Rəhbərlərin qeybətini etmək, başqasının qeybətini etmək kimi deyil. Başqasının da qeybətini etmək, onların qeybətini etmək kimi deyil.
NƏ ÜÇÜN?
Ona görə ki, sən rəhbərlərin qeybətini elədikdə, yaxud onun ayıblarını insanlar arasında yaydıqda, insanlar ona nifrət edərlər.
Hətta iş o yerə çatar ki, rəhbər insanlara haqqı əmr etdikdə, camaat “bu doğru deyil!” deyər, rəhbərə itaətsizlik edərlər.
Ümmət öz rəhbərlərinə itaətsizlik edəndə nə baş verər?
Camaat, cavab verin!!!
Özbaşınalıq baş qaldırar, hətta iş qanların axıdılmasına gəlib çıxa bilər. Bu səbəbdən bəzi ərəb ölkələrində baş verənlər heç kəsə gizli deyildir.
(əl-Liqa əş-Şəhri, 78-ci səs yazısı.)