Əqidə və mənhəc Fətvalar

Vəhdət – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Vəhdətə səbəb olan amil doğru əqidədir. Gərək vəhdət istəyənlərin əqidəsi tövhid etiqadı, ibadəti yalnız uca Allaha aid etmək olsun.

Uca Allah buyurur: “(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!” (əl-Ənbiya: 92).

Bizim yalnız bir Rəbbimiz, bir İlahımız vardır. Əgər biz ibadətimizi tək olan Rəbbimizə etsək, o zaman müsəlmanlar arasında həmrəylik və birlik yaranar.

Əgər etiqad fərqlidirsə, o zaman ittifaq və birlik də hasil olmaz.
Çünki hər firqə özündə olana sevinir.

Hər kəs öz əqidəsinin və fikrinin tərəfini tutur. Müsəlmanları yalnız Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) öyrətdiyi tövhid etiqadı birləşdirə bilər.

Uca Allah buyurur: “(O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi və onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.” (Ənfal: 62-63).