizim bir-birimizə hörmətimiz var. Xüsusilə nəzərə alsaq ki, o məndən yaşca böyükdür. Həmçinin mən heç vaxt onun səhabələrə dil uzatmasını və s. eşitməmişəm. Məgər mənim ona yaşda böyük bir insan kimi hörmətimdə şəriətə zidd nəsə var? Əbu Talib hətta müşrik idi, amma buna baxmayaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və digər səhabələr ona hörmət edirdilər. Həmçinin, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz kafir qonşularına hörmət edir və onlara xoş münasibət bəsləyirdi. Siz əl-Vələ vəl-Bəra məsələsini yalnış anlamısınız.

Bütövlükdə, siz məsələlərə qeyri-düzgün yanaşır və qeyri-düzgün müqayisələr aparırsınız. Siz deyirsiniz ki, mən sələfiləri hizbçi adlandırıram. Lakin, bu yalandır. Mən heç vaxt sələfiləri hizbçi adlandırmamışam. Əgər siz dubaylı hüquqşünası nəzərdə tutursunuzsa, burada onun və digər təriqətlərin nümayəndələri arasında böyük fərq var. Axı o, onlardan fərqli olaraq özünü sələfi kimi təqdim edir, lakin, bununla bərabər doğru yoldan sapmış ixvanların prinsiplərini istifadə edir, müxtəlif bidətçilər və fəlsəfəçiləri müdafiə edir, tərifləyir və tövsiyyə edir. Lakin, bununla bərabər o məşhur sələfi şeyxlərini təhqir edir və alçaldır.

İddia #9. “Bəlkə Qamət özü gizli ixvandır?”

Yenə də görünür ki, siz sadəcə yersiz irad tutursunuz.

  1. İlk öncə, bizim icmamıza qoşulan şiələrin kimlər olduğunu öyrənmək lazım idi. Bu, heç namaz da qılmayan, sadəcə məscidin qonşuluğunda yaşayan adi, yaşlı kişilər idi. İcma barəsində eşitdikdə, onlar özlərinə təklif olunandan sonra sadəcə icmaya qoşulmağı qərara aldılar. Və bunun səbəbi o idi ki, dini icmanın qurulması qaydalarına müvafiq olaraq, bizə məsləhət gördülər ki, məscidin yaxınlığında yaşayan insanları icmaya qoşaq. Bundan əlavə, bu icma, mən məscidin imamı təyin edilməzdən əvvəl qurulub. Sadəcə olaraq sizi bu barədə məlumatlandıran insan yəqin artıq bu barədə unudub. Əgər siz mənim hər hansı hizb təşkil etdiyimi və ora rafiziləri dəvət etdiyimi düşünürsünüzsə, yanılırsınız.
  2. Qəribədir, əgər mən Suriyada baş verən hadisələri təsvir edirəmsə, mən ixvan oluram? Səudiyyə Ərəbistanı özü açıq şəkildə bəyan edirdi ki, Bəşər Əsədə qarşıdır və Müstəqil Suriya Ordusunu dəstəkləyir. Burada heç bir ittiham yoxdur. Hər bir ölkənin öz maraqları var və bunda pis heç bir şey yoxdur. Belə görünür ki, siz daha irad tapa bilməmisiniz və elə nəyə gəldi ilişirsiniz.

İddia #10. “Qamət və şeyx İbn Cibrin arasında”

Mən bu suala artıq cavab vermişdim, lakin, siz yenə də yersiz irad tutursunuz. Bəli, mən şeyx Cibrinin evində olmuşam və onunla ünsiyyət qurmuşam. Lakin, alim olmasına baxmayaraq, o hizbçiliyə meylli idi. Onun məşhur ixvanlarla (Aid əl-Qarni, Səfər əl-Həvali, Salman əl-Övdə) birgə İbn Bəzin yanına gələrək, hətta əgər onlar bu əməli halal görməsələr də Allahın nazil etdiyi ilə hökm verməyən rəhbərləri təkfir etməsi üçün onu inandırmağa çalışmalarını xatırlatmaq kifayətdir. Həmçinin. İbn Cibrin, demək olar ki, bütün sələfi alimlərinin çəkindirdiyi bir çox məşhur hizbçiləri və bidətçiləri müdafiə etməsi ilə məşhurdur. Siz camaata göstərmək istəyirsiniz ki, guya mən özümdən uydurmaqla məşğulam. Şeyx Rabia və digər alimlər ondan çəkindiriblər. Bundan əlavə, şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhmət etsin) hətta ona təbdii də edib:

Şeyx Əhməd ən-Nəcmidən (Allah ona rəhmət etsin) soruşurlar: “Doğrudur ki, siz şeyx İbn Cibrinə təbdii etmisiniz?”

