Elm tələb etməyin qaydası Fətvalar

Biliyi olmadan Quranı izah etmək – Şeyx Fovzan (VİDEO)

Yüklə

Sual:
Allah sizi müvəffəq etsin. Tələbə Qurandan bir ayə oxuduqda müəllim ona deyir ki, bu ayənin izahı (təfsiri) nədir?
Tələbə ayənin təfsirini bilmədikdə, deyir ki, çalış bir izah ver. Belə etmək olarmı?

Cavab:
Xeyr, belə etmək olmaz. Ona Quran oxumağı öyrətdiyi kimi, ayələrin düzgün təfsirini də öyrətsin, sonra tələbədən tələb etsin.
Amma ona düzgün təfsiri öyrətməmiş ondan ayə haqqında fikir yürütməyi tələb edirsə, olmaz.

Kim Quran haqqında öz ağlından, bilmədiyini danışarsa cəhənnəmdə öz yerini hazır bilsin.
Belə olmaz. Bu müəllim səhvə yol verir, ona bu haqda bildirmək lazımdır.