Sual:
Hədisdə borclu insanın cənnətə girməyəcəyi deyilir. Kimsə ölmədən öncə borcunu ödəməyə çalışıb, lakin borcu ödəməmiş dünyasını dəyişib. Bəs bu insan haqqında nə deyə bilərsiniz?
Cavab (Şeyx Süleyman ər-Ruheyli):
Kim insanların mal-dövlətini qaytarmaq niyyəti ilə alıbsa, Allah onun əvəzinə o borcu qaytarar. Necə ki, bu haqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) xəbər vermişdir. Kim qaytarmaq niyyəti ilə insanların malını alarsa, borcu qaytarmaqda səhlənkarlıq etmədən dünyasını dəyişərsə, Allah onun əvəzinə borcu qaytarar.
“Allah onun əvəzinə borcu qaytarar” sözünün mənası budur ki, Allah ona elə bir zürriyyət verər ki, yaxud elə bir insan qarşısına çıxarar ki, onun borcunu qaytarsın.
Əgər bu da olmazsa, qiyamət günü Allah borc sahibini ondan razı salar.
Ey Allahın bəndəsi, əgər sən borcla sınağa çəkilmisənsə, niyyətini düzəlt. Borcla sınağa çəkilmisənsə, niyyətini düzəlt.
Borcu qaytarmaq istədiyini qəlbində sadiq niyyətlə qərarlaşdır. Əgər bunu etsən, sənə müjdə olsun. Allah sənin borcunu ödəyəcək.
Möminə vacib olan qorxmaq və borcu ödəməyə çalışmaqdır. O özü üçün qorxmalıdır ki, borcuna görə qəbrində nemətdən məhrum edilə bilər. Yaxud borcu səbəbi ilə cənnətdən məhrum olar.
İnsan borca qarşı səhlənkar olmamalı, uzatmamalı, sonra verərəm deyib keçməməlidir.
Bacardığı qədər borcu ödəmək üçün çalışmalıdır.
Kimin niyyəti yaxşı olarsa, ona Allahdan xeyirlə müjdə olar.