Cavab: “Ey insanlar, (bilin ki) şeyx İbn Cibrin ixvandır. O, necə deyərlər, “qatı ixvandır”.

Daha sonra sual verən şeyx ən-Nəcmidən yenə soruşur:

“İbn Cibrinin uzun müddət əvvəl tövsiyyə etdiyi kitablara gəldikdə, onları insanlar arasında yaymaq olar?”

Cavab: “Əslində, mən hesab edirəm ki, bidətçilərin heç bir kitabını yaymaq olmaz, çünki, bu kitabları yayan insan bununla (bu kitabların) müəllifin əqidəsini dəstəkləmək istəyir”.

http://youtu.be/r8SxEkqWMQw

Siz burada şeyx Rabianın (Allah onu qorusun) şeyx Cibrinin xalis ixvan olduğu və sələfi hesab olunmadığına dair sözlərini dinləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=tgo4VwvgE-8&desktop_uri=%2Fwatch%3Fv%3Dtgo4VwvgE-8&app=desktop

Ümumiyyətlə, şeyx Cibrini (bir çox bidətçiləri tərifləyən və müdafiə edən, şeyx Rabianı cahillikdə ittiham edən və şeyx Muhamməd Aman əl-Cəminin “Cəmiiyə” təriqətinin əsasını qoyduğunu deyən) müdafiə etməyə və tərifini göyə qaldırmağa səylə çalışmağınız, lakin, sələfi mənhəcini müxtəlif hizbçilər və ixvanlardan müdafiə etmələri ilə tanınan nüfuzlu sələfi şeyxlərini alçaldan və təhqir edən müxtəlif şəxslərə qarşı susmağınız və əksinə onları müdafiə etməyiniz məni təəccübləndirir. Xüsusən, mən indi, Amaş ləqəbli baş adiministratorunuz və həmçinin dubaylı hüquqşünasın, haqqında təqhiredici ifadələr işlətdikləri şeyx Rabia (Allah onu qorusun) barədə danışıram. Mən qardaşları şeyx Muhamməd bin Hadinin (Allah onu qorusun) bu sözləri haqqında düşünməyə çağırıram:

“İbn Cibrini müdafiə edənlər, bununla İbn Cibrinin özünü və ya İbn Cibrinin fiqhini müdafiə eləmək istəmirlər. Əksinə, onlar bununla yalnız onun bidətçilərə münasibətini müdafiə etmək istəyirlər”.

 

الذين يدافعون عن ابن جبرين لا يريدون ابن جبرين ولا فقه ابن جبرين إنما يريدون موقفه من المنحرفين

للشيخ العلامة أبي أنس محمد بن هادي المدخلي

حول ابن جبرين ومن يدافع عنه

https://soundcloud.com/mohammad-al-terkait/6grnoedc4yu3

Onun alim olduğunu isə, inkar etməmişəm. Özü də, mən artıq  dedim ki, o Ləcnənin üzvü olub, deməli mən onun alim olduğunu qəbul edirəm. Lakin, onun alim olması o demək deyil ki, o bidətlərə düşməyə bilər. Bu hətta əvvəlki alimlərin də başına gəlirdi, o ki qaldı müasirlərin.

İddia #11. “Qamət, çəkindirmək üçün və cərh və tədil məsələləri ilə məşğul olmaq üçün səlahiyyətə malikdirmi?”

