Övladlarını qoru. Sənin ən gəlirli ticarətin, övladlarındır. Əgər sən onları gözəl tərbiyə etsən və doğru yol göstərsən, bu sənin Allah qarşısında doğru ticarətin olar. Sən öləndən sonra onlar sənin üçün dua edəcək, ailənə və mal-dövlətinə sahib çıxacaqlar.
Əgər onlara gözəl tərbiyə və düzgün istiqamət versən, onlar xeyirli sələf üçün, xeyirli davamçı olarlar.
Əgər sən onları başdı-başına buraxsan, sənin üçün həm sağlığında, həm də vəfatından sonra peşimançılıq olarlar. Allahın bəndələri, övladlarınız barədə Allahdan qorxun.
Allahın sizə etibar etdiyi əmanətinə vəfa edin. Əks halda qiyamət günü Allah bu barədə sizi sorğu-sual edəcək. Hər biriniz məsulsunuz və tabeliyinizdə olanlara görə məsuliyyət daşıyırsınız.