Bir çox valideynlər övladlarını yemək, içmək, geyim, maşın, maddi təminat, ümumilikdə dünya rahatlıqları ilə təmin etməyə çalışırlar, lakin onlar övladlarının qəlbinin, əməllərinin tərbiyəsinə əhəmiyyət vermirlər. Əslində önəmli olan, gərəkli olan budur.
Maddi təminat zərər gətirə bilər, lakin mənəvi (qəlbi) tərbiyə daim faydalı olar. Valideynlər mütləq şəkildə buna diqqət etməlidirlər.
Uca Allah buyurur: “Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha: 132).