Bu məqalənin əvvəlində, mən artıq bu iddia ilə bağlı bir neçə kəlmə dedim. Yenə təkrar edərək deyirəm: mən heç vaxt özüm haqqında alim olduğumu, özü də cərh və tədil alimi olduğumu deməmişəm. Mən sadəcə hiss etdim ki, bəzi dəvətçilərdən hizbçilik törəyir. Bu şübhələri uzaqlaşdırmaq üçün, xahiş etdim ki, bu dəvətçilər bəzi mühüm əqidə və mənhəc məsələlərinə dair aydınlıq gətirsinlər ki, mən daha sonra məndən soruşduqda onları tövsiyyə edə bilim. Onlar isə, aydınlıq gətirmək əvəzinə, əksinə, bir çox məsələlərdə öz hizbçiliklərinə haqq qazandırmağa başladılar. MDB ərazisində elə insanlar var ki, özlərində hizbçilik və ya xəvariclik ideyaları daşıyırlar. Aydındır ki, ərəb ölkələrindəki alimlər dünyadakı bütün dəvətçilərə nəzarət edə bilməzlər. Yoxsa siz elə hesab edirsiniz ki, ərəb ölkələrindəki alimlər onlar haqqında danışmağa başlamadan biz susmalı və xuruc, təkfir və digər bidətlərə çağıran insanlardan çəkindirməməliyik? Əgər siz həqiqətən belə hesab edirsinizsə, bizi doğru yoldan azmış dəvətçilər və onların bidətləri barədə susmağa çağırmaqla bir daha öz hizbçiliyinizi göstərirsiniz.

Üstəlik, məgər biz özlərini sələfi adlandıran, lakin, daha sonra təkfirə və xəvaricliyə çağıran Buryatski və digər şəxslərdən çəkindirmirdik? Onda sizin sözlərinizdən belə çıxır ki, siz düzgün etmirdiniz, çünki, biz hamımız oturub gözləməli idik ki, rusdilli mühitdə cərh və tədil alimi meydana çıxsın ki, bu insanların açıq-aydın sapqınlıqlarını göstərsin.

Siz, “xətaları düzəltmək lazımdır, lakin, şəxsiyyətlərdən çəkindirmək olmaz” (نصحح ولا نجرح)  hizbçi prinsipinə çağırmaqla özünüz özünüzə zidd gedirsiniz. Mən bir neçə dəvətçidən insanlara öz mövqeyini açıq-aydın şəkildə bəyan etməsini xahiş etdiyim üçün, siz dərhal çaxnaşma saldınız ki, mən həddədi və ya cərh tədil alimi olmuşam.

Həmçinin, mənə xəbərlər gəlib çatır ki, bu administrasiyanın üzvləri məni, onları mənim kimi danışmağa vadar etməkdə, yəni, onların dediyi kimi onlara ilzam etməkdə ittiham edirlər. Lakin, bu doğru deyil və mən heç kimi heç nəyə vadar etmirəm. Mən sadəcə onlardan açıq şəkildə öz mənhəclərini bəyan etməyi xahiş etdim və xahiş etdim ki, alimlərin ümumi sözlərinin arxasında gizlənərək müsəlmanları aldatmasınlar ki, onların sələfilik yolu ilə gedib-getmədikləri sələfilərə məlum olsun.

İddia  #12. “Qamətin ziddiyyətlərinin və ikili standartlarının bəzi nümunələri”

Bu iddiaya ümumiyyətlə cavab verməkdə fayda görmürəm, çünki, burada həddən artıq uşaqsayağı və qeyri-ciddi yersiz iradlar var. Mənim əvvəlcə kimisə tərifləyib, daha sonra onun mövqeyini öyrəndikdən sonra bunu etməməyimə və ondan çəkindirməyimə gəldikdə isə – əgər siz bunu ziddiyyət və ikili standart hesab edirsinizsə, o zaman problem məndə yox, sizdədir. Bəli, mən Kusi və Hələbinin mövqelərinin dəyişdiyini bilmirdim, odur ki, əvvəldə onları tərifləyir və tövsiyyə edirdim. Sonra, onların sapqınlıqları mənə məlum olanda, onlardan çəkindirməyə başladım. Burada eybli nə var ki?

