Fətvalar Ticarət və maliyyə

Halal qazanc – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

İnsan mal-dövlətə ehtiyac duyur. Lakin insan bu mal-dövləti yaxşı yolla, şəriətin icazə verdiyi üsulla əldə etməli və bununla qənaətlənməlidir. Xeyir və bərəkət bundadır.

O, qazancını haram yolla etməməlidir. Əksər insanlar qazancının haradan əldə olunmasına əhəmiyyət vermirlər.

Hədisdə deyilir ki, vaxt gələcək insan mal-dövləti haradan qazandığını və nəyə xərclədiyini bilməyəcək.

Ey Allahın bəndələri, bu böyük məsuliyyətdir.

 

___________________

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”)