Fətvalar Günahlar

Sosial şəbəkələrdə savablarını xərcləyənlərə!!! – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə

Komputer arxasında oturarkən kimisə söyür, təhqir edir, iftira atırıq. Özümüzə qurma adlar götürüb, kimsə bizi tanımayır, bilmir deyərək arxayın hərəkət edirik.

Ancaq biz Allahın bizi gördüyünü, danışığımızı eşitdiyini və uca Allahın bizi hesaba çəkəcəyini unuduruq.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir gün əshabələrinə belə dedi: “Bilirsinizmi müflis kimdir?”

Əshabələr dedilər: “Bizim nəzərimizdə müflis pulu və ev-eşiyi olmayan kimsədir.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ümmətimin müflisləri, qiyamət günü namaz, oruc və zəkat kimi əməllərlə gəlib, lakin dünyada birini söyüb, birinə iftira atıb, birinin malını yeyib, birinin qanını axıdıb, birini vuran kimsədir. Beləliklə onun savablarından götürüləcəkdir. Etdiklərinin əvəzini ödəməmiş savabları qutardıqda isə qarşı tərəfin günahları onun üzərinə yüklənəcək, sonra isə cəhənnəmə atılacaqdır.”

Həqiqi müflis bu kimsədir. Abid olasan, gözəl ibadətləri yerinə yetirəsən, etdiklərin qəbul oluna, sonra qiyamət günü gələndə görəsən ki, namaz qılıb Allah namazın qəbul edib, oruc tutub Allah orucunu qəbul edib, sədəqə verib Allah sədəqəsini qəbul edib, lakin insanların haqqlarına qarşı səhlənkar olub.

Qiyamət günü gələndə görəcək ki, onda insanların haqqı qalıb.

Buna görə ondan qisas alınacaqdır.
Qisas necə olacaq?!

Savab və günahların əvəzləməsi ilə olacaq.

Onun savablarından götürülüb haqq sahiblərinə veriləcəkdir. Savabları qutardıqda borcu tamamlanmayıbsa, onların günahları ona yüklənəcəkdir. Sonra isə cəhənnəmə atılacaqdır.

ALLAH BİZİ BU HALDAN QORUSUN.