Şeyxlərə “sunna press” saytı haqqında verdiyiniz suala gəldikdə isə, bu sual açıq-aydın təhrif edilmiş və gülməli sual idi. Hansı şeyxə və ya dəvətçiyə belə sual verilsə, onlar da eyni cavabı verəcək və bu cür saytlara girməyi tövsiyyə etməyəcəklər. Hətta əgər məndən bu sualı bu şəkildə soruşsaydılar və mənim bu saytdan xəbərim olmasaydı, mən də analoji cavab verərdim.

Həmçinin, prezident üçün edilən “Allah onu qorusun” duasına narazıçılıq bildirməyiniz də təəccüblüdür. Şeyx Süleyman Ruheyli deyib ki, şəriətlə hökm verməyən rəhbərə bu duanı etmək icazəlidir, çünki, bu dua rəhbərin geniş mənada qorunmasını əhatə edir. Şeyx izah edib ki, “Allah onu qorusun” duası Allahın onu bütün şərdən, ilk növbədə şirkdən, küfrdən, günahlardan və ədalətsizlikdən qoruması üçün ricadır. Mən sizə imam ət-Tirmizinin gətirdiyi məşhur hədisə şərhləri oxumağı tövsiyyə edirəm. Bu hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) İbn Abbasa deyir: “Allahı qoru ki, O da səni qorusun  (احفظ الله يحفظك). O zaman sizə “Allah onu qorusun” duasının geniş mənası aydın olacaq. Xüsusilə, İbn Racəb (Allah ona rəhmət etsin) bu hədisin şərhində bildirib:

“Allahın qorumasının iki növündən ən ləyaqətlisi olan ikinci qoruma növü – Allahın öz qulu üçün dini və imanı qoruması və hifz etməsidir. Bu halda, Allah onu bu dünyada sapqın şübhələrdən (dində) və nəfsin haram istəklərindən qoruyur və beləliklə onun dinini qoruyur”.

Rəhbər üçün bu duanı etmək heç də yaltaqlıq deyil. Bu duaya digər şeyxlər də eyni şərhi verir. Yalnız xəvariclər prezident və digər rəhbərlər üçün dua etməyi qadağan edirlər, çünki, onlar bütün rəhbərləri kafir hesab edirlər.

Xəbərlərə alimlərin sözləri və ya hədislərlə şərh vermək isə heç də qussaslıq deyildir. Siz deyəsən qussasların kim olduğunu bilmirsiniz. Alimlərə tez-tez hər hansı hadisələr və ya xəbərlərə dair suallar verirlər və onlar heç demir ki, bu qussaslıqdır, ona görə biz bu xəbərlə əlaqəli  heç bir şərh verməyəcəyik.

Həmçinin, saytın adına yersiz irad tutmağınız da maraqlıdır: guya, əgər saytın adında “sunna” sözü varsa, orada Sünnədən başqa heç bir şey olmamalıdır. Bu səbəbdən, əgər saytda xəbərlər varsa, Sünnənin adından istifadə etmək olmaz. Məlumat üçün deyim ki, Səudiyyə Ərəbistanında “İzzətül-Quran” – “Quran radiosu” var. Bu kanalda əsasən Quran qiraəti və islami məruzələr yayımlansa da, radiokanalda gündəlik olaraq gün ərzində bir neçə dəfə dünya xəbərləri və Səudiyyə Ərəbistanında baş verən hadisələr haqqında xəbərlər verilir. Lakin, mən eşitməmişəm ki, dünya xəbərlərinin “Quran” adına zidd olması səbəbilə alimlər bu kanalı məhz xəbərlər yayımladıqlarına görə qınasınlar.

P.S. Yekun olaraq qeyd etmək istərdim ki, sizin xəta kimi qələmə vermək istədiyiniz və haqqında iddialarınızı irəli sürdüyünüz mənə məxsus ifadələrdən əksəriyyətini mən neçə il əvvəl işlətmişəm. Siz özünüz məqalədə etiraf etmisiniz ki, o ifadələrdən çoxdan xəbəriniz olub. Bundan əlavə, qardaşlar mənə xəbər verib ki, sizin forumda bəzi iddialarla əlaqəli məni hətta təkfirçilərdən müdafiə ediblər. Bəs indi nə oldu? Niyə bütün bu vaxt ərzində əqidə məsələlərində “ciddi sapqınlıqlarım” və “təhlükəli xətalarım” barədə susurdunuz? Belə çıxır ki, sizin dostluğunuz və düşmənçiliyiniz forumunuza olan münasibətə əsaslanır? Yəni, belə çıxır ki, əgər hər hansı bir dəvətçi əqidədə yalnış xətalar etsə, lakin, sizi pisləməsə, siz onun sapqınlıqları barədə susuacaq və hətta onu müdafiə edəcək və haqq qazandıracaqsınız? Mən sizə nəsə etməzdən əvvəl öz niyyətiniz və ixlasınız barədə düşünməyi tövsiyyə edirəm.

Həmçinin, siz, dubaylı hüquqşünas və fəlsəfəçi-tərcüməçi kimi bəzi şəxslərin çoxsaylı sapqınlıqlarını bilə-bilə bu barədə susur və bunları sələfilərə açıqlamırsınız.

Bundan əlavə, bir neçə il bundan əvvəl, sizin təqdirinizlə bəzi qardaşlar həmin tərcüməçi-fəlsəfəçinin “vəhabilər” təriqətinin mövcudluğu barədə iddiaları, rəhbərlərə qarşı çıxmağı (xuruc) etməyini icazəli görməsi, böyük sələfi alimlərinə və Səudiyyə Ərəbistanına dil uzatması və pis ifadələr işlətməsi, həmçinin, açıq şəkildə bidətçilərin tərəfini saxlaması kimi açıq-aydın və çoxsaylı sapqınlıqlarını forumunuzda yerləşdiriblər (fəlsəfəçi-tərcüməçinin bəzi sapqınlıqları haqqında daha ətraflı bu məqalədə məlumat əldə etmək olar). Lakin, açıq-aydın sapqınlıqlarını göstərdiyiniz üçün bu tərcüməçi-fəlsəfəçinin sizdən incidiyini eşidəndə, onun haqqında bütün materialı dərhal saytınızdan silməyə tələsdiniz. Bütün materiallar tərəfinizdən silinəndən sonra, administrasiyanız qardaşlara etiraf edərək bu hərəkətin səbəbini belə izah edib ki, guya bu tərcüməçi-fəlsəfəçi əvvəllər həmişə sizin forumunuza yaxşı münasibət bəsləyib, indi isə bu material səbəbilə sizdən inciyib və odur ki, siz onunla yoldaşlıq münasibətlərini korlamamaq üçün, onun sapqınlıqlarından ibarət bütün materialı silməyi qərara almısınız.

Bütün bunlara baxmayaraq, siz internet məkanında (hətta azərbaycan dilli saytlarda) mənim xətalarımı axtarıb tapmağa can atdınız və samballı və ciddi bir şey tapmadığınız üçün, ümumi sözlərimə yersiz iradlar tutmağa başladınız. Halbuki, mənim “təhlükəli sapqınlıqlarım” bu yaxınlara qədər heç yadınıza da düşmürdü. Bilirsiniz niyə bəzi şəxslərin açıq-aydın sapqınlıqları barədə susur, lakin, mənə yersiz iradlar tutursunuz? Deyə bilərəm niyə. Çünki, mən sizə xətalarınızı göstərdim, forumunuzu tənqid etdim və ondan çəkindirməyə başladım. Siz insanlarla onların mənhəcinin və əqidəsinin sələfiliyə nə qədər müvafiq olmasına əsasən yox, onların forumunuza olan münasibətlərinə əsasən dostluq və düşmənçilik edirsiniz. Həqiqi hizbçilik də məhz budur: Quran və Sünnədən başqa hər hansı bir məsələyə görə dostluq və düşmənçilik etmək. Odur ki, mən sizə öz forumunuzun adını dəyişməyi və oradan “sələf” sözünü götürməyi məsləhət görürəm. Sizin etdiyiniz, sələflərin yoluna kökündən ziddir.

Çoxcildli məqalənizin ikinci hissəsinə də tezliklə cavab verəcəyəm İnşəAllah.